Suallar qutusu
◼ Məsihçilərin balaca uşaqları vəftiz olunmamış təbliğçi olmazdan əvvəl təbliğdə nə dərəcədə iştirak edə bilərlər?
Məsihçi valideynlər uşaqlarının Yehovaya sədaqətli, yetkin xidmətçilər olmasını istəyirlər (1 Şam. 2:18, 26; Luka 2:40). Məsihçi ailəsində böyümüş uşaq, hətta ən erkən yaşlarında belə, özünün Müqəddəs Kitaba əsaslanan imanını aydın izah etməyi bacarmalıdır. Uşaqlar kiçik yaşlarından valideynləri ilə xidmətə gedəndə, onların ruhani inkişafı daha da tezləşir. Ancaq təbliğ xidmətindən sevinc əldə etmələri, vəftiz olunmamış təbliğçi olmaları və Padşahlığın təbliğinə davam etmələri üçün uşaqların hissləri ürəkdən gəlməlidir. Valideynlərdən qayğıkeşliklə tə’lim vermək tələb olunur (1 Tim. 4:6; 2 Tim. 2:15). Əgər valideynləri razıdırsa, başqa təcrübəli təbliğçilər bu işdə hərdən kömək edə bilərlər (Bax: «Xidmətimiz», s. 81, 82, rus.).
Yaxşı tərbiyə olunmuş uşaqlar valideynləri ilə birlikdə evdən-evə təbliğə gedəndə, onlar xidmət etməyi öyrənirlər. Ancaq onlar hələ özləri müəyyən dərəcədə təbliğ etmək qabiliyyət və bacarığı inkişaf etdirməyincə, vəftiz olunmamış təbliğçi hesab edilmirlər. Məsihçi valideynlər birlikdə xidmətdə olanda uşağın təbliğdə nə dərəcədə iştirak edə biləcəyinə qərar verə bilər. Hələ təbliğçi olmamış uşaqlar özləri insanlara baş çəkməməli və ya başqa uşaqlarla təbliğ çıxmamalıdırlar. Valideynlər uşaqlarını təbliğə xidmətinə hazırlaya bilər və Müqəddəs Kitab ayəsini oxumaq, traktat təklif etmək və ya nəşrlərdən birində şəkli göstərməklə onların xidmətdə iştirak etmələrinə icazə verə bilərlər. Uşaq bir az böyüdükdən sonra, söhbətə daha çox qoşula bilər.
Uşaqlar düzgün tərzdə tə’lim aldıqda xidmətin vacibliyini başa düşür, valideynlərin rəhbərliyinə hay verir və özlərini tərbiyəli aparırlar. Valideynlər təbliğçi olmayan uşaqlarını, kiminsə onları xidmətə aparacağına ümid edərək, təbliğ görüşündə tək qalmalarına icazə verməməlidirlər. Qayğıkeş valideynlər öz uşaqlarına nəzarət etmək məs’uliyyəti daşıdıqlarını başa düşürlər. Əlbəttə, digər məs’uliyyətli təbliğçilər səmimi qəlbdən Yehovaya xidmət etmək istəyən yığıncaqdakı balaca uşaqları öyrətməkdə kömək göstərə bilərlər.