Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/14 s. 2—3
  • «Xalqı... topla»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Xalqı... topla»
  • Müqəddəs ibadətimiz 2014
  • Oxşar material
  • Qulaq asın və öyrənin
    Müqəddəs ibadətimiz 2013
  • Ruhani ziyafət və şadlıq
    Müqəddəs ibadətimiz 2008
  • Həqiqət haqqında güclü şahidlik verən vilayət konqreslərimiz
    Müqəddəs ibadətimiz 2012
  • Vilayət Konqresi — Yehovaya Sevinclə İbadət Etməyin Vaxtı
    Müqəddəs ibadətimiz 2010
Əlavə
Müqəddəs ibadətimiz 2014
km 4/14 s. 2—3

«Xalqı... topla»

1. Vilayət və beynəlxalq konqreslərlə israillilərin birgə toplaşması arasında hansı oxşarlıq var?

1 Misirdən çıxdıqdan qısa bir müddət sonra Yehova Musaya Onun sözünü eşitmələri üçün xalqı Sina dağına toplamağı tapşırır. Bunun sayəsində xalq Allahdan qorxa və Onun yolunu övladlarına öyrədə bilərdi (Qanun. t. 4:10—13). Necə də əlamətdar və imanı möhkəmləndirən hadisə idi! Növbəti aylar ərzində Yehovanın müasir xalqı Ondan təlim almaq üçün vilayət və beynəlxalq konqreslərə toplaşacaq. Bəs bu cür toplantılardan tam faydalanmaq üçün nə etməliyik?

2. Konqresə hazır olmaq üçün nə etməliyik?

2 Hazır ol. Yehova israillilərə əmr etmişdi ki, Sina dağındakı tarixi toplantıya «hazır olsunlar» (Çıx. 19:10, 11). Eynilə, təkcə proqramda iştirak edəcək kəslərdən yox, konqreslərə gələcək hər kəsdən yaxşıca hazırlaşmaq tələb olunur. Məsələn, çoxları işdən icazə almalı olacaqlar. Ola bilsin, sənin vəziyyətin Nehemyanınkına oxşayır. O, padşah Artaxşastanın yanındakı saqi işini qoyub Yerusəlimə qayıtmaq və divarların bərpasına kömək etmək istəyirdi, lakin bilirdi ki, padşah buna icazə verməyə bilər. Nehemya dua etdikdən sonra cəsarətləndi və öz xahişini nəzakətlə padşaha bildirdi. Padşah ona getməyə icazə verdi, hətta tikinti layihəsini də dəstəklədi (Neh. 2:1—9). Müdirdən icazə almaqdan əlavə, necə gedəcəyini və harada qalacağını da dəqiqləşdirməlisən. Ağsaqqallar məmnuniyyətlə ehtiyac duyan kəslərə kömək edəcəklər. Hər gün görüşə tez gəlməyi planlaşdır və eşidəcəyin fikirlərə «xüsusilə diqqətli [olmağa]» çalış (İbr. 2:1).

3. Ürəyimizi konqresə hazırlamağa nə kömək edəcək?

3 Hazırlaşmalı olduğumuz digər bir sahə ürəyimizi hazırlamaqdır, beləcə biz dinləyə və öyrənə biləcəyik (Ezra 7:10). Konqresin proqramı jw.org saytında yerləşdiriləcək və vərəqədə bütün çıxışların adları, eləcə də hər birinə aid bir və ya iki açar ayə gətiriləcək. Bu məlumatın sayəsində konqresdən həftələr əvvəl ailəvi ibadətdə ürəyimizi konqresə hazırlaya bilərik. Bəzi təbliğçilər bu proqramı çap edib konqres boyu qeydlər aparmaq üçün istifadə edirlər.

4. Konqres vasitəsilə valideynlər uşaqlarını necə öyrədə bilərlər?

4 Övladlarınıza öyrədin. Sina dağında keçirilən toplantının məqsədlərindən biri o idi ki, israilli valideynlər övladlarını öyrətsinlər (Qanun. t. 4:10). Konqreslər də bunu etməyə valideynlərə gözəl imkan yaradır. Görüş zamanı valideynlər uşaqlarını yanlarında əyləşdirməli və diqqətlərini cəmləməyə kömək etməlidirlər. Hər günün sonunda və sonradan keçiriləcək ailəvi ibadətdə ailələr proqramı birlikdə müzakirə edə bilərlər.

5. Üzümüzə gələn konqresdə iştirak etməklə hansı faydanı əldə edəcəyik?

5 Sina dağında keçirilən bu əlamətdar toplantı israillilərə Allahın xalqı olmaq üstünlüyünü qiymətləndirməyə kömək etmişdi (Qanun. t. 4:7, 8). Üzümüzə gələn konqres də bizə eyni faydanı gətirəcək. Üç gün ərzində biz Şeytan dünyasının sərt səhrasından uzaqlaşacaq, ruhani cəhətdən təravətlənəcək və ruhani cənnətimizdə xoş ünsiyyətdən sevinc duyacağıq (Yeşaya 35:7—9). Yehovanın günü yaxınlaşdıqca gəlin ruhlanmaq üçün birgə toplaşmaq fürsətini əldən verməyək (İbr. 10:24, 25).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş