“Əsaslı surətdə şahidlik edərkən” sə’y göstər
1, 2. Pavelin xoş xəbərin təbliğinə olan münasibətində sizi heyrətləndirən nədir və biz, “əsaslı surətdə şahidlik edərək” onu necə təqlid edə bilərik?
1 Allahın İsa və bir çox başqa sadiq xidmətçiləri kimi, həvari Pavel imkan yaranan hər bir halda “əsaslı surətdə şahidlik edərək” (YD), xoş xəbəri sə’ylə təbliğ edirdi. Hətta ev dustağı olarkən belə, “yanına gələnlərin hamısını qəbul etdi. Allahın Padşahlığını təbliğ edib, Rəb İsa Məsih barəsindəki şeyləri böyük cəsarətlə” öyrədirdi (Həv. iş. 28:16-31, İ–93).
2 Biz də sə’y göstərərək imkan yaranan hər bir vaxt, məsələn, “Allaha izzət verin” adlı vilayət konqresinə gedərkən, həmin konqresin keçirildiyi şəhərdə olarkən və konqresdən qayıdarkən əsaslı surətdə şahidlik edə bilərik (Həv. iş. 28:23; Məz. 145:10-13).
3. Nəyin sayəsində qeyri-rəsmi şahidliyimiz yalnız təsadüfi hal olmayacaqdır?
3 Təsadüfi, yoxsa qeyri-rəsmi şahidlik: bunların fərqi varmı? Bəli, var. Təsadüf — yalnız təsadüf nəticəsində və ya məqsədsiz bir halda, planlaşdırılmayan, yaxud da xüsusi əhəmiyyəti olmayan halda baş verir. Sözsüz ki, bunu bizim xidmətimiz barədə demək olmaz. Pavel kimi biz də Allaha izzət vermək istəyirik, buna görə də bu yay getdiyimiz hər bir yerdə şahidlik etməyə hazırıq. Lakin, belə halda yerinə yetirdiyimiz xidməti qeyri-rəsmi adlandırmaq olar, çünki biz insanlarla sərbəst, mehribanlıqla söhbət edirik. Bu üsul yaxşı nəticələrə nail olmağa kömək edər.
4. Pavel yaşadığı evdə şahidlik etməyə nəyin sayəsində nail olurdu?
4 Şahidlik etməyə hazır ol. Pavel Romada ev dustağı olarkən, şahidlik etmək üçün imkanlar axtarırdı. O, təşəbbüs göstərərək yerli din rəhbərlərini yaşadığı evə də’vət etdi (Həv. iş. 28:17). Pavel öyrəndi ki, Roma şəhərində məsihçi yığıncağının olmasına baxmayaraq, bu şəhərdəki yəhudi icmasının məsihçi imanı haqqında dəqiq mə’lumatları yoxdur (Həv. iş. 28:22; Rom. 1:7). Buna görə də o, İsa Məsih və Allahın Padşahlığı haqqında əsaslı surətdə şahidlik etmək imkanını əldən buraxmadı.
5, 6. Hansı hallarda qeyri-rəsmi surətdə şahidlik edə bilərik və bunu keyfiyyətli etmək üçün nə hazırlamalıyıq?
5 Səyahət etdiyin zaman qarşılaşa biləcəyin bütün insanlar barəsində düşün. Onlardan əksəriyyətinin Yehovanın Şahidləri haqqında çox az mə’lumatları var. Ehtimal ki, onlar bizim pulsuz Müqəddəs Kitab öyrənməsi təklif etməyimiz barədə bilmirlər də. Səyahət edərkən, dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində, mağazalarda, mehmanxanalarda, restoranlarda, ictimai nəqliyyatda və digər yerlərdə qarşılaşacağın bütün adamlara şahidlik etməyə hazır ol. Söhbətə başlamaq və qısa şahidlik vermək üçün deyəcəyin sözləri qabaqcadan düşün. Hələlik isə qonşularına, qohumlarına, iş yoldaşlarına və başqa tanışlarına qeyri-rəsmi şahidlik etməyə çalışa bilərsən.
6 Qeyri-rəsmi şahidlik etmək üçün sənə ədəbiyyat ehtiyatı gərək olacaq. Hansılar? Məsələn, “Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” traktatı. Müqəddəs Kitabı oxumaq üçün müxtəlif səbəblərin sadalandığı birinci beş abzasa diqqət yetir. Sonuncu səhifədəki pulsuz Müqəddəs Kitab öyrənməsi haqqında xahişdən ibarət olan kuponu göstər. Maraq göstərən insana “Allah tələb edir” broşürasını təklif et. Başqa dildə danışan insanlarla qarşılaşmaq ehtimalı varsa, özünlə “Bütün xalqlar üçün xoş xəbər” broşürasını (rus.) götür. 2-ci səhifədə, onun köməyi ilə şahidlik etməyin üsulu izah olunur. Avtomobildə səyahət edirsənsə, özünlə, Padşahlıq haqqındakı xəbərə maraq göstərəcək insanlar üçün bir neçə əsas nəşrlər götür.
7, 8. Yolda olduğumuz və ya istirahət etdiyimiz zaman xarici görünüşümüzə və davranışımıza dair hansı xəbərdarlığa diqqət yetirməliyik?
7 Xarici görünüşünə və davranışına diqqət yetir. Biz diqqət yetirməliyik ki, davranışımız, həmçinin geyimimiz və xarici görünüşümüz başqalarında mənfi təsəvvür yaratmasın və onları Yehovanın təşkilatına ‘qarşı söz söyləməyə’ təhrik etməsin (Həv. iş. 28:22). Bu yalnız konqresdə iştirak etdiyimiz vaxta deyil, həmçinin yolda olarkən və proqramdan sonra istirahət etdiyimiz vaxta da aiddir. “Gözətçi Qülləsi”nin 2002-ci il 1 oktyabr sayının 27-ci səhifəsinin 14-cü abzasında deyilir: “Biz cəlbedici, yersiz hisslər oyadan, açıq-saçıq və ya həddindən artıq dəbdəbəli paltar geyinməməliyik. Bundan əlavə, “Allaha hörmət” etdiyimiz paltarımızdan görünməlidir. Bunun üzərində düşünməyə dəyər. Yalnız yığıncağa [və ya konqresə] getdiyimiz zaman ədəbli geyinmək, başqa vaxtlar isə ədəb qaydalarını unutmaq düzgün olardımı? Xarici görünüşümüz həmişə hörmət əks etdirməlidir, axı biz günün 24 saatını məsihçi və Allahın xidmətçisi olaraq qalırıq” (1 Tim. 2:9, 10).
8 Buna baxmayaraq, biz hər halda sadə və ləyaqətlə geyinməliyik. Əgər Allaha inandığımız geyimimizdə həmişə əks olunarsa, xarici görünüşümüzdən utanaraq qeyri-rəsmi tərzdə şəhadətlik etməkdən boyun qaçırmarıq (1 Pet. 3:15).
9. Pavelin Romadakı xidməti nə dərəcədə müvəffəqiyyətli idi?
9 Qeyri-rəsmi şahidlik səmərələr gətirir. Romada ev dustağı olduğu iki il müddətində, Pavel sə’ylə etdiyi xidmətin yaxşı nəticələrini gördü. Luka mə’lumat verir ki, “Pavelin dediyi sözlərə bə’ziləri inandılar” (Həv. iş. 28:24). Pavel: “Qardaşlar, istəyirəm biləsiniz ki, mənim başıma gələn işlər daha çox Müjdənin tərəqqisinə xidmət etdi, belə ki, bütün saray mühafizlərinə və digərlərinin hamısına mə’lum oldu ki, mənim həbsim Məsih üçündür. Və qardaşlardan çoxu, həbsimdən ötrü Rəbbə güvənərək, Allahın kəlamını qorxusuz bəyan etmək üçün daha çox cəsarət göstərdilər” sözlərini yazarkən, əsaslı surətdə şahidlik etməsinin nə dərəcədə müvəffəqiyyətli olduğunu dəyərləndirdi (Filip. 1:12-14).
10. Ötən yay bir ər-arvad müvəffəqiyyətlə şahidlik etməyə necə nail oldular?
10 Ötən yay, bütün günü vilayət konqresində olduqdan sonra bir ər-arvad, onlardan plaketləri haqqında soruşan ofisiant qadına qeyri-rəsmi surətdə şahidlik etdilər. Onlar qadına həm konqres, həm də Müqəddəs Kitabın insanların gələcəyinə dair verdiyi ümid barəsində danışdılar. Ər-arvad qadına “Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” adlı traktat verdilər və evdə pulsuz Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini izah etdilər. Qadın bildirdi ki, kiminsə ona baş çəkməsini çox istərdi və traktatın kuponunda adını, ünvanını yazıb, ər-arvaddan xahiş etdi ki, bu kuponu onlara gəlmək imkanı olan kimə isə versinlər. Əsaslı surətdə şahidlik etsən, ehtimal ki, sən də maraqlı hadisələrlə qarşılaşa bilərsən?
11. Bu yay “əsaslı surətdə şahidlik edərək” xoş xəbəri yaymaq üçün bizə hansı keyfiyyətlər lazımdır?
11 Xoş xəbəri əsaslı surətdə təbliğ et. Həmimanlılarının sə’y göstərməkdə onu təqlid etdiklərini eşidəndə, Pavelin nə dərəcədə şad olduğunu təsəvvür et! Gəlin biz də bu yay keçiriləcək vilayət konqresi günləri qeyri-rəsmi surətdə şahidlik edərək, xoş xəbəri təbliğ etmək üçün əlimizdən gələni edək.
[3 səhifədəki çərçivə]
Qeyri-rəsmi surətdə şahidlik üçün zəruri olan nəşrlər
■ “Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” (traktat)
■ “Allah bizdən nə tələb edir?” (broşüra)
■ “Bütün xalqlar üçün xoş xəbər” (broşüra)
■ Digər əsas nəşrlər
[4 səhifədəki çərçivə]
Onları unutma!
Kimləri? Məsihin ölümünün Xatirə Gecəsinə və ya xüsusi mə’ruzəni dinləməyə gələn bütün maraqlananları. Onları vilayət konqresinə də’vət etmişikmi? Təşviq etsək, ehtimal ki, onların çoxu gələcək. İnkişafetdirici ünsiyyət və ruhlandırıcı ruhani proqram, onların Yehovaya və Onun təşkilatına yaxınlaşmalarına kömək edəcək. Nəyə görə onları də’vət etməyək? Bu yaxşı bəhrələr gətirə bilər. Konqresin keçiriləcəyi günlər, konqresin keçiriləcəyi yerə necə gəlmək, proqramın hissələrinin başlandığı və başa çatdığı vaxt barədə, həmçinin “Oyanın!” jurnalının 2003-cü il 8 iyun sayının (rus.) arxa cildindən istifadə edərək, proqramda olacaq maraqlı şeylər barəsində onlara mə’lumat ver!