Kitaböyrənmənin nəzarətçisi hər bir kəsə qayğı göstərir
1 Yığıncağın kitaböyrənməsi imkan yaradır ki, ayrı-ayrılıqda hər kəsin ruhani cəhətdən inkişaf etməsi üçün qayğı göstərilsin. Bununla Yehovanın öz xalqına olan məhəbbəti və Onun səmimi qayğısı ifadə olunur (om s. 75, rusca; İş. 40:11). Bu cür fərdi diqqət ilk öncə kitaböyrənmənin nəzarətçisi tərəfindən göstərilməlidir.
2 Kitaböyrənmədə. Kitaböyrənmələr kiçik qruplara bölünür ki, kitaböyrənmənin nəzarətçisi qrupun hər bir üzvünü yaxşı tanıya bilsin (Sül. məs. 27:23). Adətən kitaböyrənmədən əvvəl və sonra ünsiyyətdə olmaq imkanı var. Bu səbəbdən nəzarətçi, ehtimal ki, ay ərzində qrupun üzvlərinin hamısı ilə söhbət edə bilər. Bu, ruhlandırılmağa və köməyə ehtiyac duyan zaman bacı-qardaşların həmin ağsaqqala sərbəst müraciət etmələrinə kömək edəcəkdir (İş. 32:2).
3 Kitaböyrənmənin nəzarətçisi, öyrənməni mehribanlıqla və xeyirxahlıqla apararaq, hamını, o cümlədən uşaqları da müzakirədə iştirak etməyə təşviq edir (1 Sal. 2:7, 8). Həmin qardaş, cavab verməyə utanan kəsə Müqəddəs Kitabdan ayə oxumağa və müəyyən abzasa cavab verməyi əvvəlcədən təklif edə bilər, yaxud da öz sözləri ilə necə cavab vermək lazım gəldiyini göstərəcəkdir.
4 Əgər kitaböyrənmə nəzarətçisinin köməkçisi xidməti köməkçidirsə, nəzarətçi ona iki ayda bir dəfə öyrənmə keçirməyə imkan verir (Tit. 1:9). Beləliklə nəzarətçi, köməkçinin öyrənməni necə keçirdiyini müşahidə edib, ona praktiki məsləhətlər verə bilər. Bu cür gözəl yenilik, həqiqətən də qardaşlara öyrətmək məharətini yaxşılaşdırmaqda kömək edəcəkdir (Tit. 1:9).
5 Təbliğ xidmətində. Kitaböyrənmənin nəzarətçisinin vəzifələrindən biri də təbliğ xidmətində təşəbbüs göstərməkdir (Say. 27:16, 17). O, qrup halında xidmət təşkil edir və qrupun üzvlərinin hamısının xidmətdən sevinc əldə etmələrinə kömək etməyə çalışır (Efes. 4:11, 12). O, buna nail olmaq üçün kitaböyrənmənin hər bir təbliğçisi ilə əməkdaşlıq etməyə can atır. Xidmətinin bə’zi sahələrini yaxşılaşdırmaq istəyən kəslər üçün isə, xidməti nəzarətçi ilə birlikdə daha təcrübəli təbliğçilərlə əməkdaşlıq etməyi təşkil edir.
6 Sevən çoban kimi. Kitaböyrənmənin nəzarətçisi, şəraiti üzündən təbliğ xidmətində lap az iştirak edən kəslərlə maraqlanır. O, əmin olmalıdır ki, qocalıq, ağır xəstəlik və ya travma üzündən imkanları həddindən artıq məhdud olan kəslər, əgər ay ərzində bir saatdan az təbliğ ediblərsə, artıq təbliğ xidməti haqqında 15 dəqiqədən az olmamaq şərtilə hesabat vermək imkanları olduğu barədə xəbərdar olsunlar. (Bu yeniliyin kimə aid olduğunu yığıncağın xidməti komitəsi qərarlaşdırır.) Bu qardaş, teokratik fəaliyyətlərini bərpa etməkdə kömək etməyə çalışaraq, kitaböyrənməyə tə’yin olunmuş qeyri-fəal təbliğçilərə də diqqət yetirir (Luka 15:4-7).
7 Biz, kitaböyrənmə nəzarətçilərinin göstərdikləri məhəbbətə və qayğıya görə necə də minnətdarıq! Bu cür qayğı kömək edir ki, “hamımız imanda... birliyə... Məsihin dolğunluq qamətinin ölçüsünə” çataq (Efes. 4:13).