Qeyri-rəsmi şahidlik etməyə hazırsanmı?
1. Hansı nümunə göstərir ki, qeyri-rəsmi şahidlik yaxşı nəticə verə bilər?
1 Qeyri-rəsmi şahidlik çox yaxşı nəticə verə bilər. Müqəddəs Kitabda buna dair çoxlu nümunələr var (Yəh. 4:7-15). Bu cür şahidlik etməyə necə hazır ola bilərik?
2. Geyimimiz və xarici görünüşümüz şahidlik etməkdə bizə necə kömək edə bilər?
2 Geyim və xarici görünüş. Geyimimizə və xarici görünüşümüzə hər zaman diqqət yetirməyimiz sayəsində çəkinmədən insanlara şahidlik edə bilərik (1 Tim. 2:9, 10). Əgər geyimimizə görə narahatıqsa, çox ehtimal ki, şahidlik edə bilməyəcəyik. Əksinə, təmiz və səliqəli görünüşümüzün özü başqalarında maraq oyada bilər. Məsələn, bir dəfə Yehovanın Şahidi olan ər-arvad bir müsəlmanın yanında əyləşmişdi. Onların xarici görünüşünü görən kişi bu ər-arvaddan məsihçi olub-olmadıqlarını soruşdu. Bu, Müqəddəs Kitab haqqında üç saat davam edən söhbətin başlanmasına şərait yaratdı.
3. İsanın nümunəsini izləyərək siz söhbətə necə başlamısınız?
3 Söhbətə başla. İsa Yaqubun quyusunun yanında samariyalı qadınla qarşılaşanda söhbətinə sadəcə ondan su istəməklə başladı. Buna bənzər tərzdə, biz də qısa fikir söyləməklə, yaxud sadə sual verməklə söhbətə başlaya bilərik. Hərdən tərəddüd etsək də, Yehovanın köməyinə arxalanaraq, söhbətə başlamaq üçün ‘cəsarət ala’ bilərik (1 Salon. 2:2).
4. Qeyri-rəsmi şahidlik etməyə necə hazır ola bilərik?
4 İmkanlar axtar. Bir çox təbliğçilər qeyri-rəsmi şahidlik etmək üçün müxtəlif üsullardan istifadə edirlər. Şəraitini nəzərdən keçir və gün ərzində rastlaşa biləcəyin insanlar haqda düşün. Yanında həmişə müvafiq nəşrlər və Müqəddəs Kitab olsun. Diqqətli ol və ətrafındakı insanlara maraq göstər. Gün ərzində qarşında açıla biləcək imkanlar haqda qabaqcadan düşünsən, ehtimal ki, yaxşı şahidlik etməyə hazır olacaqsan (Filip. 1:12-14; 1 Pet. 3:15).
5. Nə üçün qeyri-rəsmi şahidlik etməyi təsadüfün öhdəsinə buraxmamalıyıq?
5 Qeyri-rəsmi şahidlik etmək üçün hər fürsətdən istifadə etməyə iki tutarlı səbəb var — Allaha və yaxınımıza məhəbbət (Mat. 22:37-39). Təbliğ işinin təcili olduğunu nəzərə alaraq qeyri-rəsmi şahidlik etməyi sadəcə təsadüfün öhdəsinə buraxmaq olmaz. Nə qədər ki vaxt var, Padşahlıq haqda xoş xəbəri insanlarla bölüşmək üçün hər fürsətdən istifadə etməyə hazır olmalıyıq (Rom. 10:13, 14; 2 Tim. 4:2).