Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 12
  • Uşaqlar mənə ilişirlərsə, nə edim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uşaqlar mənə ilişirlərsə, nə edim?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • İlişmək nədir?
  • İnsanlar nəyə görə başqalarına ilişirlər?
  • Çox vaxt kimlər hədəf seçilir?
  • Sənə ilişirlərsə, nə edə bilərsən?
  • Məktəbdə uşaqlar mənə sataşanda nə edim?
    Gənclərin 10 sualına cavab
  • Övladım xuliqanlığa məruz qalırsa, nə etməliyəm?
    Ailələrə komək
  • Bullinqlə üzləşəndə Yehovaya güvənin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Kiberxuliqanlığa tuş gələndə nə edim?
    Gənclərin sualları
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 12

GƏNCLƏRİN SUALLARI

Uşaqlar mənə ilişirlərsə, nə edim?

  • İlişmək nədir?

  • İnsanlar nəyə görə başqalarına ilişirlər?

  • Çox vaxt kimlər hədəf seçilir?

  • Sənə ilişirlərsə, nə edə bilərsən?

Həmçinin ilişməklə bağlı yaşıdlarının məsləhətlərini və müəllimənin sözlərini oxu. Sondakı testi də yerinə yetir.

İlişməyə zərərsiz bir şey kimi baxmamalıyıq. Britaniyada gənclərin intiharı ilə bağlı aparılan araşdırmaya əsasən, yerli kütləvi informasiya vasitələrində yer alan intihar hallarının 40 faizindən çoxuna sataşma səbəb olmuşdur.

İlişmək nədir?

İlişmək deyildikdə yalnız əl-qol atmaq nəzərdə tutulmur. Bu, özünə aşağıdakıları da daxil edə bilər:

  • Söz atmaq. «Qızlar elə sözlər deyirdilər ki, adamın yeddi qatından keçirdi, — 20 yaşlı Selen deyir. — Mənə qoşduqları adları və ünvanıma dedikləri sözləri heç vaxt unutmayacağam. Onlar mənə qarşı elə hərəkətlər edirdilər ki, özümü lazımsız, istənilməyən, işəyaramayan insan kimi hiss edirdim. Vursaydılar, ondan yaxşı idi».

  • Adam yerinə qoymamaq. «Sinif yoldaşlarım məndən yan gəzirdilər, — 18 yaşlı Heyli deyir. — Yeməkxanada özlərini elə aparırdılar ki, guya onların stolunda yer yoxdur. İl boyu ağlayırdım və təkcə yemək yeyirdim».

  • Kiberxuliqanlıq. 14 yaşlı Deniel deyir: «Kompüterdə yazılan bir-iki sözlə insanın adını batırmaq, hətta onun həyatını məhv etmək olar. Bu, şişirdilmiş kimi səslənsə də, həqiqətdir!» Kiberxuliqanlığa telefon vasitəsilə ədəbsiz şəkillər və ya mesajlar göndərmək də daxildir.

İnsanlar nəyə görə başqalarına ilişirlər?

Geniş yayılmış səbəblərin bəziləri:

  • Onların özlərinə ilişiblər. Antonio adlı bir gənc oğlan etiraf edir: «Uşaqların əlindən boğaza yığılmışdım. Buna görə özümü gözə soxmaq üçün mən də başladım ona-buna sataşmağa. Lakin geriyə dönüb baxanda nə qədər səhv hərəkət etdiyimi başa düşdüm!»

  • Pis nümunə. Cey Makqrou «Xuliqanlarla rəftar etmə qaydaları» kitabında yazır: «Çox vaxt gənc xuliqanlar valideynlərinin, böyük qardaş və bacılarının, ya da digər qohumlarının hərəkətlərini təkrarlayırlar» («Life Strategies for Dealing With Bullies»).

  • Onlar özlərini elə aparırlar, guya superdirlər, amma, əslində, özlərinə əmin deyillər. Barbara Koloroso «Xuliqan, qurban və izləyici» kitabında qeyd edir: «Bəzi uşaqlar başqalarını ələ salmaqla hamıdan üstün olduqlarını sübut etməyə çalışırlar, amma, əslində, bu, dərin yaraları və yararsızlıq hissini gizlətmək üçün bir maskadır» («The Bully, the Bullied, and the Bystander»).

Çox vaxt kimlər hədəf seçilir?

  • Qaynayıb-qarışmayanlar. Ünsiyyət qurmaq bacarıqları zəif olan bəzi yeniyetmələr özlərini başqalarından təcrid edirlər və xuliqanlar üçün asan hədəfə çevrilirlər.

  • Başqalarından seçilənlər. Çox vaxt zahirən, milliyətcə, dini cəhətdən başqalarından fərqlənən, ya da fiziki qüsuru olan uşaqlar hədəf seçilir — təki səbəb olsun.

  • Özlərinə inamı olmayanlar. Xuliqanlar özlərinə hörmət hissi aşağı olanları tez müəyyən edirlər. Çox vaxt məhz belə gənclər hədəf olur, çünki, ümumi götürdükdə, onlar heç nə etməyəcəklər.

Sənə ilişirlərsə, nə edə bilərsən?

  • Fikir vermə. Kayli adlı bir gənc qız deyir: «İnsanın başqasına ilişməkdə məqsədi qarşısındakını özü barədə pis fikirləşməyə vadar etməkdir. Lakin görəndə ki, ona fikir verən yoxdur, həvəsi ölür». Müqəddəs Kitabda deyilir: «Hikmətli səbirli dayanar» (Süleymanın məsəlləri 29:11).

  • Heyf çıxma. Heyf çıxmaq problemi həll etmir, əksinə, onu daha da mürəkkəbləşdirir. Müqəddəs Kitabda deyilir: «Heç kimə pislik əvəzinə pislik etməyin» (Romalılara 12:17; Süleymanın məsəlləri 24:19).

  • Uzaqgörən ol. Mümkün qədər xuliqanlardan və təhlükəli yerlərdən uzaq dur (Süleymanın məsəlləri 22:3).

  • Gözlənilməz cavab ver. Müqəddəs Kitabda deyilir: «Həlim cavab hirsi yatırar» (Süleymanın məsəlləri 15:1).

  • Zarafata sal. Əgər kimsə sənə kök olduğunu deyirsə, çiyinlərini çəkib belə cavab verə bilərsən: «Yaxşıdır da, külək aparmayacaq».

  • Çıx get. 19 yaşlı Nora deyir: «Özünü ələ almaq bacarığı yetkinlikdən xəbər verir və göstərir ki, insan onu ələ salandan qat-qat güclüdür, həmçinin ondan fərqli olaraq, özünə hakim olmağı bacarır».

  • Özünəinam hissini artır. Rita aldı bir qız deyir: «Sənin özünü gərgin hiss etməyin bu insanların nəzərindən qaçmır. Onlar fürsətdən istifadə edərək olan-qalan özünəinam hissini də öldürməyə çalışacaqlar».

  • Kiməsə de. Bir araşdırmaya əsasən, kiberxuliqanlığın qurbanı olanların yarıdan çoxu utandıqları (xüsusilə də oğlanlar) və ya xuliqanın qisas alacağından qorxduqları üçün bu haqda heç kəsə heç nə demir. Amma yadda saxla: susmaqla sən xuliqanın dəyirmanına su tökmüş olursan. Bu haqda kiməsə danışmaqla işgəncəyə son qoymaq istiqamətində birinci addımını atacaqsan.

Yaşıdlarının məsləhətləri

«Asanlıqla xuliqanların qurbanına çevriləcəyin vəziyyətlərdən və yerlərdən uzaq dur. Unutma ki, onların da problemləri var. Bunu bilsən, onların sözlərini ürəyinə salmayacaqsan» (Antonio).

«Özünə inan. Etiqadlarını müdafiə etməkdən qorxma. Çox vaxt başqalarına sataşan insan görəndə ki, ondan qorxmursan və sənə bata bilmir, axırda təslim olur» (Cessika).

Müəllimənin sözü

«Bu, çox ciddi problemdir. Məktəbdə işləyəndə hətta üçüncü sinif şagirdləri belə sinifin içində dava edirdilər! Bəzi uşaqlar populyar olmaq və ya başqalarını əllərində saxlamaq istədiklərindən digər uşaqlara ilişməyə başlayırlar.

Çox vaxt xuliqanlığın qurbanı olan uşaqlar bunu kiməsə deməkdən çəkinirlər. Onlar xuliqanın qisas alacağından və ya sinif yoldaşlarının ona xəbərçi damğası vuracaqlarından qorxurlar. Bundan savayı, onlar hətta düşünə bilərlər ki, belə bir vəziyyətdə onlara heç kim və heç nə kömək edə bilməz. Lakin mən hər zaman uşaqları problemləri barədə başqalarına danışmağa təşviq edirəm. Bu cür davranmaq düzgündür və üstəlik, bununla başqalarının da belə vəziyyətə məruz qalmasının qarşısını almaq olar» (Cenili, ABŞ, keçmiş müəllim).

Test

Doğrudur, yoxsa səhv?

  1. Xuliqanlıq ta qədimdən mövcuddur.

  2. Xuliqanlıq zərərsiz şıltaqlıqdır. Buna ciddi yanaşmağa dəyməz.

  3. Sataşma hallarına son qoymağın ən yaxşı üsulu bunun cavabını verməkdir.

  4. Əgər sənə sataşırlarsa, günah səndədir.

  5. Xuliqanların qurbanı olanların bəziləri özləri başqalarına sataşmağa başlayırlar.

  6. Görəndə ki, kiməsə sataşırlar, buna fikir verməyə dəyməz.

  7. Xuliqanların lovğa danışıqları arxasında özünə inamsızlıq hissini gizlənir.

  8. Xuliqanlar dəyişə bilər.

CAVABLAR

  1. Doğrudur. Misal üçün, Müqəddəs Kitabda «başqalarını vurub yıxan» mənasını verən nefilimlərdən bəhs edilir (Yaradılış 6:4, «Yeni Dünya Tərcüməsi», haşiyə).

  2. Səhvdir. Xuliqanlıq ölüm-dirim məsələsi ola bilər. Əfsuslar olsun ki, aramsız şəkildə xuliqanlığın qurbanı olanların bəziləri intihar ediblər.

  3. Səhvdir. Xuliqanlar öz qurbanlarından güclü olurlar, yaxşısı budur, onlara baş qoşmayasan.

  4. Səhvdir. Heç kəs buna layiq deyil! Bütün günah xuliqanın özündədir.

  5. Doğrudur. Təəssüf ki, xuliqanların qurbanı olanların bəziləri heyflərini çıxmaq üçün özləri başqalarına sataşmağa başlayırlar.

  6. Səhvdir. Bu vəziyyətə durub tamaşa edən insan heç də günahsız sayılmır. Əgər vəziyyəti görməzdən gəlirsənsə, problemi həll etmək əvəzinə, onu dərinləşdirirsən.

  7. Doğrudur. Xuliqanların bəziləri, həqiqətən də, özlərindən razı olsalar da, çoxlarının özlərinəinamı yoxdur, buna görə də başqalarına sataşmaqla özlərini ucaltmağa çalışırlar.

  8. Doğrudur. Başqalarının köməyi sayəsində xuliqanlar düşüncə tərzlərini və davranışlarını dəyişə bilərlər (Efeslilərə 4:23, 24).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş