Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/02 s. 5
  • Ruhani tələbatlarınızı tə’min edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ruhani tələbatlarınızı tə’min edin
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Qulaq asın və öyrənin
    Müqəddəs ibadətimiz 2013
  • Yehovanı birlikdə izzətləndiririk
    Müqəddəs ibadətimiz 2003
  • Ruhani ziyafət və şadlıq
    Müqəddəs ibadətimiz 2008
  • «Xalqı... topla»
    Müqəddəs ibadətimiz 2014
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 5/02 s. 5

Ruhani tələbatlarınızı tə’min edin

1 Qarşıdan gələn “Padşahlığın çalışqan təbliğçiləri” adlı konqres, ruhani tələbatlarımızı tə’min etmək üçün bizə gözəl imkan verir. Konqresdə sağlam fiziki qidaya bənzəyən, bizi ruhən möhkəmləndirən “imanın... sözləri ilə” qidalana biləcəyik (1 Tim. 4:6). Konqresin proqramı, Yehovaya daha da yaxınlaşmaqda bizə kömək edəcək. Biz, sayəsində həyati çətinliklərin öhdəsindən gələ biləcəyimiz öyüd və məsləhətlər alacağıq. Yehova bizi əmin edir: “Səni tə’lim edəcəyəm və gedəcəyin yolu sənə öyrədəcəyəm; sənə öyüd verəcəyəm; gözüm sənin üzərində olacaqdır.” (Məz. 32:8). Yehovanın bizə rəhbərlik etdiyi üçün necə də xoşbəxtik! Gəlin, konqresin proqramından tam fayda əldə etməyimizə imkan yaradan bə’zi praktiki addımları nəzərdən keçirək.

2 Ürəyinizi hazırlayın. Hər birimiz, simvolik ürəyimizi qorumaq məs’uliyyəti daşıyırıq (Sül. məs. 4:23). Biz ciddi və vicdanlı olmalıyıq. Konqres — Yehova ilə münasibətlərimiz üzərində düşünməyin, “kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı” qalmağın vaxtıdır. Ürəyimizi, “əkilən kəlamı” qəbul etməyə hazırlamaq üçün Yehovadan xahiş etməliyik ki, bizi sınasın və pislik yolu”na yönəlib yönəlmədiyimizi müəyyən edib, bizi “əbədi” yola istiqamətləndirsin (Yaq. 1:21, 25; Məz. 139:23, 24).

3 Dinləyin və düşünün. İsa Məsih, ona çox diqqətlə qulaq asan Məryəmi bu sözlərlə tə’riflədi: “Məryəm isə ondan alınmayacaq yaxşı payı seçmişdir” (Luka 10:39, 42). Əgər buna bənzər düşüncə tərzinə malikiksə, konqres zamanı fikrimizi əhəmiyyətsiz şeylərə yayındırmayacağıq. Bütün proqram boyu oturub dinləyəcəyik. Əbəs yerə danışmayacaq və ya bir yerdən başqa yerə gəzməyəcəyik, həmçinin başqalarının da fikrini cib telefonları ilə, peycerlərlə, fotoaparatlarla və kameralarla yayındırmayacağıq.

4 Mə’ruzəni dinlədiyimiz zaman, verilən izahı izləyə bilməyimizə kömək olsun deyə qısa qeydlər etmək faydalı olardı. Eşitdiyimiz fikirləri əvvəllər bildiyimiz fikirlərlə əlaqələndirmək lazımdır. Bu, materialı başa düşməkdə və yadda saxlamaqda bizə kömək edəcək. Qeydlərimizə nəzər salaraq, bildiklərimizi necə tətbiq etmək üzərində düşünə bilərik. Hər bir kəs özündən soruşa bilər: bu mənim Yehova ilə olan münasibətlərimə necə tə’sir edir? Hansı sahədə dəyişilməliyəm? Bu fikirləri insanlarla münasibətimdə necə tətbiq edə bilərəm? Xidmətdə bunu necə tətbiq edə bilərəm? Xüsusilə xoşumuza gələn fikirləri başqaları ilə müzakirə edə bilərik. Bunun sayəsində Yehovanın sözlərini ürəyimizin içində saxlaya bilərik (Sül. məs. 4:20, 21).

5 Öyrəndiklərinizi tətbiq edin. Vilayət konqresində olduqdan sonra bir qardaş dedi: “Proqram olduqca xüsusi xarakter daşıyırdı. O, lazım olan anlarda Müqəddəs Kitaba əsaslanan məsləhəti vermək və yardım göstərmək üçün, həm öz ürəyini, həm də ailə üzvlərinin ürəyini tədqiq etməyə təşviq edirdi. O məni, yığıncaqdakı vəzifəmə daha ciddi yanaşmağa təşviq etdi”. Ehtimal ki, buna bənzər hissləri çoxumuz yaşamışıq. Lakin konqresdən sonra sadəcə olaraq özünü möhkəm və təravətli hiss etmək kifayət deyil. İsa dedi: “Əgər bu şeyləri bilirsiniz və onlara əməl edirsinizsə, bəxtiyarsınız” (Yəh. 13:17). Şəxsən bizə aid olan şeyləri həyatımızda çalışqanlıqla tətbiq etməliyik (Filip. 4:9). Özümüzün ruhani tələbatlarımızı yalnız bu yolla tə’min edə bilərik.

[5 səhifədəki çərçivə]

Eşitdiklərinizin üzərində düşünün

■ Bu, mənim Yehova ilə olan münasibətlərimə necə tə’sir edir?

■ Bu, mənim insanlarla olan münasibətlərimə necə tə’sir edir?

■ Bunu həyatımda və xidmətimdə necə tətbiq edə bilərəm?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş