ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 2 KORİNFLİLƏRƏ 11—13
Bulusun cisminə batırılan tikan
Müqəddəs Kitabda çox vaxt tikan zədələyən, narahatçılıq yaradan insanları və ya problem yaradan şeyləri təsvir etmək üçün işlənir (Sy 33:55; Ms 22:5; Hz 28:24). Bulus cismindəki tikandan danışanda, ola bilsin, onun həvariliyini, gördüyü işləri şübhə altına alan yalançı həvariləri və ya başqa insanları nəzərdə tuturdu. Aşağıda gətirilən ayələrə əsasən, Bulus «cismimə bir tikan batırılıb» deyəndə başqa nələri nəzərdə tuta bilərdi?
Bəs sizin cisminizdəki tikan nədir?
Yehovanın sizə dözməyə kömək edəcəyinə güvəndiyinizi necə göstərə bilərsiniz?