Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/5 s. 13—17
  • Gənclər, qoy sizin tərəqqiniz hamıya aşkar olsun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gənclər, qoy sizin tərəqqiniz hamıya aşkar olsun
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Tərəqqi nədir?
  • ‘Sağlamdüşüncəli olmaqla’ problemlərə sinə gər
  • Xoşbəxt nikaha hazırlıq
  • «Öz xidmətini tam şəkildə icra et»
  • Tərəqqi əsil məmnunluq gətirir
  • Qoy tərəqqin hamıya aşkar olsun
    Gözətçi qülləsi 2009
  • İrəliyə can ataraq tərəqqi et
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Tərəqqinizi aşkar edin
    Gözətçi qülləsi 2001
  • «Allah bizə qorxaqlıq ruhu... [verməyib]» (2 Timutiyə 1:7)
    Müqəddəs Kitab ayələrinin izahı
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/5 s. 13—17

Gənclər, qoy sizin tərəqqiniz hamıya aşkar olsun

«Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun» (1 TİM. 4:15).

1. Allah gənclərə nəyi arzulayır?

«EY GƏNC, cavanlığında sevin, qoy ürəyin səni cavanlıq günlərində sevindirsin» (Vaiz 11:9). Bu sözləri qədim İsrailin müdrik padşahı Süleyman yazmışdır. Onların müəllifi olan Yehova Allah siz gənclərin nəinki gənclik çağlarında, eləcə də bütün həyatınız boyunca xoşbəxt olmağınızı istəyir. Lakin bu dövrdə gənclər çox vaxt onların gələcək xoşbəxtliklərinə təsir edə biləcək ciddi səhvlərə yol verirlər. Hətta Allahın sadiq xidmətçisi olan Əyyub ‘gənclikdə etdiyi günahlarına’ görə dərin təəssüf hissi keçirirdi (Əyy. 13:26). Yeniyetməlik və gəncliyin erkən dövründə gənc məsihçilər çox vaxt ciddi ərarlar qəbul etməli olurlar. Səhv qərarlar insana dərin emosional yara vura və bütün həyatına təsir edə biləcək problemlər yarada bilər (Vaiz 11:10).

2. Ciddi səhvlərdən qaçınmaq üçün gənclər Müqəddəs Kitabın hansı məsləhətinə riayət etməlidirlər?

2 Gənclər sağlam düşüncə təzahür etdirməlidirlər. Həvari Pavelin Korinfdəki məsihçilərə verdiyi məsləhətə diqqət yetirək. O yazmışdı: «Əqlən uşaq olmayın... kamil olun» (1 Kor. 14:20). Yetkin insan kimi düşünmək və mülahizə yürütmək qabiliyyətinə yiyələnmək məsləhətinə əməl etmək gənclərə ciddi səhvlərdən qaçınmağa kömək edəcək.

3. Yetkinliyə necə nail ola bilərsən?

3 Gənclər, yetkinliyə çatmaq üçün səy tələb olunduğunu unutmayın. Pavel Timoteyə demişdi: «Qoy heç kim sənin gəncliyinə xor baxmasın. Amma sözdə, rəftarda, məhəbbətdə, ruhda, imanda və paklıqda imanlılara nümunə ol. ...Müqəddəs Yazıları cəmiyyətə oxumaqla, nəsihət və təlim verməklə məşğul ol. [...] Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun» (1 Tim. 4:12-15). Gənc məsihçilər tərəqqi etməli və bu, başqalarına aşkar olmalıdır.

Tərəqqi nədir?

4. Ruhən tərəqqi etmək özünə nəyi daxil edir?

4 Tərəqqi «inkişaf etmək, yaxşılığa doğru dəyişmək» deməkdir. Pavel Timoteyi sözdə, davranışda, məhəbbətdə, imanda, paklıqda, həmçinin xidmətində tərəqqi etməsi üçün çalışqan olmağa təşviq edirdi. O çalışmalı idi ki, nümunəvi həyat sürsün. Bunun üçün Timoteyə ruhən tərəqqi etmək gərək idi.

5, 6. a) Timoteyin tərəqqisi özünü nə zaman büruzə verdi? b) Müasir gənclər tərəqqi etməkdə Timoteyi necə təqlid edə bilərlər?

5 Eramızın 61-64-cü illərində Pavel bu məsləhəti yazan zaman artıq Timotey təcrübəli ağsaqqal idi. O, yenicə ruhən tərəqqi etməyə başlamamışdı. Eramızın 49-50-ci illərində Timotey, ehtimal ki, 20 yaşlarında olanda onun ruhani cəhətdən inkişaf etdiyini görən «Listra və Konyada olan qardaşlar Timotey haqda yaxşı fikirdə idilər» (Həv. iş. 16:1-5). Həmin vaxt Pavel Timoteyi özü ilə missioner səyahətinə apardı. Bir neçə ay ərzində Timoteyin tərəqqisini müşahidə edən Pavel onu Salonik şəhərinə göndərdi ki, oradakı məsihçiləri möhkəmləndirsin və onlara təsəlli versin. (1 Salonikililərə 3:1-3, 6 ayələrini oxu.) Aydındır ki, Timotey başqalarına aşkar olan tərəqqiyə gənclik çağlarından başlamışdı.

6 Gənclər, ruhani keyfiyyətləri indidən inkişaf etdirin ki, tərəqqiniz və Müqəddəs Kitab həqiqətlərini öyrətmək bacarığınız aydın görünsün. Artıq 12 yaşında olanda İsa «hikmətdə... tərəqqi edirdi» (Luka 2:52). Gəlin həyatın üç sahəsində: 1) ciddi problemlərlə üzləşəndə, 2) ailə qurmağa hazırlaşanda, 3) yaxşı xidmətçi olmağa səy göstərəndə tərəqqimizi necə aşkar edə biləcəyimizi nəzərdən keçirək (1 Tim. 4:6).

‘Sağlamdüşüncəli olmaqla’ problemlərə sinə gər

7. Ciddi çətinliklər gənclərə necə təsir edir?

7 On yeddi yaşlı Kerola adlı bacımız deyir: «Bəzən emosional, fiziki və əqli cəhətdən o qədər yorulurdum ki, səhərlər heç yerimdən qalxmaq belə istəmirdim». Onu əldən salan nə idi? Kerolun on yaşı olanda valideynləri boşandı və o, Müqəddəs Kitabın əxlaq normalarını qəbul etməyən anası ilə yaşamalı oldu. Ola bilsin, sən də Kerol kimi yaxşılığa doğru dəyişəcəyinə ümidin az olduğu gərgin vəziyyətlərlə qarşılaşırsan.

8. Timotey hansı çətinliklərlə mübarizə aparmalı olurdu?

8 Ruhən tərəqqi edərkən Timotey də xoşagəlməz çətinliklərlə üzləşirdi. Məsələn, o, tez-tez mədə ağrılarından əziyyət çəkirdi (1 Tim. 5:23). Pavel bir həvari kimi onu nüfuzdan salan insanların yaratdığı problemləri həll etmək üçün Timoteyi Korinfə göndərəndə yığıncağı onunla əməkdaşlıq etməyə təşviq etdi ki, onların yanında «qorxusuz olsun» (1 Kor. 4:17; 16:10, 11). Görünür, Timotey utancaq idi.

9. Sağlamdüşüncəli olmaq nə deməkdir və qorxaqlıq ruhu ilə onun arasında fərq nədən ibarətdir?

9 Bir müddət sonra kömək etmək məqsədilə Pavel Timoteyə xatırlatdı: «Allah bizə qorxaqlıq ruhu deyil, qüdrət, məhəbbət və nəfsə hakim olmaq [«sağlam düşüncə», YD] ruhu vermişdir» (2 Tim. 1:7). Sağlamdüşüncəli olmaq özünə düzgün şəkildə həm düşünməyi, həm də mülahizə yürütməyi daxil edir. Həmçinin bu, hər şeyi istədiyimiz kimi deyil, olduğu kimi qəbul etmək deməkdir. Ruhən yetkin olmayan bəzi gənclər çox yatmaqla, televizora baxmaqla, narkotik maddələrə və ya spirtli içkilərə qurşanmaqla, daim əyləncə məclislərinə getməklə və əxlaqsızlıqla məşğul olmaqla problemləri unutmağa çalışaraq qorxaqlıq ruhu təzahür etdirirlər. Müqəddəs Kitab məsihçiləri ‘Allaha qarşı hörmətsizliyi və dünyəvi ehtirasları rədd edib, bu dünyada təmkinli [«sağlamdüşüncəli», YD], saleh və Allah yoluna uyğun bir ömür sürməyə’ təşviq edir (Tit. 2:12).

10, 11. Sağlam düşüncə ruhən möhkəm olmaqda bizə necə kömək edir?

10 Müqəddəs Kitab gəncləri ‘sağlamdüşüncəli olmağa’ (YD) səsləyir (Tit. 2:6). Problemlərin öhdəsindən gəlmək üçün Allaha dua edir və Onun verdiyi gücə arxalanırsansa, deməli, sən bu məsləhətə riayət edirsən. (1 Peter 4:7 ayəsini oxu.) Bununla da sənin qəlbində ‘Allahın təmin etdiyi qüvvətə’ qarşı əminlik yaranacaq (1 Pet. 4:11).

11 Kerola kömək edən məhz sağlam düşüncə və dua idi. O deyir: «Anamın əxlaqsız həyat tərzinə qarşı qəti mövqe tutmaq həyatda etməli olduğum ən çətin şeylərdən biri idi. Lakin dua həqiqətən mənə kömək etdi. Yehovanın mənimlə olduğunu bilirəm, buna görə də artıq heç nədən qorxmuram». Unutma ki, çətinliklər səni ‘təmizləyə’ və möhkəmləndirə bilər (Məz. 105:17-19; Mərs. 3:27). Hansı çətinliklərlə qarşılaşmağından asılı olmayaraq, Allah səni heç vaxt tərk etməyəcək. O, ‘sənə kömək edəcək’ (Yeşaya 41:10).

Xoşbəxt nikaha hazırlıq

12. Nəyə görə evlənmək istəyən məsihçi Süleymanın məsəlləri 20:25 ayəsindəki prinsipə əməl etməlidir?

12 Bəzi gənclər nikaha daxil olmaqla bədbəxtçilikdən, tənhalıqdan, sıxıntıdan və evdə olan problemlərdən yaxa qurtaracaqlarını düşünərək erkən yaşlarında evlənirlər. Lakin evlilik andı çox ciddi məsələdir. Müqəddəs Kitabın yazıldığı dövrdə bəziləri düşünmədən və nəticələri nəzərə almadan and içirdilər. (Süleymanın məsəlləri 20:25 ayəsini oxu.) Çox vaxt gənclər evliliyin nə qədər ciddi olduğunu dərk etmirlər. İş-işdən keçəndən sonra onlar başa düşürlər ki, sən demə, nikaha fikirləşdiklərindən daha çox şey daxil imiş.

13. Kiminləsə ciddi münasibət qurmaq istəyənlər özlərinə hansı sualları verməlidirlər və hansı məsləhətlər onlar üçün faydalı ola bilər?

13 Kiminləsə ciddi münasibət qurmaq fikrinə düşməzdən öncə özündən soruş: «Mən nəyə görə evlənmək istəyirəm? Evlilikdən nə gözləyirəm? Bir-birimizə uyğun gəlirikmi? Ailə məsuliyyətlərinin öhdəsindən gələ biləcəyəmmi?» «Sadiq və ağıllı qul» özümüzü daxilən tədqiq etməyimizə kömək etmək üçün bu mövzuya dair vaxtaşırı olaraq məqalələr çap edirb (Mat. 24:45-47). Belə məqalələri Yehovadan gələn məsləhət kimi qəbul et. Orada yazılanları diqqətlə araşdır və onları tətbiq et. Heç zaman yol vermə ki, «at yaxud qatır kimi şüursuz» olasan (Məz. 32:8, 9). Nikahın nə olduğuna dair sənin tam anlayışın olmalıdır. Əgər özünü ciddi münasibətlərə hazır bilirsənsə, onda ‘paklıqda nümunəvi olmağı’ unutma (1 Tim. 4:12).

14. Əgər evlənsən, ruhani yetkinlik ailə həyatında sənə necə kömək edə bilər?

14 Ruhani yetkinlik toydan sonra da müvəffəqiyyət gətirir. Yetkin məsihçi ‘Məsihin dolğunluq qamətinin ölçüsünə çatmağa’ çalışır (Efes. 4:11-14). O, var gücü ilə Məsihə bənzəməyə can atır. Bizim üçün nümunə olan Məsih öz ‘qayğısına qalmırdı’ (Rom. 15:3). Hər iki tərəf özünün deyil, bir-birinin mənfəətini güdərsə, onda ailə sülhün və əmin-amanlığın hökm sürdüyü yuvaya çevriləcək (1 Kor. 10:24). Ər arvadını fədakarcasına sevəcək, arvad isə, öz növbəsində, İsanın öz Başına tabe olduğu kimi, ərinə tabe olacaq (1 Kor. 11:3; Efes. 5:25).

«Öz xidmətini tam şəkildə icra et»

15, 16. Xidmətdə ruhani tərəqqin başqalarına aşkar olsun deyə nə edə bilərsən?

15 Pavel diqqəti Timoteyin vacib tapşırığına yönəldərək dedi: «Allahın və... İsa Məsihin hüzurunda sənə and verirəm: Allahın kəlamını təbliğ et». Sonra o əlavə etdi: «Müjdəçi işini yerinə yetir, öz xidmətini tam şəkildə icra et» (2 Tim. 4:1, 2, 5). Timotey ona həvalə olunan tapşırığın öhdəsindən gəlmək üçün ‘iman sözləri ilə bəslənməli’ idi. (1 Timoteyə 4:6 ayəsini oxu.)

16 Sən iman sözləri ilə necə bəslənə bilərsən? Pavel yazmışdı: «Müqəddəs Yazıları cəmiyyətə oxumaqla, nəsihət və təlim verməklə məşğul ol. Bu işlərə fikir ver və onlarla məşğul ol» (1 Tim. 4:13, 15). Yaxşı şəxsi öyrənmə olmadan tərəqqi etmək qeyri-mümkündür. «Məşğul ol» ifadəsi hansısa bir işin içində olmaq deməkdir. Şəxsi öyrənməyə nə dərəcədə ciddi yanaşırsan? ‘Allahın dərin düşüncələrinə’ dalırsanmı? (1 Kor. 2:10). Yoxsa sən buna səthi yanaşırsan? Öyrəndiklərinin üzərində düşünmək səni ruhən tərəqqi etməyə təşviq edəcək. (Süleymanın məsəlləri 2:1-5 ayələrini oxu.)

17, 18. a) Sən hansı qabiliyyətə yiyələnməlisən? b) Timoteyin əhval-ruhiyyəsinə bənzər əhval-ruhiyyə inkişaf etdirmək sənə xidmətdə necə kömək edəcək?

17 Mişel adlı gənc pioner bacımız deyir: «Xidmətimin səmərəli olması üçün özümə yaxşı şəxsi öyrənmə cədvəli tutmuşam və müntəzəm olaraq yığıncaq görüşlərində iştirak edirəm. Bunun sayəsində daima ruhən inkişaf edirəm». Pioner xidməti təbliğdə Müqəddəs Kitabdan məharətlə istifadə etməkdə və ruhani yetkinliyə doğru irəliləməkdə sənə kömək edəcək. Yaxşı mütaliə etməyə və görüşlərdə dolğun şərhlər verməyə çalış. Ruhani cəhətdən yetkin bir gənc kimi, sənə təyin olunmuş materialdan kənara çıxmamaq şərtilə Teokratik Xidmət Məktəbində tədris nitqləri ilə çıxış etməlisən.

18 ‘Müjdəçi işini yerinə yetirmək’ xidmətdə daha səmərəli olmaq və başqalarının xilas olmasına kömək etmək deməkdir. Bunun üçün öyrətmək bacarığını inkişaf etdirmək tələb olunur (2 Tim. 4:2). Timotey Paveldən çox şey öyrəndiyi kimi, sən də təcrübəli təbliğçilərlə əməkdaşlıq edərkən onlardan təlim verməyin üsullarını öyrənəcəksən (1 Kor. 4:17). Kömək etdiyi insanları nəzərdə tutaraq Pavel dedi ki, onlara yalnız xoş xəbəri deyil, ‘öz canını’ belə vermişdi, yəni həyatını onlara kömək etməyə həsr etmişdi. Ona görə ki, bu insanlar Pavel üçün əziz idilər (1 Salon. 2:8). Pavelin xidmətə dair verdiyi nümunəni təqlid etmək üçün sən Timoteyin əhval-ruhiyyəsini təqlid etməlisən: o, nəvazişlə başqalarının qayğısına qalırdı və «Müjdəni yaymaq işində» Pavelə ‘xidmət edirdi’. (Filipililərə 2:19-23 ayələrini oxu.) Bəs sən xidmətdə fədakarlıq ruhu təzahür etdirirsənmi?

Tərəqqi əsil məmnunluq gətirir

19, 20. Yetkinliyə doğru tərəqqi etmək nəyə görə məmnunluq gətirir?

19 Ruhani cəhətdən tərəqqi etmək üçün səy tələb olunur. Lakin əgər səbirlə öyrətmək bacarığını inkişaf etdirsən, müəyyən müddətdən sonra bir çoxlarını ruhən ‘zənginləşdirəcəksən’ və nəticədə onlar sənin ‘sevincin, yaxud iftixar edəcək tacın’ olacaqlar (2 Kor. 6:10; 1 Salon. 2:19). Tammüddətli xidmət edən Fred deyir: «İndi başqalarına kömək etməyə həmişəkindən çox vaxt sərf edirəm. Həqiqətən də, vermək almaqdan daha çox xoşbəxtlik gətirir».

20 Yetkinliyə doğru tərəqqi etməkdən duyduğu sevinc və məmnunluq haqqında gənc pioner bacımız Dafni deyir: «Yehovanı bir Şəxsiyyət kimi tanıdıqca Onunla münasibətim daha sıx oldu. İnsan bacardığı qədər Yehovanı razı salmağa çalışanda əsil məmnunluq duyur!» Başqaları sənin ruhən tərəqqi etdiyini həmişə görməsələr də, Yehova bunu həmişə görür və qiymətləndirir (İbr. 4:13). Şübhə yoxdur ki, siz gənclər səmavi Atamıza həmd edə və Onu izzətləndirə bilərsiniz. Beləliklə, Onun qəlbini sevindirməyə davam edin və qoy sizin tərəqqiniz hamıya aşkar olsun! (Sül. məs. 27:11).

[Haşiyələr]

a Bəzi adlar dəyişdirilib.

b «Gənclərin sualları. Praktiki məsləhətlər», II cild (rus.) «Bir-birimizə uyğun gəlirikmi?»; «Gözətçi Qülləsi» 2001-ci il 1 avqust sayının «Həyat yoldaşı seçməkdə Allahın rəhbərliyi» və «Oyanın!» 1983-cü il 22 sentyabr saylı (ing.) «Yeniyetmələrin nikaha daxil olması nə dərəcədə müdrikdir?» adlı məqaləsinə bax.

Siz nə öyrəndiniz?

• Ruhani cəhətdən tərəqqi etmək özünə nəyi daxil edir?

• Çətinliklərlə üzləşəndə...

nikaha hazırlaşanda...

xidmətdə...

• tərəqqini başqalarına necə aşkar edə bilərsən?

[15-ci səhifədəki şəkil]

Dua çətinliklərə sinə gərməkdə sənə kömək edə bilər

[16-cı səhifədəki şəkil]

Gənc təbliğçilər təlim verməyin effektiv üsullarına necə yiyələnə bilərlər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş