Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w02 1/5 s. 13—17
  • Bədəndəki neştərin öhdəsindən gəlin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bədəndəki neştərin öhdəsindən gəlin
  • Gözətçi qülləsi 2002
  • Başlıqlar
  • Oxşar material
  • Qarşılaşdığımız neştərin öhdəsindən necə gəlməli?
  • Yehovanın qiymətli köməyi
  • Tab gətirənlərin nümunəsi
  • Sarsılmazlıq xoşbəxtlik gətirir
  • Onlar bədənlərindəki neştərlərə tab gətirdilər
    Gözətçi qülləsi 2002
  • Bulusun cisminə batırılan tikan
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • «Lütfüm sənə kifayətdir» (2 Korinflilərə 12:9)
    Müqəddəs Kitab ayələrinin izahı
  • Zəifliklərə baxmayaraq, qüvvətliyik
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2002
w02 1/5 s. 13—17

Bədəndəki neştərin öhdəsindən gəlin

“Lütfüm sənə yetər” (2 KORİNFLİLƏRƏ 12:9).

1, 2. a) Çətinliklərlə qarşılaşan zaman nə üçün təəccüb etməli deyilik? b) Sınaqlar qarşısında əminliyimizi nəyə görə qoruya bilərik?

“ALLAH yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da tə’qibə mə’ruz qalacaqdır” (2 Timoteyə 3:12). Nəyə görə? Şeytan iddia edir ki, insan Allaha yalnız öz mənfəəti naminə xidmət edir və haqlı olduğunu sübuta yetirmək üçün o, əlindən gələni edir. Bir dəfə İsa Məsih sadiq həvarilərini xəbərdar etdi: “Şeytan sizləri tələb etdi ki, buğda kimi xəlbirləsin” (Luka 22:31). İsa bilirdi ki, Allah, Şeytanın bizi müxtəlif çətinliklərlə sınağa çəkməsinə yol verir. Əlbəttə, bu o demək deyil ki, qarşılaşdığımız bütün çətinliklərdə bilavasitə Şeytan və onun cinləri günahkardır (Vaiz 9:11). Lakin Şeytan bizi zəiflətmək üçün hər cür imkandan istifadə etməyə can atır.

2 Müqəddəs Kitabda deyilənlər sayəsində, qarşılaşdığımız sınaqlara təəccüb etmirik. Hər hansı çətinlik üz versə də, bu bizim üçün təəccüblü və gözlənilməz olmalı deyil (1 Peter 4:12). Əslində dünyadakı qardaşlarımız da eyni əzablara mə’ruz qalırlar (1 Peter 5:9). Bu gün Şeytan Allahın hər bir xidmətçisinə güclü təzyiq göstərir. İblis, yeni-yeni problemlərdən əziyyət çəkdiyimizi görməkdən ləzzət alır. Bu məqsədlə o, bədənimizdəki neştərləri artıraraq və yaxud gücləndirərək yaşadığımız dünyadan istifadə edir (2 Korinflilərə 12:7). Lakin bu o demək deyil ki, biz Şeytanın fitnələrinə tab gətirə bilmərik. Yehova bizə sınaqlara tab gətirə bilməmiz üçün çıxış yolu təqdim edərək, kömək edir. Buna görə də, neştərə bənzər çətinliklərə tab gətirməkdə də Yehova bizə kömək edəcəkdir (1 Korinflilərə 10:13).

Qarşılaşdığımız neştərin öhdəsindən necə gəlməli?

3. Pavel bədənindəki neştəri çıxarmasını xahiş etdikdə, Yehova ona necə cavab verdi?

3 Həvari Pavel dua edirdi ki, Allah onun bədənindən neştəri çıxartsın. “Üç dəfə Rəbbə yalvardım ki, onu məndən uzaqlaşdırsın”. Yehova Pavelin coşğun duasına necə cavab verdi? “Lütfüm sənə yetər; çünki Mənim qüdrətim zəiflikdə kamilləşir” (2 Korinflilərə 12:8, 9). Gəlin Yehovanın sözləri üzərində düşünək və bizə iztirab verən neştərə bənzər çətinliklərin öhdəsindən gəlməkdə bu sözlərin necə kömək etdiyini nəzərdən keçirək.

4. Yehova Pavelə hansı mə’nada lütf göstərdi?

4 Diqqət yetirin: Allah Paveli təşviq etdi ki, artıq Məsih vasitəsilə əldə etdiyi lütfü qiymətləndirsin. Doğrudan da, Pavel bol-bol xeyir-dualara nəsib olmuşdu. Vaxtilə İsa Məsihin davamçılarını fanatikcəsinə tə’qib etməsinə baxmayaraq, Allah Pavelə məhəbbətlə imkan verdi ki, Məsihin davamçısı olsun (Həvarilərin işləri 7:58; 8:3; 9:1-4). Daha sonra Yehova Pavelə xidmətdə bir çox maraqlı tapşırıqları yerinə yetirməyə lütfkarlıqla imkan verdi. Bu bizim üçün yaxşı dərsdir. Hətta ən ağır anlarda belə, minnətdar olmağımız üçün çoxlu xeyir-dualara malikik. Qoy heç bir sınaq Yehovadan gələn bol-bol lütfü bizə heç zaman unutdurmasın (Məzmur 31:19).

5, 6. a) Yehova “qüdrətinin zəiflikdə kamilləşdiyini” Pavelə necə göstərdi? b) Pavelin nümunəsi Şeytanın yalançı olduğunu necə sübut etdi?

5 Daha hansı mə’nada Yehovanın lütfü bizə yetər? Allah, qarşılaşdığımız sınaqlara tab gətirməkdə kömək etmək üçün kifayət qədər qüvvəyə malikdir (Efeslilərə 3:20). Yehova Pavelə göstərdi ki, Onun “qüdrəti zəiflikdə kamilləşir”. O, bunu necə etdi? Sınaqların öhdəsindən gəlmək üçün Allah məhəbbətlə Pavelə güc verdi. Pavelin sarsılmazlığı və Yehovaya olan möhkəm əminliyi isə hamıya göstərdi ki, Allahın gücü bu zəif və günahlı insanın vasitəsilə fəaliyyət göstərərək zəfər çalır. İnsanların yalnız həyatları rahat və asan olan zaman Allaha xidmət etdiklərini iddia edən Şeytana bu necə də tə’sir edirdi! Pavelin sarsılmazlığı bu böhtançının üzünə vurulan sillə kimi idi.

6 Allaha qarşı çıxmaqda Şeytanın keçmiş müttəfiqi olan, məsihçiləri təkəbbürlə tə’qib edən və sə’yli fərisey Pavelin anadan olandan imtiyazlı sinifə mənsub olduğuna və zinət içində yaşadığına şübhə yox idi. İndi isə “həvarilərin ən kiçiyi” kimi Yehova və Məsihə xidmət edirdi (1 Korinflilərə 15:9). O, birinci əsr məsihçilərinin rəhbərlik şurasına təvazökarlıqla tabe olurdu. Bədənindəki neştərə baxmayaraq, bütün çətinliklərin öhdəsindən gəlirdi. Həyatın çətinlikləri Pavelin sə’yini söndürmədi, bu isə Şeytanın böyük kədərinə səbəb oldu. O, səmavi də’vətini və Məsihin Padşahlığına bəslədiyi ümidini heç zaman unutmurdu (2 Timoteyə 2:12; 4:18). Nə qədər əzablı olsa da, heç bir neştər Pavelin xidmətdəki sə’yini zəiflədə bilmədi. Qoy bizim də sə’yimiz heç zaman sönməsin! Yehova, sınaqlar zamanı dayağımız olmaqla bizi, Şeytanın yalançı olduğunu sübut etmək şərəfinə layiq görür (Süleymanın məsəlləri 27:11).

Yehovanın qiymətli köməyi

7, 8. a) Yehova bu gün öz xidmətçilərini necə möhkəmləndirir? b) Neştərə bənzər sınaqların öhdəsindən gələ bilməyimiz üçün, Müqəddəs Kitabı gündəlik oxuyub öyrənmək nəyə görə vacibdir?

7 Yehova, bu gün İsanın sadiq davamçılarını Kəlamı, müqəddəs ruhu və məsihçi qardaşlığı vasitəsilə möhkəmləndirir. Həvari Pavel kimi, biz də duada qayğılarımızı Yehovaya həvalə edə bilərik (Məzmur 55:22). Allah qarşılaşdığımız sınaqları aradan qaldırmasa da, bizə, hətta ən ağır sınaqların belə öhdəsindən gələ bilməmiz üçün müdriklik verir. Yehova həmçinin bizə möhkəmlik - “ən üstün qüdrət” verir ki, hər şeyə dözməyimizə kömək etsin (2 Korinflilərə 4:7).

8 Biz bu cür köməyi necə əldə edirik? Bunun üçün Allahın Kəlamını diqqətlə öyrənməliyik, çünki Onun e’tibarlı təsəllisini oradan alırıq (Məzmur 94:19). Müqəddəs Kitabdan, Allahın xidmətçilərinin kömək üçün etdikləri səmimi dualar haqqında oxuyuruq. Onlara cavab verərkən, Yehova çox vaxt üzərində düşünülməsi gərək olan təsəlliverici sözlər istifadə edirdi. Allahın Kəlamını öyrənmək bizi möhkəmlədəcək, biz isə, ən üstün qüdrətin bizdən deyil, Allahdan olduğunu görəcəyik. Bədənimizdə qüvvət olsun deyə, hər gün fiziki cəhətdən qidalandığımız kimi, Allahın sözləri ilə də müntəzəm surətdə qidalanmalıyıq. Bunu edirikmi? Əgər ediriksə, bədənimizdə neştər olan hər hansı sınağa tab gətirməkdə “ən üstün qüdrətin” bizə kömək etdiyini görəcəyik.

9. Müxtəlif problemlərlə qarşılaşan kəslərə ağsaqqallar necə kömək edə bilərlər?

9 Allah qorxusuna malik olan ağsaqqallar bizim üçün “yeldən saxlanacaq bir yer”, yə’ni həyatın çətinliklərindən və sınaqlarından müdafiə kimi xidmət edirlər. İlhamlanmış bu təsvirə müvafiq olmağa çalışan ağsaqqallar Yehovaya təvazökarlıqla və səmimiyyətlə dua edirlər ki, sıxıntı içində olanlara lazımi sözləri demək üçün onlara “şagirdlərin dilini” versin. Ağsaqqalların sözləri, həyatın çətin anlarında bizim üçün xoşagələn təsəlliverici yağmur ola bilər. Ağsaqqallar “cəsarətsizləri ruhlandıraraq”, ehtimal ki, bədənlərindəki hər hansı neştərdən əziyyət çəkən və ya mə’yus olan ruhani bacı-qardaşlarına ürəkdən kömək edirlər (İşaya 32:2; 50:4; 1 Saloniklilərə 5:14).

10, 11. Allahın xidmətçiləri ağır sınaqlara tab gətirən kəsləri necə ruhlandıra bilərlər?

10 Yehovanın bütün xidmətçiləri birləşmiş məsihçi ailəsinin üzvləridir. Bəli, biz “ayrı-ayrılıqda... bir-birimizə bağlı üzvük” və “bir-birimizi sevməliyik” (Romalılara 12:5; 1 Yəhya 4:11). Biz bunu necə yerinə yetiririk? 1 Peter 3:8 ayəsinə əsasən həmimanlılarımızın dərdinə şərik olmaqla, onlara qardaş sevgisi və şəfqət göstərməklə. Bədənlərindəki neştərdən daha çox əziyyət çəkənlərə isə, istər yaşlı, istərsə də cavan olsun, hər birimiz xüsusilə diqqətli olmalıyıq. Necə?

11 Çətinliklər içində olan insanlara qarşı həssas olmağa çalışmalıyıq. Soyuq, daşürəkli və laqeyd insan, onsuz da ağrılı yaranı zədələyə bilər. İnsanın iztirab çəkdiyini bilməyimiz, ona deyəcəyimiz sözlərdə, həmçinin onunla davranışımızda ehtiyatlı olmağa təşviq etməlidir. Müsbət əhval-ruhiyyəmiz və verdiyimiz təsəlli bə’zilərinin bədənlərindəki neştərdən çəkdiyi qəlb ağrısına rahatlıq verə bilər. Bu cür davranmaqla onlara qüvvə və dayaq ola bilərik (Koloslulara 4:11).

Tab gətirənlərin nümunəsi

12-14. a) Xərçəng xəstəliyinə tutulan bir bacı nə etdi? b) Ruhani bacı-qardaşlar ona necə kömək edir və ruhlandırırdılar?

12 Axır günlərin sonu yaxınlaşdıqca, “ağrıların” sayı günü-gündən artmaqdadır (Matta 24:8). Bu minvalla, yer üzündə yaşayan hər bir insan, xüsusilə də Yehovanın iradəsini yerinə yetirməyə çalışan sadiq xidmətçiləri sınaqlara mə’ruz qalırlar. Tammüddətli xidmət edən bir bacının nümunəsini nəzərdən keçirək. Onda xərçəng xəstəliyi aşkar edildiyi üçün, cərrahi əməliyyat vasitəsilə tüpürcək vəzlərini və limfa düyünlərini kəsmək lazım gəlmişdir. Onlar əri ilə birlikdə bu xəstəlik barədə eşidəndə, Allaha ürəkdən çoxlu dua etdilər. Bacı söyləyir ki, bir az keçdikdən sonra onlar ürəklərində qeyri-adi rahatlıq hiss etdilər. Bacı müalicənin əlavə tə’sirindən əziyyət çəkən zaman xüsusilə çoxlu çətinliklərin öhdəsindən gəlməli oldu.

13 Bu bacı yaranan vəziyyətin öhdəsindən gəlmək üçün, xəstəliyi barədə daha çox mə’lumat əldə etməyə çalışır və həkimləri ilə məsləhətləşirdi. “Gözətçi Qülləsi”, “Oyanın!” jurnallarında və Müqəddəs Kitaba əsaslanan digər nəşrlərdə bu cür xəstəliyə baxmayaraq, ruhdan düşməyən insanların tərcümeyi-hallarını oxuyurdu. Bundan əlavə, çətin anlarında Müqəddəs Kitabdan, Yehovanın öz xalqına kömək etməyə qadir olduğunu göstərən müvafiq ayələri, həmçinin digər faydalı mə’lumatları oxuyurdu.

14 Bir məqalədə ümidsizliyin öhdəsindən gəlmək üçün aşağıdakı ayə sitat gətirilmişdi: “Tənhalığı sevən niyyətinin ardınca düşmüş olar” (Süleymanın məsəlləri 18:1, MKŞ). Buna görə də məqalədə “adamlardan qaçmayın”a deyə, məsləhət olunurdu. Bacı söyləyir: “Çoxları mənim üçün dua etdiklərini söyləyir; başqaları telefon edirdi. İki ağsaqqal daima mənim vəziyyətimdən xəbər tuturdu. Mən gül və çoxlu məktublar alırdım. Bə’zi bacı-qardaşlar mənim üçün, hətta yemək də hazırlayırdılar. Həmçinin, çoxları prosedura üçün xəstəxanaya aparmağı təklif edirdilər”.

15-17. a) Bir bacı bədbəxt hadisə nəticəsində yaranan çətinliklərin öhdəsindən necə gəlirdi? b) Yığıncaq ona hansı köməyi göstərdi?

15 Nyu-Meksikada (ABŞ) uzun müddət Yehovaya xidmət edən bir bacı iki dəfə avtomobil qəzasına uğramışdır. O, boyun və çiynindən xəsarət almışdır, bu isə 25 il əziyyət çəkdiyi oynaq iltihabı xəstəliyini daha da gücləndirdi. Bacı söyləyir: “Başımı düz tutmaq və iki kiloqramdan artıq yük daşımaq mənə çox çətin idi. Lakin Yehovaya ürəkdən etdiyim dualar mənə çox kömək olurdu. Həmçinin, “Gözətçi Qülləsi” jurnalından öyrəndiyimiz məqalələrin də böyük köməyi dəyirdi. Onlardan birində Mika 6:8 ayəsi sitat gətirilir və qeyd olunurdu ki, Allah qarşısında təvazökarlıqla yerimək, imkanlarının məhdudiyyətini dərk etmək deməkdir. Bu məqalələr, istədiyimdən az təbliğ etsəm də məhdudiyyətlərimi nəzərə alaraq, ruhdan düşməməyimə kömək etdi. Ən vacibi, Allaha təmiz məqsədlə xidmət etməkdir”.

16 Bacı əlavə edir: “Yığıncaq görüşlərinə və təbliğə getməyə çalışdığım üçün ağsaqqallar həmişə məni tə’rifləyirdilər. Yığıncağın gəncləri məni qucaqlayırdılar. Pionerlər mənə səbir edir və vəziyyətimlə əlaqədar tez-tez öz planlarını dəyişirdilər. Hava pis olanda qayğıkeşliklə məni təkrar başçəkmələrə və ya Müqəddəs Kitab öyrənməsinə də’vət edirdilər. Xidmətdə çanta daşıya bilmədiyimə görə isə, bacı-qardaşlar xidmət üçün olan şəxsi çantalarında mənim ədəbiyyatımı daşıyırdılar”.

17 İki bacının bədəninə neştər kimi sancılan zəifliyə tab gətirməkdə yığıncağın ağsaqqalları və başqa həmimanlıların necə kömək etdiyinə diqqət yetirin. Onlar bacıların ruhani, fiziki və emosional cəhətdən xüsusi tələbatlarını nəzərə alaraq, qayğıkeşliklə praktiki kömək təklif edirdilər. Bu sizi, çətinlik çəkən bacı-qardaşlara eynilə kömək göstərməyə təşviq etmirmi? Gənclər, siz də yığıncaqda bədənlərindəki neştərdən iztirab çəkənlərə kömək edə bilərsiniz (Süleymanın məsəlləri 20:29).

18. “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarında çap olunan tərcümeyi-hallar bizi necə ruhlandıra bilər?

18 “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarında, müxtəlif cür sınaqlara tab gətirmiş, yaxud hələ də tab gətirməkdə olan bir çox Şahidlərin tərcümeyi-halı və həyatlarında baş verən hadisələr çap olunur. Bu jurnalları oxuduqda görəcəksiniz ki, bütün dünyada yaşayan bacı-qardaşlarımızın çoxu iqtisadi çətinliklərə tab gətirir, müxtəlif bədbəxtliklər nəticəsində yaxınlarını itirir, həmçinin ağır müharibə şəraitlərində yaşayırlar. Kimisi üzücü xəstəlikdən əzab çəkir. Çoxları sağlam insan üçün asan olan sadə işin öhdəsindən gələ bilmir. Bu cür xəstəliklər, xüsusilə də əgər insan onun ucbatından istədiyi qədər məsihçi fəaliyyətində iştirak edə bilmirsə, ağır sınaqlara çevrilir. Bu cür insanlar bacı-qardaşların, gənclərin və yaşlıların göstərdiyi köməyə necə də dərindən minnətdarlıq edirlər!

Sarsılmazlıq xoşbəxtlik gətirir

19. Bədəninə neştər kimi sancılan sınaq və zəifliklərə baxmayaraq, Pavel nə üçün sevinə bilirdi?

19 Pavel, Allahın ona necə möhkəmlik verməsinə valeh olurdu. O deyirdi: “Daha çox öz zəifliklərimlə məmnuniyyətlə öyünəcəyəm ki, Məsihin qüdrəti içimdə sakin olsun. Bu səbəbdən mən, Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaca, tə’qiblərə və sıxıntılara tab gətirməyə razıyam; çünki mən zəif olduğum zaman qüvvətliyəm” (2 Korinflilərə 12:9, 10). Şəxsi təcrübəsi əsasında Pavel əminliklə deyirdi: “Ehtiyac duyduğum üçün bunları söyləmirəm, zira yaşadığım şəraitdən məmnun qalmağa alışmışam. Mən yoxsulluq şəraitində də, firavanlıq şəraitində də yaşamağı bacarıram. Hər şeydə və hər şəraitdə tox olub ac qalmaq, firavan yaşamaq və ehtiyac duymaq sirrini öyrənmişəm. Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:11-13, İ-93).

20, 21. a) Görünməyən üzərində düşünərək nə üçün sevinc əldə edə bilərik? b) Hazırda görünməyən hansı xeyir-duaları yer üzü cənnətdə görmək istəyərdiniz?

20 Bu səbəbdən, bədənimizdəki hər cür neştərə tab gətirərək sevinc əldə edir və bununla da başqalarına Yehovanın qüdrətinin zəiflikdə kamilləşdiyini göstəririk. Pavel yazırdı: “Biz ruhdan düşmürük... daxili varlığımız gündən-günə təzələnir. Amma müvəqqəti və yüngül sıxıntılarımız bizim üçün ağırlıqda heç bir şeylə müqayisə edilməz dərəcədə böyük, əbədi izzət hasil edir. Çünki biz... görünməyənə baxırıq... görünməyən isə əbədidir” (2 Korinflilərə 4:16-18).

21 Bu gün Yehovanın xidmətçilərinin əksəriyyəti yer üzü cənnətdə yaşamağa və Allahın və’d etdiyi xeyir-duaları dadmağa ümid edirlər. Bu cür xeyir-dualar indi bizə görünməz gələ bilər. Öz gözlərimizlə bütün bu xeyir-duaları görəcəyimiz və onlardan əbədiyyən həzz alacağımız vaxt sür’ətlə yaxınlaşır. Bu cür xeyir-dualardan biri də odur ki, bir daha neştərə bənzər problem dolu həyat olmayacaq! Allahın Oğlu “iblisin əməllərini puç” edəcək və “ölüm üzərində hakimiyyətə malik olanı... tə’sirsiz hala” gətirəcəkdir (1 Yəhya 3:8; İbranilərə 2:14).

22. Biz hansı əminliyə və qətiyyətə malik olmalıyıq?

22 Buna görə də hər hansı neştərin bizə əzab verməsinə baxmayaraq, gəlin ruhdan düşməyək və sarsılmaz qalaq. Pavel kimi biz də, bizi möhkəmləndirən Yehovanın sayəsində qüvvə alırıq. Yer üzü Cənnətdə yaşayan zaman, bizim üçün etdiyi heyrətləndirici işlərinə görə Allahımız Yehovaya hər gün izzət gətirəcəyik (Məzmur 103:2).

[Haşiyə]

a “Oyanın!” jurnalının 2000-ci il, 8 may sayında, “Müqəddəs Kitabın nöqteyi-nəzəri” rubrikasından “Ümidsizliklə necə mübarizə aparmalı?” adlı məqaləyə baxın (rusca).

Siz necə cavab verərdiniz?

• İblis bizi nəyə görə və necə zəiflətməyə çalışır?

• Yehovanın “qüdrəti zəiflikdə” necə kamilləşir?

• Müxtəlif çətinliklərdən əziyyət çəkənləri ağsaqqallar və digər həmimanlılar necə ruhlandırırlar?

[13-cü səhifədəki şəkil]

Pavel üç dəfə Allaha yalvardı ki, bədənindəki neştəri çıxarsın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş