Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp19 №  2 s. 10—11
  • Ağır xəstəliyə tutulanda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ağır xəstəliyə tutulanda
  • Gözətçi qülləsi (kütləvi) 2019
  • Başlıqlar
  • Oxşar material
  • ONLAR NECƏ TAB GƏTİRDİLƏR?
  • Ailə üzvlərindən biri xəstələndikdə
    Ailə xoşbəxtliyinin sirri
  • Sən Allahın Yehova üçün dəyərlisən!
    Gözətçi qülləsi 2020
  • Duanın köməyi
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Səhhətiniz qəfildən pisləşibsə
    Əlavə mövzular
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2019
wp19 №  2 s. 10—11

Ağır xəstəliyə tutulanda

«Ağ ciyərimdə və yoğun bağırsağımda xərçəng olduğunu öyrənəndə elə bildim ki, mənə ölüm hökmü kəsdilər. Amma həkimdən qayıdanda öz-özümə fikirləşdim ki, düzdür, vəziyyət ürəkaçan deyil, amma özümü ələ almalıyam» (Linda, 71 yaş).

«Üzümün sol tərəfində kəskin sinir ağrılarından əziyyət çəkirəm. Bəzən ağrı elə şiddətli olur ki, depressiyaya düşürəm. Dəfələrlə olub ki, tənhalıq hissi məni, az qala, intihara sürükləsin» (Elis, 49 yaş).

Əlil arabasında oturan xəstə kişi doğmalarının əhatəsində

ÖZÜ, yaxud yaxın adamı ölümcül xəstəliyə tutulan insan yaxşı bilir ki, bu, necə ağır vəziyyətdir. Xəstəlik azmış kimi, bir də onun verdiyi mənəvi işgəncə insanı daxilən yeyib-parçalayır. Belə vəziyyətdə insan onsuz da qorxu, həyəcan keçirir, üstəlik, müayinələr, müalicə axtarışları, müalicə pulu, dərmanların əlavə təsirləri insanın əsəblərini lap tarıma çəkir. Ağır xəstəliyin verdiyi mənəvi iztirab dözülməz ola bilər.

Kömək üçün hara üz tuta bilərik? Allaha dua etmək, Müqəddəs Kitabdan təsəlliverici ayələr oxumaq bir çoxlarına təskinlik verib. Ailə üzvlərinin və dostların sevgisi, qayğısı da insan üçün böyük köməkdir.

ONLAR NECƏ TAB GƏTİRDİLƏR?

«Xəstəlik vaxtı imanınızı qoruyun, Yehova Allah sizə tab gətirməyə kömək edəcək. Dua edin. Hisslərinizi Allaha danışın. Ondan müqəddəs ruh istəyin. Allahdan güc istəyin ki, ailəniz naminə möhkəm olasınız və xəstəliyə mərdliklə sinə gərəsiniz», — deyə 58 yaşlı Robert deyir.

O əlavə edir: «Ailə üzvlərinin adama dayaq olması çox böyük köməkdir. Hər gün zəng edib halımı soruşurlar. Hər yandan dostlarım mənə ürək-dirək verir. Onlar məni ayaqda saxlayır, mənə tab gətirməyə kömək edirlər».

Bəlkə də, sizin dostunuz hansısa xəstəlikdən əziyyət çəkir. O zaman Lindanın sözləri sizə kömək edə bilər: «Təbii ki, xəstə adamlar da normal həyat sürmək istəyir. Ola bilsin, onlar oturub-durub xəstəlikləri barədə danışmaq istəmirlər. Odur ki, əvvəllər dostunuzla nələrdən danışırdınızsa, indi də o mövzulardan danışın».

Allahın verdiyi güc, Müqəddəs Kitabdan aldığınız təsəlli, doğmaların, dostların köməyi sizdə əminlik yaradacaq ki, ağır xəstəliyə baxmayaraq, yaşamağa dəyər.

Müqəddəs Kitabın köməyi

Allaha güvənin.

«Yehovaya üz tutdum, mənə hay verdi, məni bütün qorxulardan azad etdi... Bu məzlum çağırdı, Yehova eşitdi» (Zəbur 34:4, 6).

Linda deyir: «Mən heç vaxt Allaha demirəm ki, məni sağalt. Həmişə dua edirəm ki, ay Allah, mənə güc ver, qoy xəstəliyə dözə bilim».

Allahın Kəlamından güc alın.

«Heç bir sakin “xəstəyəm” deməyəcək» (Əşiya 33:24).

Allahın gələcəklə bağlı vədləri barədə düşünün. Bu sizə ümid verəcək, ümid isə dözməyə güc verəcək.

Doğmalarınızdan, dostlarınızdan kömək istəyin.

«Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

«Təkliyə çəkilməyin. Dostlarınızın köməyindən üz çevirməyin. Bəzən özünüzü tək hiss edəcəksiniz, sizə elə gələcək ki, heç Allah da sizi eşitmir. Amma buna baxmayaraq, təkliyə çəkilməyin», — deyə məqalənin əvvəlində sözləri gətirilən Elis məsləhət görür.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş