Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/10 s. 3—4
  • Korrupsiya. Nə dərəcədə geniş yayılıb?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Korrupsiya. Nə dərəcədə geniş yayılıb?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Korrupsiyanın kökü kəsiləcək?
    Əlavə mövzular
  • Korrupsiya girdabında batan hökumət
    Gözətçi qülləsi 2015
  • Allahın Padşahlığı. Korrupsiyasız hökumət
    Gözətçi qülləsi 2015
  • Korrupsiyanın sonu gələcək!
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/10 s. 3—4

Korrupsiya. Nə dərəcədə geniş yayılıb?

«Bizim şirkət yerli dövlət müəssisəsinə xidmətlər göstərir. Çox vaxt bu xidmətlərə görə edilən ödənişləri iki-üç ay gözləməli oluruq. Lakin bu yaxınlarda bir dövlət işçisi mənə zəng edib təklif etdi ki, haqqımızı tez almaq istəyiriksə, ona “hörmət edək”, yəni pulun müəyyən qismini ona verək» (СON)a.

SİZ heç korrupsiyanın qurbanı olmusunuzmu? Sırf yuxarıdakı kimi olmasa da, yəqin, onun təsiri sizdən də yan ötüşməyib.

Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency International) 2011-ci il Korrupsiya qavrama indeksininb 10 ballıq şkalasına əsasən, 183 ölkə və ərazinin böyük qismi 5-dən aşağı balla qiymətləndirilib. (Burada 10 bal korrupsiyanın olmadığının, 0 bal isə korrupsiyanın yüksək olduğunun göstəricisidir.) Həmin təşkilatın 2009-cu il üçün illik hesabatında korrupsiyanın kökünün dünyanın hər yerinə şaxələndiyi bildirilirdi. Hesabatda qeyd olunur: «Bir fakt danılmazdır ki, korrupsiya təhlükəsindən dünyanın heç bir regionu sığortalanmayıb».

Bəzi hallarda korrupsiya fəlakətlə nəticələnir. Məsələn, «Taym» jurnalında xəbər verilmişdi ki, 2010-cu ildə Haitidə baş verən irimiqyaslı zəlzələdə böyük sayda insan tələfatının olmasında məsuliyyəti qismən də olsa «korrupsiya və laqeydlik» daşıyır. Jurnalda əlavə olunur: «Binaların tikintisi zamanı mühəndislərin göstərişləri cüzi nəzərə alınıb (əgər göstərişlər ümumiyyətlə verilmişdisə) və “dövlət müfəttişlərinə” külli miqdarda rüşvət verilib».

Korrupsiya bəlasından həmişəlik canımızı qurtarmaq mümkündürmü? Bu sualın cavabını bilmək üçün biz korrupsiyanın kökündə duran amilləri araşdırmalıyıq. Bunu növbəti məqalədə müzakirə edəcəyik.

[Haşiyələr]

a Ad dəyişdirilib.

b Korrupsiya qavrama indeksində ölkələr dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsinə görə sıralanır.

[3–cü səhifədəki yazı]

«Korrupsiya şəxsi mənfəətə görə səlahiyyətdən sui-istifadədir. Korrupsiya həyatı, dolanışığı və ya xoşbəxtliyi səlahiyyət sahibi olan insanların dürüstlüyündən asılı olan hər bir kəsə zərərvurur» (BEYNƏLXALQ ŞƏFFAFLIQ).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş