Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/7 s. 10—12
  • Yeniyetməni sərbəst həyata necə hazırlamalı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeniyetməni sərbəst həyata necə hazırlamalı?
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Mühüm mərhələ
  • Uğur qazanmaqda kömək
  • Əlavələr. Valideynlərin sualları
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Yeniyetmə övladınız sizin etiqadınıza şübhə ilə yanaşanda
    Gözətçi qülləsi 2012
  • Yeniyetmələrlə ünsiyyət
    Gözətçi qülləsi 2008
  • Yeniyetmə övladınız etibarınızı doğrultmayanda
    Ailələrə komək
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/7 s. 10—12

Ailə xoşbəxtliyinin açarları

Yeniyetməni sərbəst həyata necə hazırlamalı?

«Oğullarım balaca olanda onlarla söhbət etmək mənə çox xoş idi. Hər şeydə mənə qulaq asırdılar. İndi isə onlar yeniyetmə yaşına çatıblar və hər şeyin üstündə mübahisəmiz düşür. Onlar hətta ruhani şeylərə də soyuq yanaşmağa başlayıblar. Hərdən: “Müqəddəs Kitab haqda danışmağa məcburuqmu?” — deyə etiraz edirlər. Əvvəllər bu cür şeyləri başqa ailələrdə görürdüm, amma heç ağlıma da gəlməzdi ki, bizim ailədə də nə vaxtsa belə hallar olacaq»,— Recia.

SİZİN ailənizdə yeniyetmə varmı? Əgər varsa, onda siz övladınızın inkişaf dövrünün ən maraqlı mərhələsinin şahidi olursunuz. Lakin bu, eyni zamanda sizin üçün ən gərgin dövr ola bilər. Növbəti vəziyyətlər sizə tanışdırmı?

▪ Balaca olanda oğlunuz qayıq körpüyə bağlandığı kimi, sizə bağlanmışdı. İndi yeniyetmə yaşına çatanda o üzüb getmək üçün kəndiri dartır. Sizə isə elə gəlir ki, bu qayıqda sizə yer yoxdur.

▪ Qızınız uşaq olanda, sizə hər şeyi danışırdı. İndi isə o ancaq dostları ilə ünsiyyət edir, sizin üçün isə sanki bu «ünsiyyət otağı»nın qapısı bağlıdır.

Əgər bu cür hallar sizin ailədə də baş verirsə, tez-tələsik uşağın getdikcə dikbaş olduğu qənaətinə gəlməyin. Bəs bu cür davranışı nə ilə izah etmək olar? Bu suala cavab vermək üçün gəlin yeniyetməlik dövrünün uşağın inkişafında hansı rolu oynadığını araşdıraq.

Mühüm mərhələ

Doğulandan bəri uşağın həyatında baş verən hər şey ilk dəfə olur — atılan ilk addımlar, deyilən ilk sözlər, məktəbdə keçirilən ilk gün və sair və ilaxır. Uşağın yaşadığı hər yeni mərhələ valideyni sevindirir. Bütün bunlar onların çox arzuladığı bir şeyə, uşağın böyüməsinə dəlalət edir.

Yeniyetməlik dövrü də mühüm mərhələdir, baxmayaraq ki, bəzi valideynlər onu alqışlarla qarşılamırlar. Onları başa düşmək olar. Axı üzüyola uşağın çevrilib dikbaş olmasını görmək hansı ata-ananı sevindirər? Bununla belə, yeniyetməlik uşağın inkişafının mühüm dövrüdür. Nə üçün?

Müqəddəs Kitabda deyilir ki, nə vaxtsa insan ‘öz ata-anasını tərk edəcək’ (Yaradılış 2:24). Yeniyetməlik çağı gənci həyatın elə həmin acılı-şirinli günlərinə hazırlayır. Elə etmək lazımdır ki, həmin vaxt övladınız həvari Pavel kimi deyə bilsin: «Mən körpə ikən, körpə kimi danışır, körpə kimi düşünür, körpə kimi mühakimə edərdim; boya-başa çatdıqda isə, körpə davranışlarını tərk etdim» (1 Korinflilərə 13:11).

Övladınızın yeniyetməlik illərində davranışını belə izah etmək olar — o, uşaqlığı buraxıb məsuliyyətli, sərbəst, müstəqil yaşamaq üçün yetərincə yetkin insan olmağı öyrənir. Bir kitabda yeniyetməlik haqlı olaraq «uzun sürən vida» kimi təsvir edilir.

Yəqin indi siz inana bilmirsiniz ki, «kiçik» oğlunuz və ya qızınız gələcəkdə sizsiz nə isə edə bilsin. Ola bilsin, sizdə belə suallar yaranır:

▪ «Əgər oğlum indi öz tökdüyünü yığışdırmırsa, sabah ayrı yaşayanda evini hansı vəziyyətdə saxlayacaq?

▪ «Əgər qızım indi evə vaxtında gəlmirsə, gələcəkdə ondan necə işçi çıxacaq?»

Sizdə də bu kimi suallar yaranırsa, bir şeyi yadda saxlayın: müstəqillik uşağın asanlıqla açıb girə biləcəyi qapı deyil, bu, onun getdiyi yoldur və həmin yolu başa vurmaq üçün illər lazımdır. Ancaq hal-hazırda siz görürsünüz ki, ‘səfehlik uşağın qəlbindən yapışıb’ (Süleymanın məsəlləri 22:15).

Ona düzgün istiqamət versəniz, ‘xeyirlə şəri ayırd etmək üçün hissləri alışdırmağı’ öyrənərək yeniyetmədən məsuliyyətli gəncə çevriləcək (İbranilərə 5:14).

Uğur qazanmaqda kömək

Yeniyetməni sərbəst həyata hazırlamaq üçün ona düşünməyi öyrədin ki, gələcəkdə müstəqil olaraq müdrik qərarlar verə bilsin. Bu işdə sizə Müqəddəs Kitabın növbəti prinsipləri kömək edə bilər.

Filipililərə 4:5: ‘Qoy sizin mülayimliyiniz məlum olsun’. Tutaq ki, oğlunuz evə əvvəlkindən bir az gec gəlmək üçün icazə istəyir. Siz dərhal qəti etiraz edirsiniz. O, sizdən inciyərək deyir: «Siz mənimlə elə rəftar edirsiniz ki, elə bil balaca uşağam!» «Çünki sən özünü uşaq kimi aparırsan» — deməzdən əvvəl bir şeyi nəzərə alın: adətən yeniyetmələr lazımından çox sərbəstlik istəyirlər, valideynlər isə verə biləcəklərindən az sərbəstlik verməyə çalışırlar. Hərdən güzəştə gedə bilərsinizmi? Nə üçün ən azı dinləyib onu başa düşməyə çalışmayasınız?

MƏSLƏHƏT: Nədə uşağınıza nisbətən artıq sərbəstlik verə biləcəyinizi bir yerə yazın. Sonra başa salın ki, bunu onu yoxlamaq üçün edirsiniz. Əgər məsuliyyətli olsa, tədricən ona daha çox sərbəstlik veriləcək, yox əgər əksinə olsa, sərbəstliyi azaldılacaq (Matta 25:21).

Koloslulara 3:21: «Ey atalar, övladlarınızı hirsləndirməyin ki, onlar məyus olmasınlar». Bəzi valideynlər uşağın hər addımını izləyirlər. Kiminlə olduğundan, nə etdiyindən halı olmaq üçün onu gözdən qoymurlar. Uşağa dostu özləri seçir, telefon danışıqlarına gizlincə qulaq asırlar. Ancaq bütün bunlar əks təsiri göstərə bilər. Uşağı evdə dustaq edəndə o qaçmağa daha da can atır; dostlarını daima tənqid edəndə onlara daha da bağlanır; telefon söhbətlərinə qulaq asanda isə valideynlərindən gizlin dostları ilə danışmaq üçün yollar tapır. Onu nəzarət altında saxlamağa nə qədər çox çalışsanız, bir o qədər çox nəzarətdən çıxacaq. Əgər sizin övladınız sizinlə yaşaya-yaşaya özü üçün qərar verməyi öyrənməsə, sizdən ayrı yaşayanda bunu necə bacaracaq?

MƏSLƏHƏT: Növbəti dəfə sizi narahat edən mövzu barədə uşağınızla danışanda çıxardığı qərarların nəticəsi haqda düşünməyə ona kömək edin. Məsələn, dostlarını tənqid etməyin. Yaxşısı budur belə bir sual verin: «Əgər sənin dostunu qanunu pozduğuna görə həbs etsələr, bu sənin adına necə təsir edəcək?» Qoyun uşaq dost seçiminin onun adına necə təsir etdiyini görsün (Süleymanın məsəlləri 11:17, 22; 20:11).

Efeslilərə 6:4: «Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün». Nəsihət vermək sadəcə nəyin yaxşı, nəyin pis olduğunu demək deyil. Mənəvi dəyərləri uşağa elə aşılamaq lazımdır ki, onun hərəkətlərinə təsir etsin. Xüsusən də yeniyetməlik dövründə bunu etmək vacibdir. Andre adlı bir ata deyir: «Uşaqlar böyüdükcə onlara yanaşma və onları öyrətmək üsulu da dəyişilməlidir» (2 Timoteyə 3:14).

MƏSLƏHƏT: Hansısa məsələdə uşaq sizinlə razılaşmayanda, rollarınızı dəyişməyi təklif edin. Ondan soruşun ki, sizin yerinizdə olsaydı, sizə hansı məsləhəti verərdi. Ona bu sualı araşdırıb fikrini təsdiq və təkzib edəcək dəlillər tapmaq üçün vaxt verin. Bir neçə gündən sonra söhbətinizi davam etdirin.

Qalatiyalılara 6:7: «İnsan nəyi əkərsə, onu da biçəcəkdir». Uşaq balaca olanda ona nəyi isə öyrətmək üçün küncə qoymaqla və ya sevdiyi bir şeydən məhrum etməklə cəzalandırmaq kifayət edir. Yeniyetmə olanda isə, yaxşı olar ki, hərəkətlərinin nəyə gətirib çıxara biləcəyini onunla götür-qoy edəsiniz (Süleymanın məsəlləri 6:27).

MƏSLƏHƏT: Onun əvəzinə borclarını ödəməyin, yaxud pis qiymətlər alanda müəllimə üzrxahlıq etməyin. Qoyun hərəkətinin gətirdiyi acı nəticələri özü dadsın. Bu, onun üçün yaxşı dərs olacaq.

Yəqin siz də bir valideyn kimi arzulayırsınız ki, təyyarə uçuş-enmə zolağında kifayət qədər sürət yığıb maneəsiz olaraq havaya necə qalxırsa, uşağınız da yeniyetməlik dövründən yetkinliyə elə keçə bilsin. Əlbəttə, bu, hər zaman belə olmur. Bununla belə, bu dövr sizin qarşınızda ‘layiqli yol tutması’ üçün uşağa tərbiyə vermək imkanı açacaq (Süleymanın məsəlləri 22:6). Ailədə xoşbəxtliyə yalnız möhkəm təməl olan Müqəddəs Kitab prinsipləri əsasında nail ola bilərsiniz.

[Haşiyə]

a Ad dəyişdirilib.

ÖZÜNÜZDƏN SORUŞUN . . .

Sərbəst yaşaya biləcəyi yaşa çatanda uşağım aşağıda sadalanan şeyləri bacaracaqmı?

▪ ruhani işlərlə müntəzəm məşğul olmağı

▪ düzgün qərarlar verməyi

▪ başqaları ilə dil tapmağı

▪ sağlamlığının qeydinə qalmağı

▪ puldan düzgün istifadə etməyi

▪ evdə səliqə-səhmana riayət etməyi

▪ məqsədyönlü olmağı

[12-ci səhifədəki şəkil]

Uşağınız məsuliyyətli olduğunu göstəribsə, ona bir qədər çox sərbəstlik verə bilərsinizmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş