Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/03 s. 7
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Əcnəbilərə təbliğ etməliyik
    Müqəddəs ibadətimiz 2009
  • Xoş xəbəri təbliğ etməyin üsulları
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Allahın xalqının qayğısına qalan nəzarətçilər
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Əcnəbidilli yığıncaqda xidmət edənlər, ruhani sağlamlığınızı qoruyun
    Gözətçi qülləsi 2016
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 1/03 s. 7

Suallar qutusu

◼ Əcnəbi dilli qrupu nə zaman təşkil etmək olar?

Yığıncağın ərazisində əcnəbi dildə danışan çox sayda insanlar yaşayırsa, ağsaqqallar həmin dildə təbliğ xidməti təşkil etmək üçün əllərindən gələni etməlidirlər (km 7/02 səh. 1; km 2/98 səh. 3-4, rus.). Ola bilsin ki, əcnəbi dilli insanlar iki və ya daha artıq qonşu yığıncaqların ərazisində yaşayırlar. O zaman rayon nəzarətçisi (və ya nəzarətçiləri), həmin yığıncaqların əcnəbi dilli əhaliyə təbliğ etmək sə’ylərini istiqamətləndirmək üçün lazımi göstərişlər verəcək. Başqa didlə keçirilən görüşə gələ biləcək adamların sayını müəyyən etmək üçün, hərdənbir həmin dildə açıq mə’ruzələr təşkil etmək və ya “Gözətçi Qülləsi”nin öyrənilməsini keçirmək lazımdır.

Əcnəbi dilli qrupu o hallarda təşkil etmək olar ki: 1) xoş xəbəri öz doğma dillərində daha yaxşı başa düşən əcnəbi dilli təbliğçilər və ya maraqlananlar olsun, 2) heç olmasa həftədə bir dəfə görüş keçirə biləcək təcrübəli ağsaqqal və ya xidməti köməkçi olsun, 3) ağsaqqallar şurası bu qrupun qayğısına qala bilsinlər. Bu şərtlərə riayət olunursa, ağsaqqallar bu qrup haqqında filiala xəbər verməlidirlər ki, həmin qrupu qeydiyyata alıb, növbəti göstərişlər təqdim edə bilsinlər.

Əcnəbi dilli qrupların əksəriyyəti öz görüşlərini həftədə bir dəfə keçirilən kitaböyrənmədən başlayırlar. Bir qədər keçdikdən sonra ağsaqqallar başqa görüşlərin də, məsələn, açıq görüşün və “Gözətçi Qülləsi”nin öyrənilməsinə də razılıq verə bilərlər. Əgər bu dildə danışan və nitqlər üzrə məsləhət verə bilən təcrübəli ağsaqqal və ya xidməti köməkçi varsa, Teokratik Xidmət Məktəbinin əlavə sinfində bu dildə 2, 3 və 4№-li tapşırıqlarla nitqlər təşkil etmək olar. Lakin tə’lim nitqinə, Müqəddəs Kitabdan diqqətəlayiq fikirlərə qrup bütün yığıncaqla birlikdə qulaq asacaq və xidməti görüşdə yığıncaqla birlikdə iştirak edəcək. Əcnəbi dildə olan qrup həmçinin öz dillində təbliğ üçün görüş keçirə bilər.

Bütün qrup ağsaqqallar şurasının nəzarəti altında fəaliyyət göstərməlidir. Ağsaqqallar qrupa öz məsləhətləri ilə kömək etməli və onların tələbatları ilə fəal surətdə maraqlanmalıdırlar. Yığıncağa rayon nəzarətçisi gələn zaman, o, əcnəbi dilli qrupu ruhən möhkəmləndirmək üçün onunla da əməkdaşlıq etməlidir. Vaxt ötdükcə, əcnəbi dilli qrup Yehovanın xeyir-duası ilə ayrıca yığıncağa çevrilə bilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş