Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 1/7 s. 26—29
  • Özünüzü pis ruhlardan qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Özünüzü pis ruhlardan qoruyun
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Pis ruhlar necə zərər yetirirlər?
  • Allahın xoşuna gəlməyən adətlər
  • Siz nə etməlisiniz?
  • Yehovanın köməyilə şər qüvvələrə qarşı durun
    Gözətçi qülləsi 2019
  • Pis ruhani qüvvələrə müqavimət göstərin
    Əbədi həyata aparan bilik
  • Ruhani varlıqlar bizə təsir edə bilərmi?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Əslində dünyanı kim idarə edir?
    Əslində dünyanı kim idarə edir?
Əlavə
Gözətçi qülləsi 2009
w09 1/7 s. 26—29

Özünüzü pis ruhlardan qoruyun

CEYMS Solomon Adalarındakı Malayta adasının ucqar hissəsində böyüyüb boya-başa çatmışdı. Uşaqlığından bəri ona ruhlara sitayiş etməyi aşılamışdılar. O deyir: «Mən heç vaxt başqalarına pislik etmək üçün ruhlara müraciət etməmişəm. Ancaq rarafonosuz (pislikdən qorunmaq məqsədilə ruhlardan kömək diləmək üçün keçirilən ayin) xoşbəxt həyatın mümkün olduğunu təsəvvür edə bilmirdim».

Dünyanın bir çox yerlərində olduğu kimi, Solomon Adalarının sakinləri də ruhların insana ya pislik, ya da yaxşılıq edə bildiyini düşünürlər. Melanezyalılar «xeyirxah» ruhlara qorxu ilı yox, sevgi ilə yanaşırlar.

Ruhların qüvvəsinə inam özünü müxtəlif cür biruzə verir. Məsələn, Ceyms balaca olanda onların kəndindəki qadınlar korokoro quşunun (ququ quşu) səsini eşidən kimi uşaqları tez evə dartıb gətirirdilər. Niyə? Çünki onlar inanırdılar ki, quş oxuyursa, deməli, kiminsə başına bədbəxt hadisə gələcək.

Bəzi kəndlilər evlərinin qapısının yuxarısına xüsusi daş qoyurlar. Ceyms də daşın onu pis ruhlardan qoruyacağına inanaraq belə edirdi. Həm də Ceyms işdə olanda nahar vaxtı qabağından qalan yeməkləri səbətə yığırdı ki, sonra atsın. O, qorxurdu ki, cadugər qabağından qalanları tapıb xəstələnməsi üçün ona cadu edər.

Ola bilər, sizin ərazinizdə belə adətlər yoxdur, ancaq yəqin siz də Ceyms kimi pis ruhlardan qorunmaq üçün başqa yerli adətlərə riayət edirsiniz. Bəlkə də, xoşbəxt olmaq üçün bu adətlərə riayət etməyin son dərəcə vacib olduğunu düşünürsünüz.

Əgər siz Müqəddəs Kitaba hörmətlə yanaşırsınızsa, aşağıdakı suallara onun necə cavab verdiyini bilmək istəyəcəksiniz: 1) Pis ruhlar insana necə pislik edə bilərlər? 2) Elə ola bilərmi ki, bəzi adətlərə riayət etməklə, insan əslində cinlərin təsiri altına düşsün? 3) Özümüzü pis ruhlardan necə qoruyub xoşbəxt ola bilərik?

Pis ruhlar necə zərər yetirirlər?

Müqəddəs Kitab göstərir ki, pis ruhlar qətiyyən ölülərin ruhu ola bilməz. «Çünki dirilər öləcəklərini bilir,— deyə Müqəddəs Kitab açıqlayır,— ancaq ölülər heç nə bilmir» (Vaiz 9:5). Əslində pis ruhlar insanları aldatmaqda Şeytana qoşulan üsyankar mələklərdir (Vəhy 12:9).

Müqəddəs Yazılar açıq-aydın göstərir ki, bizə özümüzü pis ruhlardan qorumaq lazımdır. Həvari Pavel Efesdəki məsihçilərə yazmışdı: «Çünki mübarizəmiz qan və ətə qarşı deyildir... səmavi aləmdə olan pis ruhi qüvvələrə qarşıdır». Həvari Peter bütün pis ruhların hökmdarı olan Şeytan İblisi «nərə çəkən və aşırmaq üçün kimisə axtaran aslan» kimi təsvir edirdi (Efeslilərə 6:12; 1 Peter 5:8).

Şeytan insanları əsas etibarilə yollarından azdırmaqla, onları aldatmaqla və ya Allahın xoşuna gəlməyən işlərə cəlb etməklə pislik edir. Müqəddəs Kitabda deyilir ki, İblis ‘nur mələyi cildinə girir’ (2 Korinflilərə 11:14). Əslində niyyəti pis ola-ola o, özünü yaxşı ruh kimi qələmə verir. Şeytan insanların zehnini özü və Allah haqqında həqiqətə qarşı kor edir (2 Korinflilərə 4:4). İnsanları aldatmaqda o, hansı məqsədi güdür?

Şeytan ibadət hərisidir və insanların bilərəkdən, yaxud bilməyərəkdən ona ibadət etməsini istəyir. Allahın Oğlu İsa Məsih yer üzündə olanda Şeytan onun ‘yıxılıb ona səcdə etməsini’ istəmişdi. İsa cavabında demişdi: «Rədd ol, şeytan! Çünki yazılmışdır: “Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et”» (Matta 4:9, 10). İsa Şeytana tabe olduğunu və beləliklə də ona ibadət etdiyini göstərəcək heç bir şey etmirdi.

Yehova ən qüdrətli ruhdur və Ona tabe olanlara sağalmaz yara vurulmasına O, heç vaxt yol verməyəcək (Məzmur 83:18; Romalılara 16:20). Lakin İsa kimi biz də Yehova Allahı razı salmaq istəyiriksə, Şeytana, yaxud onun cinlərinə tabe olduğumuzu göstərən hər bir hərəkətdən qaçmalıyıq. Bunun üçün özünə pis ruhani qüvvələrə sitayiş etməyi daxil edən adətləri müəyyən etmək lazımdır. Bunu necə etmək olar?

Allahın xoşuna gəlməyən adətlər

Yehova Allah qədim xalqı İsrailə xəbərdarlıq etmişdi ki, qonşu xalqların adətlərini təkrar etməsinlər. O demişdi: «Aranızda... falçı, gələcəyideyən, baxıcı, cadugər, ovsunçu... olmasın». Bu adətlərə riayət edənlərlə bağlı Müqəddəs Kitabda deyilirdi: «Rəbb belə iş görənlərə nifrət edir» (Qanunun təkrarı 18:10-12).

Buna görə də ərazinizdəki adətləri nəzərdən keçirərkən aşağıdakı sualların üzərində düşünün: bu adət əlamətləri izləməyə təşviq edirmi? Cansız əşyaların sehrli qüvvəyə malik olduğu fikrini dəstəkləyirmi? Bu zaman cadu etmək, yaxud cadudan qorunmaq üçün ayinlər keçirilirmi? Yehovadan və ya Onun təyin etdiyi nümayəndə olan İsadan başqa ayrı ruha itaət etməyi özünə daxil edirmi? (Romalılara 14:11; Filipililərə 2:9, 10).

Bu kimi işlərə təşviq edən adətləri rədd etmək son dərəcə vacibdir. Nə üçün? Həvari Pavel Allahdan ilham alaraq yazmışdı: «Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz». O, xəbərdarlıq etmişdi ki, həm Allahı, həm də başqa ruhları razı salmağa çalışan insanlar ‘Rəbbi qısqanclığa təhrik edəcəklər’ (1 Korinflilərə 10:20-22). Yehova Allah insanlardan tam sədaqət tələb edir və O, buna layiqdir (Çıxış 20:4, 5).

Həmçinin bu sualın üzərində də düşünün: bu adət insanın öz hərəkətlərinə görə məsuliyyət daşımadığı fikrini təsdiq edirmi? Məsələn, bir çox yerlərdə zinaya və nikahdan əvvəl cinsi əlaqəyə girilməsinə pis baxılır. Müqəddəs Kitabda da bu kimi şeylər mühakimə edilir (1 Korinflilərə 6:9, 10). Lakin bəzi Sakit okean ölkələrində qız «yaşıl yarpağın tilsimi»a altında olduğunu, yəni ona cadu edildiyi üçün cinsi əlaqəyə girdiyini söyləyirsə, bu kimi hərəkətlərə göz yumulur.

Lakin Müqəddəs Kitab öyrədir ki, biz öz hərəkətlərimizə görə məsuliyyət daşıyırıq (Romalılara 14:12; Qalatiyalılara 6:7). Məsələn, ilk qadın Həvva düşünürdü ki, Şeytan onu Allahın itaətindən çıxmaq üçün aldadıb. O dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». Lakin Yehova hərəkətinə görə Həvvadan hesabat verməsini istədi (Yaradılış 3:13, 16, 19). O, həmçinin bizdən də hərəkətlərimizə görə hesabat istəyəcək (İbranilərə 4:13).

Siz nə etməlisiniz?

Əgər Allahı razı salmaq və Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamaq istəyirsinizsə, qəti addımlar atmalısınız. Birinci əsrdə Efesdə yaşayan səmimi insanlar bu baxımdan gözəl nümunə qoymuşdular. Özlərini pis ruhların təsirindən azad etmək üçün onlar spiritizmlə bağlı bütün kitablarını toplayıb «hamının gözü qarşısında yandırdılar» (Həvarilərin işləri 19:19).

Kitablarını yandırmazdan əvvəl onlar «əməllərini etiraf və bəyan edərək gəlirdilər» (Həvarilərin işləri 19:18). Paveldən Məsih haqqında eşitdikləri ürəklərinə təsir etdikdə, onlar kitablarını məhv etməyə təşviq olundular. Həmçinin öz adətlərinə qarşı münasibətlərini də dəyişdilər.

Düzdür, adətlərdən əl çəkmək həmişə asan olmur. Yuxarıda adını çəkdiyimiz Ceyms üçün də bu çətin idi. O, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı. Öyrəndikləri onun xoşuna gəlsə də, rarafono ayinini icra etməyə davam edirdi. Bu ayinlərə qarşı hisslərini araşdıranda o başa düşdü ki, Yehovanın gələcəyə dair vədlərinə inansa da, pislikdən qorunmaq üçün özünü hələ də adətlərdən asılı hiss edir.

Ceymsə baxışlarını dəyişməyə nə kömək etdi? O deyir: «Yehovaya məni qoruması və Ona etibar etməyə mənə kömək etməsi üçün dua edirdim. Eyni zamanda bu adətlərdən də əl çəkdim». Bunun nəticəsində ona zərər dəydimi? «Xeyr,— Ceyms deyir,— nəticə o oldu ki, Yehovaya etibar etməyi öyrəndim və gördüm ki, Yehova adama necə yaxın dost ola bilər». Ötən yeddi il ərzində Ceyms Müqəddəs Kitabın təlimlərini öyrənməkdə insanlara kömək edərək, tammüddətli təbliğçi kimi xidmət etmişdi.

Nə üçün Ceymsin nümunəsini izləməyəsiniz? Ərazinizdə olan adətləri araşdırın və onların ‘Allahın iradəsinə’ uyğun gəlib-gəlmədiyini götür-qoy edin (Romalılara 12:1, 2). Sonra bu mövhumi adətlərdən yaxa qurtarmaq üçün cəsarətli olun. Belə etsəniz, Yehovanın ‘sizi qəbul edəcəyinə’ və qoruyacağına əmin ola bilərsiniz (2 Korinflilərə 6:16-18). Ceyms kimi, siz də Müqəddəs Kitabdakı vədin həqiqət olduğunu öz üzərinizdə hiss edəcəksiniz: «Rəbbin adı qüvvətli bir qaladır, saleh qaçıb ona pənah aparır» (Süleymanın məsəlləri 18:10).

[Haşiyələr]

a Bu ifadə xüsusi bitki yarpağını, yaxud qidanı ovsunlamaq adətinə aiddir. Sonra həmin yarpaq və ya qidanı qıza verirlər. İnanca görə, bu, qızda kişiyə qarşı ehtiras oyadır. Bu adət qıza xəbəri olmadan narkotik verilməsi və sonra zorlanması ilə eyni şey deyil. İkinci halda qız günahsızdır.

[26-cı səhifədəki şəkil]

«Korokoro»

[İcazı ilə]

Courtesy of Dr. Bakshi Jehangir

[26-cı səhifədəki şəkil]

Yemək qırıqlarını tapıb cadu etməsinlər deyə, qız onları toplayır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş