Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ypq sual 5 s. 15—17
  • Məktəbdə uşaqlar mənə sataşanda nə edim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məktəbdə uşaqlar mənə sataşanda nə edim?
  • Gənclərin 10 sualına cavab
  • Oxşar material
  • Uşaqlar mənə ilişirlərsə, nə edim?
    Gənclərin sualları
  • Övladım xuliqanlığa məruz qalırsa, nə etməliyəm?
    Ailələrə komək
  • Bullinqlə üzləşəndə Yehovaya güvənin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Kiberxuliqanlığa tuş gələndə nə edim?
    Gənclərin sualları
Əlavə
Gənclərin 10 sualına cavab
ypq sual 5 s. 15—17
Bir oğlan sinif yoldaşlarının yanında o biri oğlana sataşır

5-Cİ SUAL

Məktəbdə uşaqlar mənə sataşanda nə edim?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Sənin münasibətin vəziyyəti yaxşılaşdıra da bilər, pisləşdirə də.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Tural məktəbə getmək istəmir. Çünki üç ay bundan əvvəl sinif yoldaşı onun haqqında şayiə yayıb və bundan sonra uşaqlar ona ləqəb qoyublar. Uşaqlar gah vurub onun kitab-dəftərini əlindən yerə salır, sonra da təsadüfən olduğunu deyirlər, gah da bir dəstə uşağın içindən kimsə arxadan onu itələyir. Dünən isə vəziyyət daha da gərginləşib, ona mesaj yazıb hədə-qorxu gəliblər.

Turalın yerində olsaydın, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Sən zəif deyilsən! Əl-qol atmadan xuliqanın cavabını verə bilərsən. Bilirsən necə?

  • FİKİR VERMƏ. Müqəddəs Kitabda deyilir: «Axmaq adam hirsini ortaya tökər, hikmətli isə təmkinini pozmayıb sakit qalar» (Məsəllər 29:11). Ən azından üzdə, mümkün qədər təmkinini qorumağa çalışsan, sənə sataşmaq onlar üçün maraqlı olmayacaq.

  • HEYİF ÇIXMA. Müqəddəs Kitabda deyilir: «Heç kimə pislik əvəzinə pislik etməyin» (Romalılara 12:17). Heyif çıxmaqla vəziyyəti daha da çətinləşdirəcəksən.

  • UZAQGÖRƏN OL. Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3). Əlindən gəldiyi qədər problem yaradan insanlardan və xuliqanların olduğu yerlərdən uzaq gəz.

  • GÖZLƏMƏDİYİ CAVABI VER. Müqəddəs Kitabda deyilir: «Mülayim cavab hirsi yatırar» (Məsəllər 15:1). Zarafata salmaq olar. Məsələn, əgər kimsə sənə kök olduğunu deyirsə, belə cavab verə bilərsən: «Özüm də hiss edirəm ki, bir neçə kiloqram arıqlamalıyam».

  • ÇIX GET. 19 yaşlı Nuranə deyir: «Özünü ələ almaq bacarığı yetkinlikdən xəbər verir və göstərir ki, insan ona sataşandan qat-qat güclüdür, həmçinin ondan fərqli olaraq, özünə hakim olmağı bacarır» (2 Timutiyə 2:24).

  • ÖZÜNƏİNAM HİSSİNİ ARTIR. Xuliqanlar, adətən, özü haqda mənfi fikirdə olan və buna görə də özünü müdafiə etməyən insanları hədəf seçirlər. Xuliqanların çoxu görəndə ki, ondan qorxmursan, səndən əl çəkirlər.

  • KİMƏSƏ DE. Keçmiş müəllim deyir: «Mən hər zaman uşaqlara bu barədə başqalarına danışmağı məsləhət görürəm. Bu cür davranmaqda pis bir şey yoxdur, üstəlik, bununla başqalarının da bu münasibətə məruz qalmasının qarşısını almaq olar».

Bir gənc xuliqana əminliklə qarşı durur

Özünəinam hissi səni xuliqandan güclü edə bilər.

BİLİRDİN?

Xuliqanlıq təkcə fiziki hücumlarla bitmir, özünə növbəti şeyləri də daxil edir:

  • Sözlər alov şəklində xuliqanın ağzından çıxır

    Söz atmaq. «Mənə qoşduqları adları və ünvanıma dedikləri sözləri heç vaxt unutmayacağam. Onların ucbatından özümü lazımsız, işəyaramayan insan kimi hiss edirdim. Elə sözlər deyirdilər ki, vursaydılar, ondan yaxşı idi» (Samirə, 20 yaş).

  • Yaşıdları bir oğlanı yaxına buraxmırlar, o da tənha oturur

    Yaxına buraxmamaq. «Sinif yoldaşlarım məndən qaçırdılar. Naharda mən onlarla oturmayım deyə, özlərini elə aparırdılar ki, guya onların stolunda yer yoxdur. Düz bir il ağlamışam və tək gəzmişəm» (Hicran, 18 yaş).

  • Kiberxuliqanlığın qurbanı olan gənc qız kompüterin ekranından geri çəkilir

    Kiberxuliqanlıq. «Kompüterdə yazılan bir-iki sözlə insanın adını batırmaq, hətta onun həyatını məhv etmək olar. Bu, şişirtmə kimi səslənsə də, həqiqətdir!» (Dadaş, 14 yaş).

TEST

DÜZDÜR, YOXSA SƏHV?

CAVAB

1 Xuliqanlıq ta qədimdən mövcuddur.

1 Düzdür. Misal üçün, Müqəddəs Kitabda ibrani dilində nefilim adlanan nəhəng adamlardan söz açılır. Nefilim sözünün təxmini mənası «yıxanlar» deməkdir (Yaradılış 6:4).

2 Xuliqanlıq sadəcə zarafatdır, buna ciddi yanaşmağa dəyməz.

2 Səhvdir. Çox sayda gəncin intiharına səbəbkar məhz xuliqanlar olur.

3 Sataşma hallarına son qoymağın ən yaxşı üsulu cavab verməkdir.

3 Səhvdir. Adətən, xuliqanlar öz qurbanlarından güclü olurlar, yaxşısı budur, onlara baş qoşmayasan.

4 Görəndə ki, kiməsə sataşırlar, yaxşısı budur fikir verməyəsən.

4 Səhvdir. Bu vəziyyətə şahid olan insan heç də günahsız sayılmır. Görüb heç nə deməməklə problemi həll etmirsən, əksinə, problemə şərik olursan.

5 Xuliqanların lovğa danışıqları arxasında özünə inamsızlıq hissi gizlənir.

5 Düzdür. Xuliqanların bəziləri özlərindən razı olsalar da, bəzilərində özünəinam hissi yoxdur, buna görə də başqalarına sataşmaqla özlərində əminlik yaratmağa çalışırlar.

6 Xuliqanlar dəyişə bilər.

6 Düzdür. Başqalarının köməyi ilə xuliqanlar düşüncə tərzlərini və davranışlarını dəyişə bilərlər.

HƏRƏKƏT PLANI

  • Xuliqanlar mənə sataşsalar, necə davranacağam və nə deyəcəyəm?

ƏTRAFLI MƏLUMAT AL!

Əl-qol atmadan xuliqanın cavabını verə bilərsən

www.jw.org saytında «Əl-qol atmadan xuliqanın cavabını ver» adlı qələm animasiyasına bax. (Daxil ol: MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > YENİYETMƏLƏR)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş