Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/12 s. 18
  • Yadınızdadırmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yadınızdadırmı?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • «O günü və o saatı bilmirsiniz»
    Gözətçi qülləsi 2012
  • İstəyərdinizmi ki, sizə baş çəksinlər?
    Gözətçi qülləsi 2012
  • 2. Dolanışığınızı təmin edin
    Oyanın! 2022
  • Məsihin düşüncə tərzini əks etdirin
    Gözətçi qülləsi 2000
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/12 s. 18

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzmu? Elə isə aşağıdakı suallara cavab verməyə çalışın.

Düşüncəsiz danışığın «alovunu» necə söndürə bilərik?

Biz ürəyimizi yoxlamalıyıq. Qardaşımıza tənqidi yanaşmaq əvəzinə, nə üçün ona bu cür münasibət göstərdiyimizin səbəbini götür-qoy etməyək? Bəlkə, biz onu alçaldaraq özümüzü yüksəltməyə çalışırıq? Bundan əlavə, tənqidi yanaşmaq vəziyyəti daha da gərginləşdirir (15/8, səhifə 21).

Yehovanın gününün yaxınlaşdığı müddətdə hansı hadisələr baş verəcək?

«Sülh və təhlükəsizlik» elan olunacaq. Millətlər Böyük Babilə hücum edib onu məhv edəcəklər. Allahın xalqı hücuma məruz qalacaq. Har- Magedon müharibəsində Şeytan və onun cinləri dibsiz ümmana atılacaqlar (15/9, səhifə 4).

Sonun nə zaman gələcəyini bilməməyimiz bizə hansı faydanı gətirir?

Dəqiq günü və saatı bilməməyimiz ürəyimizdə olanları üzə çıxarır. Bu, bizə Yehovanın ürəyini sevindirmək imkanı verir və bizi fədakar həyat sürməyə təşviq edir. Allaha və Onun Kəlamına güvənməyimizə kömək edir. Bundan əlavə, bu müddət ərzində üzləşdiyimiz sınaqlar imanımızı saflaşdırır (15/9, səhifə 24, 25).

Cəhənnəmə inanan insanla söhbət edərkən Yaradılış 3:19 ayəsini necə istifadə edə bilərik?

Ayədə Adəmin cəhənnəmə gedəcəyi yox, torpağa qayıdacağı deyilir (1/10, səhifə 13).

Vəhy 1:16, 20 ayələrində xatırlanan İsanın əlində tutduğu «yeddi ulduz» kimləri təmsil edir?

Onlar yığıncaqlardakı məsh olunmuş nəzarətçiləri, geniş mənada isə bütün nəzarətçiləri təmsil edir (15/10, səhifə 14).

Yeşaya 50:4, 5 ayələrində yazılanlara əsasən, İsa təvazökar olduğunu aydın şəkildə necə göstərdi?

Ayədə deyilir ki, savadlıların dilinə yiyələnən şəxs geri çəkilməz. İsa təvazökarlıq göstərir və Atasının öyrətdiklərinə diqqətlə qulaq asırdı. İsa sidq-ürəkdən Yehovadan öyrənməyə hazır idi, o, Yehovanın günahlı bəşəriyyətə həlimliklə mərhəmət göstərdiyini diqqətlə müşahidə edirdi (15/11, səhifə 11).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş