Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/1 s. 3
  • Əziz oxucular!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əziz oxucular!
  • Gözətçi qülləsi 2008
  • Oxşar material
  • «Gözətçi Qülləsi» ilə əlaqədar maraqlı dəyişikliklər!
    Müqəddəs ibadətimiz 2007
  • Ondan tam istifadə edirsənmi?
    Müqəddəs ibadətimiz 2008
  • «Gözətçi Qülləsi»nin yeni təlim nəşri
    Gözətçi qülləsi 2008
  • Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün yeni rubrika
    Müqəddəs ibadətimiz 2010
Əlavə
Gözətçi qülləsi 2008
w08 1/1 s. 3

Əziz oxucular!

SİZƏ bildirməyə şadıq ki, bu saydan etibarən «Gözətçi Qülləsi»nin tərtibatında bəzi dəyişikliklər olacaq. Dəyişikliklər barədə danışmazdan əvvəl, nəyin əvvəlki kimi qaldığını göstərmək istərdik.

Jurnalın adı — «Gözətçi Qülləsi Yehovanın Padşahlığını elan edir» — olduğu kimi qalır. «Gözətçi Qülləsi» Yehovanı həqiqi Allah kimi izzətləndirməyə və oxucularına Allahın Padşahlığı haqqında xoş xəbərlə təsəlli verməyə davam edəcək. Bu sayın 5-9-cu səhifələrindəki məqalələrdə həmin Padşahlığın nə olduğu və nə zaman gələcəyi araşdırılacaq. Bundan əlavə, «Gözətçi Qülləsi» bir çox onilliklər ərzində olduğu kimi, bundan sonra da insanların İsa Məsihə imanını artırmağa, Müqəddəs Kitab həqiqətlərini dəstəkləməyə və dünya hadisələrinin mənasını Müqəddəs Kitab peyğəmbərliklərinin əsasında izah etməyə davam edəcək.

Bəs dəyişikliklər nədən ibarət olacaq? Gəlin Azərbaycan dilində üç aydan bir çıxacaq bu jurnaldakı maraqlı yeni rubrikalardan bəzilərinə nəzər salaqa.

Bu nəşrdə bir neçə düşündürücü rubrika olacaq. «Bilirsinizmi?» adlı rubrikada Müqəddəs Kitabdan seçilmiş mövzuları işıqlandıran əlavə maraqlı məlumat veriləcək. «Allaha yaxınlaşın» rubrikası Müqəddəs Kitabın müəyyən parçasından Yehova haqqında nə öyrənə biləcəyimizi göstərəcək. «Oxucularımız soruşur» rubrikasında Müqəddəs Kitaba dair hamını maraqlandıran suallar müzakirə ediləcək. Məsələn, çoxlarını belə bir sual düşündürür: «Allahın Padşahlığı insanların ürəyindədirmi?» Bu suala 13-cü səhifədə cavab tapacaqsınız.

Müntəzəm olaraq çıxacaq bir çox rubrikalar ailələr üçün nəzərdə tutulmuşdur. «Ailə xoşbəxtliyinin açarları» rubrikasında ailə problemləri ilə bağlı həyatdan götürülmüş hadisələr və onların həll olunmasında Müqəddəs Kitab prinsiplərinin necə kömək etdiyi göstəriləcək. «Uşaqlarınızı öyrədin» rubrikası valideynlərin öz övladları ilə birgə oxuması üçün nəzərdə tutulmuşdur. «Gənc oxucularımız üçün» adlı rubrikada gənclərin Müqəddəs Kitab öyrənməsi ilə necə məşğul ola biləcəkləri təsvir olunur.

Hərdən bəzi əlavə rubrikalar da olacaq. «Onların imanını təqlid edin» rubrikası bizi Müqəddəs Kitab personajlarının nümunəsini izləməyə təşviq edəcək. Məsələn, bu sayın 18-21-ci səhifələrində İlyas peyğəmbər haqqında maraqlı hekayətdən onun imanını necə təqlid edəcəyinizi öyrənəcəksiniz. «Gələn məktub» rubrikasında dünyanın müxtəlif yerlərindən olan missionerlər və başqaları özləri haqqında danışacaqlar. «İsadan nə öyrənirik?» rubrikası əsas Müqəddəs Kitab təlimlərini sadə tərzdə başa salacaq.

Biz inanırıq ki, «Gözətçi Qülləsi» Müqəddəs Kitaba hörmət edən və onun əslində nə öyrətdiyini bilmək istəyən bütün oxucular üçün maraqlı olacaq. Ümidvarıq ki, bu jurnal Müqəddəs Kitab həqiqətlərinə olan tələbatınızı ödəyəcək.

NAŞİRLƏR

[Haşiyə]

a İndi «Gözətçi Qülləsi» iki sayda buraxılacaq. Jurnalın üç aydan bir çıxacaq bu buraxılışı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Ayın 15-i tarixli təlim nəşri Yehovanın Şahidlərinin yığıncaq görüşlərində istifadə ediləcək. Yığıncaq görüşlərinin qapısı hamıya açıqdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş