Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/02 s. 6
  • Geyimdə və xarici görünüşdə ləyaqət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Geyimdə və xarici görünüşdə ləyaqət
  • Müqəddəs ibadətimiz 2002
  • Oxşar material
  • Ədəbli geyim Allaha ehtiram bəslədiyimizə şəhadət edir
    Müqəddəs ibadətimiz 2003
  • Geyiminiz Allaha şərəf gətirir?
    Gözətçi qülləsi 2016
  • Geyim və xarici görünüş
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2008
Əlavə
Müqəddəs ibadətimiz 2002
km 5/02 s. 6

Geyimdə və xarici görünüşdə ləyaqət

1 “Bütün kişilər, hətta balaca oğlan uşaqları belə qalstukda idilər. Bütün qadınlar və qızlar don və yubka geyinmişdilər. Kişiləri qalstuksuz və ya kimi isə cins şalvarda görmək mümkün deyildi. Hamı gözəl geyinmişdi”. Bu mə’lumat xəbərlər proqramında verilmişdir. Bu insanlar hansı tədbirə toplaşmışdılar? Siyasi partiyanın qurultayınamı? İdman yarışınamı? Rok-konsertəmi? Əlbəttə, yox! Onlar ötən ilin yayında böyük vilayət konqresinə toplaşan bacı-qardaşlarımız idilər.

2 Başqa bir şəhərdə, qəzet müxbiri konqresə toplaşan Şahidləri bu cür təsvir etmişdir: “Kişilər səliqə ilə geyinmişlər, hamısı kostyum və qalstukdadırlar. Qadınlar isə sadə, lakin zövqlə geyinmişlər”. Keşikçi də haqqımızda fikrini razılıqla bildirdi: “Siz olduqca alicənab, nəzakətli, təmizkar və səliqəlisiniz. Sizə baxmaq çox xoşdur. Bu natəmiz dünyada, siz özünüzü natəmizlikdən təmizləyə bilmisiniz!” Ünvanımıza deyilən necə də gözəl sözlərdir! Məgər bacı və qardaşlarımızı bu cür tə’rifləmələri bizi sevindirmirmi? Onlardan hər biri tə’rifə layiqdirlər, çünki onların hamısı qüsursuz görünməyə çalışmışlar.

3 Hər yerdə mə’lumdur ki, biz xarici görünüşümüzlə bu dünyadan kəskin surətdə fərqlənirik (Mal. 3:18). Nəyə görə? Ona görə ki, Müqəddəs Kitabın “ədəbli paltarla... Allaha hörmət etdiklərini sübut edən... [kəslərə] yaraşan tərzdə... özlərini bəzəsinlər” məsləhətinə riayət edirik (1 Tim. 2:9, 10, İ-93).

4 Sənin geyimin və xarici görünüşün nəyə işarə edir? Geyimimizdən və xarici görünüşümüzdən bizim haqqımızda çox şey demək olar: hansı əqidəyə, nəzərlərə və niyyətlərə malikik. Seçdiyimiz geyim üslubu, bizim kimliyimizi və kimi təmsil etdiyimizi göstərir. Biz heç bir vəchlə bu dünyanın təbliğ etdiyi əxlaqsız düşüncə tərzini və davranışını dəstəkləməməliyik. Bizi, geyimimizin dəbdəbəli olub-olmaması deyil, Allahın xidmətçilərinə yaraşıb-yaraşmaması narahat etməlidir (Rom. 12:2). Biz istəmirik ki, xarici görünüşümüz kimdə isə özbaşınalıq ruhuna və ya əxlaqsız həyat tərzinə dair təsəvvür yaratsın. Əksinə, istəyirik ki, Allaha izzət gətirsin (1 Pet. 2:12).

5 Elə olur ki, yenilər, təcrübəsiz və ya ruhən zəif olanlar, geyimə və xarici görünüşə dair bu dünyanın baxışlarını qəbul edirlər. Bütün bunların isə Yehovaya və Onun təşkilatına necə tə’sir edəcəyini düşünmürlər. Bizlərdən hər birimiz özünü təhlil edib, bu dünyanın baxışlarının ona tə’sir edib-etmədiyini yoxlaya bilər. Biz, e’tibar etdiyimiz ruhən yetkin bacıya və ya qardaşa yaxınlaşıb, geyimimizə və xarici görünüşümüzə aid fikrini bildirməsini xahiş edə bilərik. Sonra isə onların məsləhəti üzərində ciddi tərzdə düşünməyə dəyər.

6 Bə’ziləri məmnuniyyətlə razılaşırlar ki, konqresə səliqə ilə geyinmək lazımdır. Lakin onlar, proqram başa çatdıqdan sonra hansı geyimdə gəzməyin bir o qədər də əhəmiyyət kəsb etmədiyini düşünürlər. Amma biz həmişə Allahın xidmətçiləri kimi ləyaqətlə geyinməliyik (2 Kor. 6:3, 4). Biz, insanlar arasına çıxanda, plaketlərimiz və layiqli xarici görünüşümüz, Yehovanın Şahidləri olduğumuzu göstərir. Buna görə də geyimimiz həmişə səliqəli və ləyaqətli olmalı, həmçinin bu “dünyadan” olmadığımızı göstərməlidir (Yəh. 15:19).

7 Gəlin, əlimizdən gələn hər şeyi edək ki, bu ilin “Padşahlığın çalışqan təbliğçiləri” adlı vilayət konqresində “Rəbbə [Yehovaya] müqəddəs bir xalq” olduğumuz görünsün. Bunun sayəsində yaranacaq yaxşı təəssürat Yehovanın hörmətinə, söhrətinə və izzətinə yaxşı tə’sir göstərəcəkdir (Təs. 26:19).

[6 səhifədəki çərçivə]

Yehovanı izzətləndirməyin üsulu

■ Allahın xidmətçisinə layiq olan tərzdə geyin.

■ Dünyanın ruhunu əks etdirən xarici görünüşdən qaçın.

■ Sağlam düşüncəli olduğuna şəhadət edən sadəliyi təzahür etdir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş