Gəlin, ibadət yerimizi yaxşı vəziyyətdə saxlayaq
1. Padşahlıq Zalları hansı məqsədə xidmət edir?
1 Bütün dünyada Yehovanın Şahidlərinin 94 000-dən artıq yığıncağı var. Yığıncaqların çoxu Müqəddəs Kitabı öyrənmək və məsihçi görüşləri keçirmək üçün, həqiqi ibadətin yerli mərkəzi kimi xidmət edən Padşahlıq Zallarında toplaşırlar.
2. Padşahlıq Zalının təmiz və səliqəli vəziyyətdə olması nəyə görə vacibdir?
2 Padşahlıq Zalının yığışdırılması. Padşahlıq Zalına qulluq etmək — müqəddəs xidmətimizin zəruri hissəsidir. “Xidmətimiz” kitabının 61, 62-ci səhifələrində (rus.) deyilir: “Qardaşlar Padşahlıq Zalını təkcə maddi cəhətdən tə’min etməyi deyil, həmçinin onu təmiz, səliqəli və yaxşı vəziyyətdə saxlamaq üçün könüllü olaraq imkanlarını təqdim etməyi də üstünlük saymalıdırlar. Padşahlıq Zalı həm daxildən, həm də xaricdən Yehovanın təşkilatını layiqli şəkildə təmsil etməlidir”. Padşahlıq Zalı həftə ərzində bir neçə dəfə istifadə olunduğu üçün, oranı müntəzəm olaraq təmizləmək və başqa işlər görmək lazımdır. Adətən bu işi, həmin Zalda görüşlər keçirən yığıncaqlardan könüllü şəxslər görür. Müqəddəs Kitabın yazıldığı dövrlərdə olduğu kimi, Yehovanın xidmətçiləri bu gün də məsihçi görüşlərinin keçirildiyi yeri “yeniləmək və tə’mir etmək üçün” sə’y göstərməlidirlər (2 Tarix. 34:10).
3. Padşahlıq Zalının yığışdırılması necə təşkil edilir və bu işdə kimlər iştirak edə bilər?
3 E’lanlar lövhəsində Padşahlıq Zalının həftəlik yığışdırılması cədvəlini asmaq lazımdır. Hər bir kitaböyrənmə qrupu həftə ərzində Padşahlıq Zalını işlərin siyahısı cədvəlinə əsasən növbə ilə yığışdırır, sonra bunu növbəti qrup edir. Padşahlıq Zalını hər həftə yığışdırmaqda və səliqəyə salmaqda imkanı olan hər kəs iştirak etməlidir. Uşaqlar valideynlərinin nəzarəti altında Zalı yığışdırmaqda iştirak edəndə, onlar başqalarına xidmət etmək imkanını qiymətləndirməyi öyrənirlər. Əgər Padşahlıq Zalından bir neçə yığıncaq istifadə edirsə, onların yığışdırmaq və Zala qulluq etmək işində əməkdaşlığı xüsusilə vacibdir ki, bu işi yerinə yetirmək məs’uliyyəti yalnız eyni kəslərin üzərinə düşməsin.
4. Yığıncaq üzvlərinə Padşahlıq Zalını necə yığışdırmaq lazım gəldiyini başa düşməkdə necə kömək etmək olar?
4 Yığışdırmaq üçün tətbiq edilən alət və kimyəvi vəsaitlərin saxlanıldığı yerdə hər görüşdən sonra görüləsi işlərin siyahısını asmaq olar: məsələn, bura döşəməni tozsoranla təmizləmək, pəncərələri yumaq, tozu silmək, zibili atmaq, güzgüləri və döşəməni yumaq daxildir. Bə’zi işləri, məsələn, taxta mebeli parıldatmaq və stulları, pərdələri və çıraqları əsaslı surətdə təmizləmək kimi işləri hər dəfə etmək vacib deyil. Yığışdırmaq üçün istifadə edilən bütün kimyəvi vasitələri uşaqların əli çatmayan yerdə saxlamaq və üzərini aydın şəkildə yazmaq lazımdır. Həmçinin hər bir vasitədən istifadə etməyin üsulunu qısa olaraq izah etmək lazımdır.
5. Təhlükəsizlik nə dərəcədə vacibdir və vaxtaşırı olaraq nəyi yoxlamaq lazımdır? (4-cü səhifədəki çərçivəyə bax.)
5 Padşahlıq Zalındakı təhlükəsizliyə xüsusi diqqət yetirmək lazımdır, buna görə də 4-cü səhifədəki çərçivədə bununla əlaqəli bə’zi tələblər sadalanır (Təs. 22:8). Vaxtaşırı olaraq bu tələblərə riayət edilib-edilmədiyini yoxlamaq lazımdır. Bu, baş verə biləcək bədbəxt hadisələrin qarşısını almağa kömək edər.
6. Padşahlıq Zalına qulluq edilməsi işi necə tənzimlənir?
6 Padşahlıq Zalına qulluq etmək və onun tə’miri. Padşahlıq Zalına qulluq edilməsinin qeydinə qalmaq ağsaqqallar şurasının vəzifəsidir. Bir qayda olaraq bu işi tənzimləmək məqsədilə ağsaqqal və ya xidməti köməkçi tə’yin edilir. O, Zalın təmiz olmasına və hər şeyin öz qaydasında işləməsinə, həmçinin lazım olan hər şeyin olmasına nəzarət edərək, Padşahlıq Zalının gündəlik işini təşkil edir. Vacibdir ki, nə Zalda, nə də həyətyanı sahədə təhlükəli heç bir şey olmasın. Padşahlıq Zalından bir neçə yığıncaq istifadə edirsə, ağsaqqallar şurası binaya və mülkiyyətə qulluq edilməsi işini təşkil edən istismar komitəsi tə’yin edir. Bu komitə ağsaqqallar şurasının rəhbəliyi altında işləyir.
7. a) Padşahlıq Zalını yaxşı vəziyyətdə saxlamaq üçün hər il hansı işlər görülür? b) Hansı məsələlər vaxtaşırı olaraq diqqət tələb edir? (5-ci səhifədəki çərçivəyə bax.)
7 Hər il Padşahlıq Zalına hərtərəfli nəzarət edilir. Əgər ağsaqqallar müəyyən edirlər ki, Padşahlıq Zalında və ya həyətyanı sahədə nə isə etmək lazım gəldiyini aşkar edirlərsə, onlar lazımi tədbirlər görürlər. Tə’mir işlərinin yerinə yetirilməsi və ya Zala qulluq edilməsi üçün təbliğçiləri də’vət etmək olar. Hamı hətta xırda nöqsanları gördükdə onları aradan qaldırmaq üçün yubanmadan bir tədbir görməlidirlər.
8. Podratçı tələb olunan halda necə davranmaq lazımdır?
8 Yığıncağın pul vəsaitinin müdrik tərzdə istifadə olunması. Padşahlıq Zalındakı və həyətyanı sahədəki işin çox hissəsi könüllülər tərəfindən yerinə yetirilir. Onların fədakar əməyi ilk növbədə məhəbbətin gözəl təzahürüdür. Bu əmək Padşahlıq Zalına qulluq etmək üçün sərf edilən xərcləri xeyli dərəcədə azaltmağa kömək edir. Əgər hansısa işlərin yerinə yetirilməsi üçün (məsələn, həşəratlarla mübarizə və ya qarın təmizlənməsi) podratçı tələb olunursa, ağsaqqallar daha səmərəli üsulu seçirlər. Bu iş növbəti tərzdə həyata keçirilir: əvvəlcə yerinə yetiriləsi işin və bu iş üçün lazım olan materialların aydın təsviri yazılı şəkildə hazırlanır. Bu təsvirin surətləri ayrı-ayrı podratçılara ötürülür. (Bu zaman işin keyfiyyətinə və tarixinə dair tələblər hər yerdə eyni olmalıdır.) Nəzərdə tutulan bir neçə podratçıdan yazılı şəkildə təkliflər aldıqdan sonra, ağsaqqallar daha sərfəli olan təklifi seçə bilərlər. Bu işi yerinə yetirməyi və ya lazımi materialları müəyyən qiymətə əldə edib çatdırmağı qardaşlardan kim isə təklif edən zaman da bu cür davranmaq lazımdır.
9. Yığıncağın maliyyə vəsaitlərinin lazımi tərzdə istifadə edilməsi üçün nə etmək olar?
9 Ağsaqqallar həm də dini təşkilatlar üçün nəzərdə tutulmuş, məsələn, kommunal xidməti kimi bütün vergilərdən azad edilmə imkanlarından istifadə etməyə çalışırlar. Padşahlıq Zalından birdən artıq yığıncaq istifadə edirsə, istismar komitəsi ayrıca maliyyə fondu yaradır və ayda bir dəfə maliyyə xərcləri haqqında hər ağsaqqallar şurası qarşısında yazılı surətdə hesabat verir. Ağsaqqallar yığıncağın vəsaitlərinin lazımi tərzdə ödənilməsi üçün cavabdehlik daşıyırlar.
10. Əgər əsaslı tə’mir və ya yeniləşdirmək tələb olunursa, nə etmək lazımdır?
10 Əsaslı tə’mir və yeniləşdirmə. İstismar komitəsi Padşahlıq Zalında böyük həcmli iş görülməli olduğunu düşünürsə, qərar qəbul edilməsi üçün öz təkliflərini ağsaqqallar şurasına təqdim edir. Əgər Zalda əsaslı tə’mir keçirilməsi və ya onun yeniləşdirilməsi, ya da həmin Zalda görüş keçirən yığıncağın (yığıncaqların) kənardan köməyə ehtiyacı olduğu haqda qərar qəbul edilibsə, ağsaqqallar filialla əlaqə saxlamalıdırlar. Belə olduqda təcrübəli qardaşlar müəyyən məsləhətlər verə bilər və ya lazımi rəhbərlik göstərə bilər. Əgər nəzərdə tutulan işin yerinə yetirilməsi üçün böyük məbləğdə pul lazım olarsa, onun dəqiq dəyərini hesablamaq və yığıncağın nəzərinə çatdırılacaq qətnamə hazırlamaq lazımdır. (“Bizim Padşahlıq Xidmətimiz”in 1994-cü il fevral sayındakı (rus.) “Suallar qutusu”na bax.)
11. Padşahlıq Zalında görüşlər keçirə bildiyimiz üçün minnətdarlığımızı necə göstərə bilərik?
11 Biz Padşahlıq Zalında görüş keçirmək imkanını çox qiymətləndiririk. Görüşlərimizə e’tinasız yanaşmaq və ya onları adi bir hal kimi qəbul etmək istəmirik. Padşahlıq Zalımıza qayğı göstərərək hər birimiz bu görüşlərə görə minnətdarlıq bildirə bilərik. Bu, Padşahlıq işinin inkişafına kömək edir və Yehovanın adına izzət gətirir. Gəlin, elə edək ki, Padşahlıq Zalımız həqiqi Allaha izzət gətirmək üçün layiqli yer olsun!
[4 səhifədəki çərçivə]
Təhlükəsizlik tədbirləri
◻ Odsöndürən və yanğın hidrantları əlçatan yerdə olmalıdır və hər il yoxlanılmalıdır.
◻ Çıxışlar və pilləkənlər aydın surətdə yazılarla işarələnməli, yaxşı işıqlanmalı, maneə törədəcək şeylərlə qalaqlanmamalı, mühəccərlər e’tibarlı olmalıdır.
◻ Anbarlarda, tualetlərdə və qarderoblarda səliqə-sahmana və təmizliyə fikir verilməlidir. Orada tezalışan, şəxsi və lazımsız əşyalar olmamalıdır.
◻ Damı və su novunu müntəzəm olaraq yoxlamaq və təmizləmək lazımdır.
◻ Səkilər və dayanacaqlar yaxşı işıqlandırılmalıdır. Oraları elə vəziyyətdə saxlamaq lazımdır ki, heç kim sürüşüb yıxılmasın.
◻ Elektrik xətti, isitmə sistemi və əgər varsa ventilyasiya yoxlanılmalı və lazımi tərzdə qulluq edilməlidir.
◻ Daman hər bir yeri yubanmadan düzəltmək lazımdır ki, nəmişliyin qarşısı alınsın.
◻ Binada heç kim olmayanda qapılar kilidlənməlidir.
[5 səhifədəki çərçivə]
Binanın və ərazinin nəzərdən keçirilməsi
◻ Xaricdən. Padşahlıq Zalının üzərindəki lövhəcik, Zalın damı, ön tərəfi, rəngi və pəncərələri yaxşı vəziyyətdədirmi?
◻ Ərazi. Əraziyə yaxşı qulluq edilirmi? Səkilər, hasarlar və maşınların dayanacağı yaxşı vəziyyətdədirmi?
◻ Daxildən. Döşəmənin örtüyü, pərdələr, stullar, işıqlandırma və santexnika cihazları, divarlar, qarderoblar və ədəbiyyat üçün şkaflar yaxşı vəziyyətdədirmi?
◻ Ləvazimatlar. İşıqlandırma cihazları, isitmə və səsləndirmə sistemi və əgər varsa ventilyasiya, yaxud kondisioner sistemi lazımi tərzdə işləyirmi?
◻ Tualetlər. Təmizdirmi və lazımi qaydada işləyirmi?
◻ Yığıncağın sənədləri. Binaya və torpaq sahəsinə hüquq barədə, vergi hesabatı, vergilər, kommunal xidmətlər və başqalrından güzəşt barədə tələb olunan hüquqi, vergi və başqa sənədlər, həmçinin hesabatlar vaxtında tərtib olunurmu?