Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 73
  • Kiberxuliqanlığa tuş gələndə nə edim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kiberxuliqanlığa tuş gələndə nə edim?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Nələri bilməlisən?
  • Nə edə bilərsən?
  • Uşaqlar mənə ilişirlərsə, nə edim?
    Gənclərin sualları
  • Övladım xuliqanlığa məruz qalırsa, nə etməliyəm?
    Ailələrə komək
  • Məktəbdə uşaqlar mənə sataşanda nə edim?
    Gənclərin 10 sualına cavab
  • Bullinqlə üzləşəndə Yehovaya güvənin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 73
Kiberxuliqanlığa tuş gəlmiş gənc məyus olub

GƏNCLƏRİN SUALLARI

Kiberxuliqanlığa tuş gələndə nə edim?

  • Nələri bilməlisən?

  • Nə edə bilərsən?

  • Həmyaşıdların nə deyir?

Nələri bilməlisən?

İnternet xuliqanlıq üçün əlverişli məkandır. Bir kitaba əsasən, internetdə «anonim qalmaq imkanı olduğuna görə, hətta yaxşı uşaq da rahatlıqla kobudluq edə bilir» («CyberSafe»).

Bəzilərinin hədəfə çevrilmə ehtimalı daha çoxdur. Bunlar adətən utancaq görünən, başqalarından fərqlənən, yaxud da özünə əminlik hissi aşağı olan insanlar olur.

Kiberxuliqanlığın qurbanları ciddi fəsadlarla üzləşir. Belə insanlar tənhalığa və depressiyaya qapıla, hətta intihara əl ata bilər.

Nə edə bilərsən?

İlk növbədə özündən soruş: «Bu, həqiqətən də, xuliqanlıqdır?» Hərdən insanlar fərqində olmadan bizi incidən sözlər işlədir. Belə vəziyyətlə üzləşəndə Müqəddəs Kitabdakı məsləhətə əməl edə bilərik:

«Küsəyən olma, inciklik axmaqların köksündə yuva salır» (Vaiz 7:9, haşiyə).

Digər tərəfdən isə, əgər kimsə internet vasitəsilə başqasını təhqir edir, alçaldır, yaxud hədələyirsə, bu, xuliqanlıqdır.

Əgər sən də kiberxuliqanlığa məruz qalırsansa, yadda saxla ki, sənin necə cavab verməyindən çox şey asılıdır. Növbəti məsləhətlərə əməl etməyə çalış.

Fikir vermə. Müqəddəs Kitabda yazılıb: «Çox bilən az danışar, ağıllı adam təmkinini pozmaz» (Məsəllər 17:27).

Bu, çox gözəl məsləhətdir. Nensi Uilyard da öz kitabında deyir: «Xuliqanların əsas məqsədi qarşı tərəfin təmkinini pozmaqdır. Təmkini itirən şəxs artıq xuliqanın əlinə düşür».

Nəticə: Bəzən ən yaxşı cavab cavab verməməkdir.

Qisas alma. Müqəddəs Kitabda deyilir: «Pisliyə pisliklə, təhqirə təhqirlə cavab verməyin» (1 Butrus 3:9).

Bu, çox gözəl məsləhətdir. Bir kitabda deyilir: «Qəzəblənmək zəifliyin əlamətidir və xuliqanları daha da qızışdırır» («Cyber-Safe Kids, Cyber-Savvy Teens»). Əvəz çıxsan, sən də müəyyən mənada xuliqanlıqda təqsirli ola bilərsən.

Nəticə: Od ilə od sönməz.

Tədbirli ol. «Pisliyə məğlub olma, pisliyə yaxşılıqla qalib gəl» (Romalılara 12:21). Vəziyyəti daha da qəlizləşdirmədən xuliqanlığın qarşısını ala bilərsən.

Misal üçün:

  • Sənə mesaj yazan şəxsi qara siyahıya sal. «Oxumadığın sözlər sənin kefini poza bilməz» («Mean Behind the Screen»).

  • Bütün dəlilləri saxla, hətta onları oxumamış olsan belə. Bunlar aqressiv məzmunlu mətnlər, çat mesajları, email, bloq və ya sosial şəbəkələrdə paylaşmalar, səsli mesajlar və ya digər bu kimi məlumatlar ola bilər.

  • Xuliqanı xəbərdar et. Ciddi, lakin hisslərini büruzə verməyən mesaj yollaya bilərsən. Məsələn:

    • «Bir də mənə mesajlar göndərmə».

    • «Paylaşdığını sil».

    • «Əgər bu, bir də təkrarlanarsa, bunun qarşısını almaq üçün başqa tədbir görməli olacağam».

  • Özünə əminliyini artır. Diqqətini zəifliklərinə yox, güclü cəhətlərinə cəmlə (2 Korinflilərə 11:6). Bütün xuliqanlar kimi, kiberxuliqanların da hədəfi zəif insanlar olur.

  • Böyüklərə xəbər ver. İlk öncə valideynlərinə söylə. Həmçinin xuliqanın istifadə etdiyi vebsayt və ya digər xidmətin məlumat mərkəzinə şikayət bildirə bilərsən. Vəziyyət daha ciddidirsə, valideynlərin və sən bu haqda məktəbə, polis idarəsinə və ya hər hansı hüquqi məsləhət mərkəzinə xəbər verməlisiniz.

Nəticə: Müəyyən addımlar ataraq kiberxuliqanlığın qarşısını almaq və ya təsirini azaltmaq mümkündür.

Həmyaşıdların nə deyir?

Natali

«Əgər kiberxuliqanlığa məruz qalırsansa, özündən soruş: “Bu səhifəni istifadə etməyim nə dərəcədə vacibdir? Zərəri xeyrindən çox deyil ki? Həmin adamı qara siyahıya salmaq mümkündür?” İstənilən vəziyyətdən çıxış yolu var» (Natali).

Darius

«Kiberxuliqanlığa tuş gəlmisənsə, böyüklərdən kiməsə xəbər ver. “Zəifsən”, yaxud “uşaqsan” deyərlər deyə, narahat olma. Bu sözlərin sənə aidiyyəti yoxdur, əksinə danışmağı bacaran güclü adamdır» (Darius).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş