Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/03 s. 7
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2010
  • İbadət yerlərimiz
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Görüşlər uşaqlara fayda gətirir
    Müqəddəs ibadətimiz 2007
  • Toplantı iştirakçıları üçün məlumat
    Regional toplantının proqramı 2019
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 12/03 s. 7

Suallar qutusu

◼ Yığıncaq görüşlərində xidmətçi qardaşların vəzifəsinə nələr daxil olur?

Xidmətçilər yığıncaq görüşlərinə gələnlərin hamısını ürəkdən salamlayırlar. Onların vəzifəsinə gecikənlərə yer tapmaqda kömək etmək, iştirak edənlərin sayını yazmaq, nizam-intizamı və təhlükəsizliyi tə’min etmək, eləcə də Padşahlıq Zalının havasının dəyişməsinin qayğısına qalmaq daxildir. Yığıncaqda xidmətçi kimi çalışmaq üçün başqalarına dostcasına münasibət göstərən və öz vəzifələrini sə’ylə yerinə yetirən məs’ul qardaşları tə’yin etmək lazımdır (om səh. 63, 64, rus.).

Xidmətçilər yığıncağa təzə gələnləri gülərüzlə qarşılayır və tələb olunarsa, hazırlıqla onlara kömək edirlər. Misal üçün, təzə gələn adamlara oturmaq üçün yer tapmaqda kömək edə bilərlər. Yığıncaq üzvlərinin hamısı ilk dəfə görüşə gələnlərlə tanış olmağa çalışmalı və qonaqpərvərlik göstərməlidir. Xidmətçi çalışmalıdır ki, gecikənlərə yer göstərərkən dinləyicilərə mane olmasın. Bə’zən onlar təzə gələnlərə həmin gün öyrənilən jurnalı verirlər.

Yığıncaq görüşlərində nizam-intizamın olması zəruridir. Madam ki, valideynləri yığıncağa uşaqları ilə birlikdə gəlməyə təşviq edirik, bə’zən uşaqlar, ola bilsin, dinləyicilərə mane olsunlar. Əgər uşaq səs salmağa və ya ağlamağa davam edərsə, xidmətçi valideynlərə nəzakətlə müəyyən müddətə zaldan çıxmağı təklif edəcək. Əgər körpə uşaqlı valideynlər çıxışa yaxın oturarlarsa, lazım gələndə, yığıncaqdakılara mane olmadan uşaqları zaldan çıxara bilərlər (km 5/00 səh. 7, rus.).

Allahın xalqının düşmənlərinin vandalizm aktı törədə biləcəkləri və ya görüşün keçməsinə mane ola biləcəkləri yerlərdə, təhlükəsizliyi tə’min edəcək xidmətçilər tə’yin etmək lazımdır. Kim isə Padşahlıq Zalında görüşün keçirilməsinə mane olursa, ondan binanı tərk etməsini xahiş etmək lazımdır. Əgər o, mane olmağa davam edirsə, ağsaqqallar polis çağıra bilərlər. Bə’zi yerlərdə, ehtimal ki, görüş zamanı aftomobil dayanacaqlarında növbətçi qardaşlar tə’yin etmək lazımdır.

Yığıncaqda iştirak edənləri sayarkən böyüklərlə yanaşı, proqramı dinləyən və ondan fayda əldə edən uşaqları da nəzərə almaq lazımdır (km 12/99 səh. 7, rus.).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş