Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w19 iyun s. 31
  • Qədim tumar «açıldı»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qədim tumar «açıldı»
  • Gözətçi qülləsi 2019
  • Oxşar material
  • «Dəniz nəğməsi». Boşluğu dolduran əlyazma
    Gözətçi qülləsi 2008
  • Bilirsiniz?
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Bu kitab necə qorunub saxlanılıb?
    Hamı üçün olan kitab
  • Hizqiyal Allahdan gələn xəbəri canla-başla çatdırırdı
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Gözətçi qülləsi 2019
w19 iyun s. 31
Eyn-Gedi ərazisində tapılmış kömürləşmiş tumar; virtual olaraq açılan Eyn-Gedi əlyazmaları

Qədim tumar «açıldı»

1970-ci ildə Eyn-Gedidə aşkarlanan kömürləşmiş fraqment o vaxtdan bəri oxunmaz halda idi. 3D-skaner vasitəsilə aşkarlandı ki, bu, Lavililər kitabından Allahın adının da qeyd olunduğu bir parçadır

ARXEOLOQLAR 1970-ci ildə İsraildə, Ölü dənizin qərb sahilləri yaxınlığında, Eyn-Gedi ərazisində kömürləşmiş tumar tapmışdılar. Onlar tumarı bir sinaqoqda qazıntı apararkən aşkar etmişdilər. Bu sinaqoq eramızın təxminən 6-cı əsrində kənd dağıdılan zaman yandırılmışdı. Tumar oxunulası vəziyyətdə deyildi, hətta onu zədələmədən açmaq qeyri-mümkün idi. Lakin 3D-skaner vasitəsilə tumarı «açmaq», həmçinin yeni rəqəmsal proqramlar sayəsində onu oxumaq mümkün oldu.

Skan nəyi aşkar elədi? Məlum oldu ki, bu, Müqəddəs Kitabın mətnindən ibarət olan bir tumardır və Lavililər kitabının əvvəlindən bəzi ayələr yazılıb. Ayələrdə ibrani dilində Allahın adı — tetraqrammaton qeyd olunub. Tapıntının eramızın 50-ci illərindən 400-cü illərinə qədərki dövrə aid olunduğu ehtimal olunur. Bu isə o deməkdir ki, tumar Tövratın Ölü dəniz əlyazmalarından (Kumran) sonra aşkarlanan ən qədim əlyazmasıdır. Gil Zohar yazmışdı: «Eyn-Gedidə tapılmış Lavililər kitabından olan bu parçanı virtual olaraq açıb oxuyana qədər İkinci məbəd dövrünün sonuna aid olan 2000 yaşlı Ölü dəniz əlyazmaları ilə eramızın 10-cu əsrində yazılmış orta əsrlərə aid olan Hələb kodeksi arasında 1000 illik zaman kəsiyi var idi» («Jerusalem Post»). Mütəxəssislər virtual açılmış tumarın mətni barədə deyir ki, bu tumar Tövratın mətninin «min illər boyu dəqiqliklə qorunduğuna və köçürücülərin öz səhvləri ilə mətnə xələl gətirmədiyinə» sübutdur.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş