Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/03 s. 7
  • Xüsusi birgünlük konqresin yeni proqramı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xüsusi birgünlük konqresin yeni proqramı
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Yehovaya bütöv ürəklə xidmət edin
    Gözətçi qülləsi 2012
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2005
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2008
  • Xüsusi birgünlük konqresin yeni proqramı
    Müqəddəs ibadətimiz 2002
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 8/03 s. 7

Xüsusi birgünlük konqresin yeni proqramı

Bizim dövrdə sağlamlığı qorumaq və ömrü uzatmaq üçün ürəyi möhkəmlətməyə dair çox mə’lumatlar mövcuddur. Lakin simvolik ürəyimizin vəziyyəti daha vacibdir. Nə yaxşı ki, 2003-cü ilin sentyabr ayından başlayaraq keçiriləcək xüsusi birgünlük konqresin proqramı “Bütün ürəklə Yehovaya qulluq et” adlanır (1 Tarix. 28:9). Bu konqresdə nə öyrənəcəyik?

Rayon nəzarətçisi, “Bütün ürəklə Yehovaya qulluq etməkdə başqalarına kömək edin” adlı mövzunu müzakirə edərək müsahibə götürəcək. Bu müsahibədən Yehovaya xidmət etmək arzusunda olan insanlarda yaranmış marağı inkişaf etdirməyin və onlarla Müqəddəs Kitab öyrənməsi keçirməyin nə qədər sevincli olduğunu öyrənəcəyik. Də’vət olunmuş natiqin “Həyəcan dolu dünyada ürəyinizi qoruyun” adlı birinci mə’ruzəsi, şübhəsiz ki, bizə təsəlli verəcək və bizi ruhlandıracaq. Proqramın birinci hissəsini vəftiz olmaq istəyənlər üçün mə’ruzə başa çatdıracaq.

Proqramın nahardan sonrakı hissəsində, başqalarına necə kömək edə biləcəyimizi göstərən “Kömək əlinizi uzadın” adlı mə’ruzə səslənəcək. Valideynlər uşaqlarının ürəyini pis tə’sirlərdən necə qoruya bilər və onlara Yehovaya yaxınlaşmaqda necə kömək edə bilərlər? “Uşaqlarınıza Yehovada sevinc tapmağa kömək edin” adlı mövzunun müzakirəsi zamanı buna dair təkliflər səslənəcək və bunu həyatda tətbiq etməyin üsulu göstəriləcək.

Simvolik ürəyimizin sağlam və güclü olması üçün Yehovanın bizə təqdim etdiklərindən istifadə edirikmi? Də’vət olunmuş natiqin “Yehovaya bütün ürəklə qulluq etməyə davam edin” adlı sonuncu mə’ruzəsi, diqqətimizi ruhani fəaliyyətimizin dörd vacib sahəsinə yönəldəcək. Səmimi qəlbdən dua etmək, Allahın Kəlamını öyrənmək, sə’ylə təbliğ etmək və başqa məsihçilərlə ünsiyyətdə olmaq üçün nə qədər vaxt və qüvvə sərf edirik? Bu sahələrdən hansındasa təkmilləşə bilərikmi?

Yehova bizi də’vət edir: “Ürəyini tərbiyəyə və qulaqlarını bilik sözlərinə ver” (Sül. məs. 23:12). Müqəddəs Kitab nəsihətini vaxtında çatdıran bu proqramda iştirak etməyi artıq indidən planlaşdır. O səni bundan sonra da Yehovaya bütün ürəklə və bütün canla qulluq etmək əzmində möhkəmləndirəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş