Yadınızdadırmı?
«Gözətçi Qülləsi»nin son sayları xoşunuza gəldimi?
Elə isə aşağıdakı suallara cavab verməyə çalışın:
• Ölü doğulan uşağın dirilməsi mümkündürmü?
İnsan həyatı mayalanma zamanı başlayır. Həyatının hansı mərhələsində olmasından asılı olmayaraq, Yehova hər bir insanı diriltməyə qadirdir, çünki «Allah üçün hər şey mümkündür» (Mark 10:27). Lakin Müqəddəs Kitab Onun ana bətnində ölən uşağı dirildib-diriltməyəcəyi haqda birbaşa heç nə demir (15.4. səhifə 12, 13).
• Nəyə görə qarışqalar, qayadovşanları, çəyirtkə və gekkon kərtənkələsi haqqında məlumat bizim üçün faydalı ola bilər?
Onların dördü də instinktiv müdrikliyə nümunədir. Beləliklə, onlar Allahın müdrikliyini mədh edirlər (Sül. məs. 30:24-28) (15.4. səhifə 16-19).
• Nəyə görə Müqəddəs Kitabda susmağın tərifəlayiq bir şey olduğu deyilir?
Susmaq hörmət əlaməti, düşünməyə kömək edən, həmçinin ağıl və dərrakəyə dəlalət edən bir amil ola bilər (Məz. 37:7; 63:6; Sül. məs. 11:12) (15.5. səhifə 3-5).
• Yəhudanın neçə padşahı Allahın evi üçün böyük qeyrət göstərmişdir?
Yəhudanın cənub padşahlığını on doqquz padşah idarə etmişdir və onlardan dördü — Asa, Yehoşafat, Xizqiya və Yoşiya belə qeyrət göstərmişdir (15.6. səhifə 7-11).
• Ruhani qidanın təqdim edilməsində yer üzündə yaşayan məsh olunmuşların hamısı iştirak edirmi?
Xeyr. Allahın müqəddəs ruhu ilə məsh olunanlar sadiq və ağıllı qul sinfini təşkil edir, lakin ruhani qidanın paylanmasına Rəhbərlik Şurası nəzarət edir (15.6. səhifə 22-24).
• Nəyə görə demək olar ki, İsa ilə din rəhbərləri arasında fərqləndirici cəhət insanlara olan məhəbbət idi?
Din rəhbərləri sadə insanları sevmək əvəzinə, onlara nifrət edirdilər. Üstəlik, onlar Allahı da sevmirdilər. İsa həm Atasını sevir, həm də onun insanlara yazığı gəlirdi (Mat. 9:36). O, onlara qarşı səmimi, şəfqətli və xeyirxah idi (15.7. səhifə 15).