Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/1 s. 19—21
  • Ər-arvad kimi ruhən birgə inkişaf edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ər-arvad kimi ruhən birgə inkişaf edin
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • Ruhani insan olmaq nə deməkdir?
  • Nəyə görə ər-arvad birlikdə ruhən inkişaf etməlidir?
  • Əkdiyinizi biçəcəksiniz
  • Ruhanilik nədir? Dinə etiqad etmədən ruhani düşüncəli insan olmaq olar?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Problemlərin həll edilməsi
    Gözətçi qülləsi 2008
  • Yahın alovunu söndürməyin!
    Gözətçi qülləsi 2023
  • Yaxşı ünsiyyət vasitəsilə nikahınızı möhkəmləndirin
    Gözətçi qülləsi 2013
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/1 s. 19—21

Ailə xoşbəxtliyinin açarları

Ər-arvad kimi ruhən birgə inkişaf edin

Firuza: «Təzə evlənəndə təkid etdim ki, Müqəddəs Kitabı arvadımla birgə oxuyub araşdıraq. Çalışırdım ki, bunun üçün ayırdığımız vaxtda həyat yoldaşımın diqqəti yayınmasın. Amma sən demə, Elnarə araşdırmanın qurtarmasını səbirsizliklə gözləyirmiş. Verdiyim suallara onun cavabı yalnız “hə” və “yox” olurdu. Bizim birgə araşdırmamızı mən heç belə təsəvvür etmirdim».

Elnarə: «Firuzla ailə quranda 18 yaşım vardı. Biz müntəzəm olaraq Müqəddəs Kitabı araşdırırdıq, lakin Firuz hər dəfə mənim bir qadın kimi hansı sahələrdə düzəlməli olduğumu göstərməyə çalışırdı. Ona görə məyus və pərt olurdum!»

SİZCƏ, Firuzla Elnarənin münasibətindəki problem nədə idi? Onların niyyətləri yaxşı idi və hər ikisi Allahı sevir və Onun Kəlamını birgə oxuyub araşdırmağı vacib sanırdı. Lakin onları bir-birlərinə daha yaxın etməli olan amil əks təsir göstərirdi. Müqəddəs Kitabı birgə araşdırsalar da, bir cütlük kimi ruhən inkişaf etmirdilər.

Ruhani insan olmaq nə deməkdir? Ərlə arvad nəyə görə bu sahədə inkişaf etməlidirlər? Bu zaman hansı çətinliklər yarana bilər və onları necə aradan qaldırmaq olar?

Ruhani insan olmaq nə deməkdir?

Müqəddəs Kitaba əsasən, «ruhani» olmaq dedikdə insanın həyata baxışı və ya münasibəti nəzərdə tutulur (1 Korinflilərə 2:15). Məsələn, həvari Pavel ruhani və cismani insanın həyata baxışlarının necə müxtəlif olduğunu vurğulayır. Onun sözlərinə görə, cismani düşüncəli insanlar ən çox özlərini düşünürlər. Belə adamlar, Allahın normalarına uyğun yaşamağa səy göstərmək əvəzinə, özlərinin düzgün sandıqları kimi davranırlar (1 Korinflilərə 2:14; Qalatiyalılara 5:19, 20).

Bunun əksinə olaraq, ruhani düşüncəli insanlar Allahın normalarına böyük önəm verirlər. Onlar Yehova Allahı öz Dostları sanır və Onun xüsusiyyətlərini təqlid etməyə çalışırlar (Efeslilərə 5:1). Buna görə də başqaları ilə münasibətlərində məhəbbət, xeyirxahlıq və nəciblik təzahür etdirirlər (Çıxış 34:6). Hətta onlar üçün rahat olmasa belə, yenə də Allaha tabe olmağa çalışırlar (Məzmur 15:1, 4). Kanadada yaşayan və 35 ildir ki evli olan Darren deyir: «Düşünürəm ki, ruhani insan öz davranış və nitqinin Allahla dostluğuna necə təsir edəcəyini həmişə nəzərə almalıdır». Onun həyat yoldaşı Ceyn isə əlavə edir: «Məncə, Allahın müqəddəs ruhunun bəhrəsini təşkil edən xüsusiyyətləri təzahür etdirmək üçün hər gün canla-başla çalışan qadını ruhani qadın adlandırmaq olar» (Qalatiyalılara 5:22, 23).

Əlbəttə, ruhani düşüncəli insan olmaq üçün evli olmaq şərt deyil. Müqəddəs Kitab öyrədir ki, hər bir insan Allah haqqında öyrənməyə və Onu təqlid etməyə borcludur (Həvarilərin işləri 17:26, 27).

Nəyə görə ər-arvad birlikdə ruhən inkişaf etməlidir?

Bəs nəyə görə evli olanlar ruhən birlikdə inkişaf etməlidirlər? Gəlin bir nümunəyə nəzər salaq. Tutalım, iki bostançının bir torpaq sahəsi var və onlar orada tərəvəz becərmək istəyirlər. Biri fikirləşir ki, toxumu ilin müəyyən mövsümündə səpmək lazımdır, digəri isə bu işi sonraya saxlamaq niyyətindədir. Biri torpağı gübrələmək istəyir, digəri isə qəti şəkildə buna ehtiyac olmadığını düşünür. Biri bostanda hər gün işləyir, digəri isə əlini ağdan qaraya vurmayaraq oturub gözləyir. Aydındır ki, bostanda əvvəl-axır nə isə bitəcək, lakin əgər onlar hər şeyi birlikdə götür-qoy edib çalışsaydılar, bostan daha bol məhsul verərdi.

Ərlə arvadı bu iki bostançı ilə müqayisə etmək olar. Əgər onlardan yalnız biri ruhani cəhətdən inkişaf edərsə, münasibətləri müəyyən mənada yaxşı ola bilər (1 Peter 3:1, 2). Lakin onların hər ikisi də Allahın normaları əsasında yaşamağa can atsa və Allaha xidmətdə bir-birlərinə dəstək olsa, münasibətləri daha yaxşı olmazdımı?! Müdrik padşah Süleyman demişdi: «İki adam bir adamdan yaxşıdır». Nəyə görə? «Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar. Əgər biri yıxılsa, o biri yoldaşını qaldırar» (Vaiz 4:9, 10).

Təbii ki, həyat yoldaşınla birlikdə ruhən inkişaf etmək istəyərdin. Lakin bostan məsəlində olduğu kimi, tək istəklə iş bitmir. Gəlin qarşılaşa biləcəyiniz iki problemi və onları necə həll etməyi nəzərdən keçirək.

PROBLEM 1: vaxt tapa bilmirik. «Ərim məni axşam saat 7-də işdən evə gətirir, — deyə bu yaxınlarda ailə quran Syu deyir. — Evə gələndə işdən başımız ayılmır. Odla su arasında qalırsan. Bir tərəfdən başa düşürsən ki, birlikdə Allah haqqında öyrənmək üçün vaxt ayırmaq lazımdır, digər tərəfdən isə, adam yorğunluğunu almaq istəyir».

Mümkün çıxış yolu. Vəziyyətə uyğunlaşın və əməkdaşlıq edin. Syu deyir: «Ərimlə bərabər belə qərara gəldik ki, səhər bir az tez oyanaq və işə getməzdən öncə, Müqəddəs Kitabdan müəyyən bir hissəni birlikdə oxuyub müzakirə edək. Həmçinin ev işlərində ərimin mənə kömək etməsi sayəsində birgə keçirməyə vaxtımız olur». Bu, onlara hansı faydanı gətirir? Syunun əri Ed deyir: «Fikir vermişəm ki, müntəzəm olaraq Müqəddəs Kitabdan müəyyən məsələləri arvadımla birgə müzakirə edəndə problem və narahatçılıqların öhdəsindən gəlmək bizə daha asan olur».

Ünsiyyətdən əlavə, hər gün birgə dua etmək üçün vaxt ayırmaq da çox vacibdir. Bu, necə kömək edə bilər? «Arvadımla bu yaxınlarda münasibətimizdə çox ağır anlar yaşamışdıq, —16 ildir ki evli olan Rayan deyir. — Lakin hər axşam vaxt ayırıb bu haqda Allaha dua edirdik. Gördüm ki, bunun sayəsində problemlərimiz həll olunur və nikahımızda yenidən xoşbəxtliyə nail oluruq».

MƏSLƏHƏT. Sizinlə baş verən bütün yaxşı şeyləri və hansı səbəbə görə Allaha minnətdar olduğunuzu müzakirə etmək üçün hər günün sonunda bir neçə dəqiqə vaxt ayırın. Həmçinin qarşılaşdığınız və Allahın köməyi olmadan həll edə bilmədiyiniz problemlər barədə danışın. Ehtiyatlı olun: belə anlardan həyat yoldaşınızın səhvlərini üzünə vurmaq üçün fürsət kimi istifadə etməyin! Yaxşı olardı ki, bir yerdə dua edərkən yalnız ər-arvad kimi üzərində çalışmalı olduğunuz məqamları xatırladın. Növbəti gün isə duanıza uyğun davranmağa çalışın.

PROBLEM 2: vərdişimiz bir deyil. «Heç vaxt oturub kitab oxumağı xoşlamamışam», — deyə Toni etiraf edir. Onun həyat yoldaşı Natali isə deyir: «Mən oxumağı və öyrəndiklərim haqda danışmağı sevirəm. Hərdən mənə elə gəlir ki, ərim Müqəddəs Kitabdan hansısa sualları mənimlə müzakirə etməyə ürək etmir».

Mümkün çıxış yolu. Tənqid edib rəqabət aparmaq əvəzinə, bir-birinizə dəstək olun və yaxşı cəhətlərinə görə həyat yoldaşınızı tərifləyin. Toni deyir: «Arvadımın Müqəddəs Kitabdan hansısa sualları şövqlə müzakirə etməsi bəzən məni ruhdan salırdı və əvvəllər onunla müzakirələri həvəssiz edirdim. Lakin Natali mənə həmişə dayaq olurdu. Artıq biz müntəzəm olaraq ruhani fikirləri müzakirə edirik və əmin oldum ki, bunda qorxulu bir şey yox imiş. Hətta bu, mənim xoşuma gəlir. Belə müzakirələr sayəsində ailəmizdə vəziyyət əvvəlki kimi gərgin deyil və əmin-amanlıq hökm sürür».

Bir çox ər-arvad fikir vermişdir ki, hər həftə müntəzəm olaraq Müqəddəs Kitabı birgə oxuyub araşdırmaq sayəsində nikahları möhkəmlənir. Amma bir şeyi yadda saxlayın: Allahın Kəlamından olan hər bir məsləhəti həyat yoldaşınıza yox, ilk növbədə özünüzə tətbiq edin (Qalatiyalılara 6:4). Mübahisəli məsələləri ailəvi ibadət zamanı deyil, başqa vaxt həll edin. Nəyə görə?

Bir düşün: ailəlikcə oturub yemək yeyən vaxt çirk verən yaranı açıb bağlayardınmı? Təbii ki, yox. Belə etməklə hamının iştahasını küsdürərdin. İsa Allahın iradəsini öyrənib yerinə yetirməyi yeməklə müqayisə edirdi (Matta 4:4; Yəhya 4:34). Hər dəfə Müqəddəs Kitabı açanda emosional yaralara toxunsan, onda həyat yoldaşının ruhani iştahasını küsdürəcəksən. Əlbəttə, heç kim demir ki, problemləri müzakirə etmək lazım deyil. Amma bunun üçün başqa vaxt ayırmaq məsləhət görülür (Süleymanın məsəlləri 10:19; 15:23).

MƏSLƏHƏT. Həyat yoldaşında ən çox xoşuna gələn iki-üç xüsusiyyəti qeyd et. Əgər növbəti ailəvi ibadət zamanı bu xüsusiyyətlər müzakirə edilərsə, həyat yoldaşında olan həmin xüsusiyyətləri qiymətləndirdiyini de.

Əkdiyinizi biçəcəksiniz

Əgər birgə ruhən böyüməyə çalışırsınızsa, nikahınız möhkəm və xoşbəxt olacaq. Çünki Allahın Kəlamında deyilir: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

Məqalənin əvvəlində sözləri gətirilən Firuz və Elnarə Müqəddəs Kitabın bu prinsipinin doğruluğuna əmin oldular. Onlar artıq 45 ildir ki evlidirlər və cütlük kimi ruhani cəhətdən inkişaf etməyin faydalı olduğunu dadmışlar. Firuz etiraf edir: «Əvvəllər həyat yoldaşım ünsiyyətcil olmadığı üçün deyinirdim. Amma vaxt keçdikcə başa düşdüm ki, mən də öz üzərimdə işləməliyəm». Elnarə isə qeyd edir: «Çətin anlara sinə gərməyimizə Yehova Allaha olan məhəbbətimiz kömək etdi. Bu illər ərzində müntəzəm şəkildə birgə oxuyub araşdırır və dua edirdik. Firuzun Allaha xoş gələn xüsusiyyətləri təzahür etdirmək üçün çalışdığını görəndə ona məhəbbətim artırdı».

[Haşiyə]

a Bəzi adlar dəyişdirilib.

ÖZÜNÜZDƏN SORUŞUN...

▪ Bir ər-arvad kimi sonuncu dəfə nə vaxt oturub birgə dua etmişik?

▪ Nə edə bilərəm ki, həyat yoldaşıma mənimlə ruhani fikirləri müzakirə etmək asan olsun?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş