Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 49 s. 118—119
  • Zalım məlikə İzəbil cəzalanır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Zalım məlikə İzəbil cəzalanır
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Padşah arvadı zalım İzevel
    Müqəddəs Kitab hekayələri
  • Yehu həqiqi ibadətin müdafiəçisi
    Gözətçi qülləsi 2011
  • İndi qəti addımlar atmağın vaxtıdır
    Gözətçi qülləsi 2006
  • Ədalət məsələsinə Yehovanın gözü ilə baxın
    Gözətçi qülləsi 2017
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 49 s. 118—119
İzəbilin qulluqçuları onu pəncərədən aşağı atır

DƏRS 49

Zalım məlikə İzəbil cəzalanır

Əhəb padşahın Yizraildəki sarayının pəncərəsindən Nabut adlı adamın üzüm bağı görünür. Əhəbin onun üzüm bağında gözü olur. O, bağı Nabutdan almaq istəyir. Amma Nabut bağını satmaqdan imtina edir, çünki bu torpaqlar ona miras qalmışdı və Yehovanın qanuna görə irs torpaqları satmaq olmazdı. Bəs Əhəb düzgün hərəkət etdiyi üçün Nabuta anlayış göstərir? Xeyr. O, çox qəzəblənir. O qədər dilxor olur ki, nə yatağından çıxır, nə də yemək yeyir.

Əhəbin zalım arvadı İzəbil ona deyir: «Sən İsrailin padşahısan. İstədiyin hər şeyi əldə edə bilərsən. Mən o torpağı Nabutun əlindən alıb sənə verəcəyəm». İzəbil şəhərin ağsaqqallarına məktub yazıb deyir ki, Nabutu Allahı lənətləməkdə təqsirkar çıxarıb daşqalaq etsinlər. Ağsaqqallar İzəbilin dediyi kimi edirlər. Sonra İzəbil Əhəbə deyir: «Nabut öldü. Onun üzüm bağı artıq sənindir».

Nabut İzəbilin qurbanı olan yeganə insan deyil. İzəbil Yehovaya xidmət edən çoxlu insanları öldürtdürüb. İzəbil bütlərə sitayiş edib pis işlərlə məşğul olur. Yehova İzəbilin gördüyü bütün pis işlərdən agahdır. Bəs Yehova onun cəzasını verəcək?

Əhəbin ölümündən sonra oğlu Yəhuram taxta çıxır. Yehova Yəhu adlı xidmətçisini göndərir ki, İzəbil və ailəsini cəzalandırsın.

Yəhu arabasına minib İzəbilin yaşadığı şəhərə, Yizrailə gəlir. Yəhuram öz arabası ilə gəlib onu qarşılayır. O, Yəhudan soruşur: «Gəlişin xeyirdir?» Yəhu deyir: «Anan İzəbilin pis işləri olan yerdə hansı xeyirdən danışmaq olar?» Yəhuram arabasını döndərib qaçmaq istəyir. Amma Yəhu onu oxla vurub öldürür.

Yəhu qulluqçulara İzəbili aşağı atmalarını deyir

Sonra Yəhu İzəbilin sarayına gedir. Yəhunun gəldiyini eşidəndə İzəbil bəzənib-düzənib yuxarı pəncərədə onu gözləyir. Yəhu gələndə İzəbil onu alçaldıcı şəkildə salamlayır. Yəhu yuxarı eyvanda duran İzəbilin xidmətçilərinə deyir: «Onu aşağı atın!» Onlar İzəbili aşağı atırlar. İzəbil yerə yıxılıb ölür.

Daha sonra Yəhu Əhəbin 70 oğlunu öldürür və ölkəni Baala ibadətdən təmizləyir. Görürsən, heç nə Yehovadan gizli qalmır və O, pislik edənlərin cəzasını verir.

«Tamahla yiyələnmiş mirasın sonda xeyir-bərəkəti olmaz» (Məsəllər 20:21)

Suallar: İzəbil Nabutun üzüm bağını ələ keçirmək üçün nə edir? Yehova İzəbili necə cəzalandırır?

1 Padşahlar 21:1—29; 2 Padşahlar 9:1—10:30

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş