Başqalarına təmiz dil öyrətmək
1 Yehovanın Şahidləri — ən müxtəlif “millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən” olan insanların daxil olduğu yeganə beynəlxalq qardaşlıqdır (Vəhy 7:9). Bu gün parçalanmaqda olan dünyada bunu mö’cüzə adlandırmaq olar. Bu birliyə, bizə verilən “təmiz dodaq [“dil”, YD]” sayəsində nail olmuşuq (Tsef. 3:9).
2 Mö’cüzəli nəticə. Təmiz dil nədir? Bu, xüsusən də Allahın Padşahlığı haqqındakı həqiqətləri daxil etməklə, Yehova və Onun niyyətləri haqqında Müqəddəs Kitabın düzgün anlayışıdır. İsanın qabaqcadan dediyi kimi, Allahın Kəlamında olan həqiqətlər yer üzündəki kanalın — “sadiq və ağıllı qul”un vasitəsilə çatdırılır. Bunun nəticəsində isə, “millətlərin hər çeşid dillərindən” olan adamlar həqiqi ibadəti qəbul edirlər (Mat. 24:45; Zək. 8:23).
3 Təmiz dili öyrənmək bir çox insanları, həyatlarını Yehovanın normalarına müvafiq etməyə təşviq edir. Onlar “bir fikirdə və eyni rə’ydə” birləşməyi öyrənirlər (1 Kor. 1:10). Allahın tə’limi insanlarda həmçinin düzgünlüyü də tərbiyə edir, onların nitqi, xüsusən də başqalarına xoş xəbəri çatdıranda, faydalı və inkişafetdirici olur (Tit. 2:7, 8; İbr. 13:15). Bu cür mö’cüzəli nəticələr Yehovaya şərəf gətirir.
4 Misal üçün, bir kişi xoş xəbəri eşidən kimi çoxlu suallar verməyə başladı. Bütün suallarına cavabı Müqəddəs Kitabdan aldı. Bu onu, Müqəddəs Kitabı həftədə iki dəfə öyrənməyə və görüşlərə gəlməyə təşviq etdi. Padşahlıq Zalında olanların əksəriyyəti başqa irqdən olsalar da, onu necə mehribanlıqla qarşılamaları kişini təəccübləndirdi. Bir qədər vaxtdan sonra həmin kişi və onun həyat yoldaşı həyatlarında lazımi dəyişikliklər etdilər və vəftiz olundular. Həmin qardaşın köməyi sayəsində, əksəriyyəti onun ailə üzvləri olan 40-a yaxın insan Yehovaya xidmət etməyə başladı. Zəif olmasına baxmayaraq, qardaş bu yaxınlarda pioner xidmətinə başlamışdır.
5 Başqalarını öyrətmək. Dünyada baş verən hadisələr bir çox insanları öz düşüncələrini yenidən yoxlamağa və həyatları üzərində düşünməyə təşviq edir. İsaya bənzər tərzdə biz də bu cür insanlara kömək etmək istəyərdik. Effektli təkrar başçəkmələr və Müqəddəs Kitab öyrənmələri, səmimi insanlara təmiz dil öyrətmək üçün gözəl üsuldur.
6 Vaxtı məhdud olan adamları öyrətməyin ən effektli üsulu — elə qapının ağzındaca qısa Müqəddəs Kitab öyrənməsi keçirməkdir (km 5/02 səh. 1). Bu cür öyrənmə keçirməyə cəhd göstərmisənmi? Təkrar baş çəkməyə hazırlaşarkən, “Bizim Padşahlıq Xidmətimiz”in 2002-ci il yanvar sayının əlavə vərəqəsindən həmin adamı maraqlandıracaq təqdimə seç. Əlavə vərəqədəki bu təqdimələrin əksəriyyəti, bilavasitə “Allah tələb edir” broşürasının və ya “Bilik” kitabının müzakirəsinə yol açır. Təqdiməni elə məşq elə ki, ilk sözlərdən sonra asanlıqla broşüradakı və ya kitabdakı abzaslardan birinin müzakirəsinə keçə biləsən. Həmin abzasda oxunması və müzakirə edilməsi mümkün olan bir və ya iki Müqəddəs Kitab ayəsi seç və gələn dəfə növbəti abzası müzakirə etmək üçün hansı sualı açıq qoyacağın haqda düşün.
7 Təmiz dili öyrənmək Yehovanın xalqına çoxlu xeyir-dualar gətirir. Gəlin bizimlə birlikdə “bir ürəklə Rəbbə qulluq etmək üçün hamısı Rəbbin ismini çağırsınlar deyə”, başqalarına səmimi qəlbdən kömək etməyə davam edək (Tsef. 3:9).