Xatirə Gecəsi ilə əlaqədar xatırlatma
Xatirə Gecəsinin qeyd edilməsi bu il martın 28–nə, cümə axşamına düşür. Ağsaqqallar aşağıdakı məsələlərə diqqət yetirməlidirlər:
◼ Görüş vaxtını tə’yin edərkən əmin olun ki, simvollar günəş batmazdan qabaq verilməyəcək.
◼ Hamını, o cümlədən mə’ruzəçini, Gecənin keçiriləcəyi dəqiq yer və vaxt haqqında xəbərdar etmək lazımdır.
◼ Bu mərasim üçün münasib çörək və şərabı əldə edib, hazırlamaq lazımdır. (“Gözətçi Qülləsi”nin 1985–ci il, 15 fevral sayına, səh. 17–yə baxın, rus.)
◼ Zala əvvəlcədən münasib stol gətirmək, üstünə süfrə salıb boşqablar və qədəhlər düzmək lazımdır.
◼ Bu görüşün keçiriləcəyi Padşahlıq Zalını və ya digər yeri əvvəlcədən yaxşı yığışdırmaq lazımdır.
◼ Xidmətçi qardaşları və simvolları verəcək kəsləri tə’yin etmək və görüşün necə keçəcəyini, həmçinin onların vəzifələrinin nədən ibarət olduğunu qabaqcadan izah etmək lazımdır. Bundan əlavə, layiqli geyimin və xarici görünüşün vacibliyini də vurğulamaq lazımdır.
◼ Qayğı göstərmək lazımdır ki, zəif sağlamlıqları ücbatından bayramda iştirak edə bilməyən məsh edilmiş məsihçilərə qulluq göstərilsin.
◼ Əgər eyni Padşahlıq Zalından bir neçə yığıncaq istifadə etmək istəyirsə, onda onlar tədbir görməlidirlər ki, adamlar dəhlizdə, girişdə və pilləkəndə toplaşmasınlar, avtomobil dayanacaqda qarışıqlıq olmasın.