Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 1/04 s. 3
  • Suallar qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar qutusu
  • Müqəddəs ibadətimiz 2004
  • Oxşar material
  • Çıxışa və hissələrinə ayrılan vaxt
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Xidməti görüşə necə hazırlaşmalı?
    Müqəddəs ibadətimiz 2009
  • Xidməti görüşün hissələrini aparan qardaşlar üçün təlimat
    Müqəddəs ibadətimiz 2010
  • Yığıncaq üçün çıxışların hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Müqəddəs ibadətimiz 2004
km 1/04 s. 3

Suallar qutusu

◼ Yığıncaq görüşlərinin vaxtında başlanıb, vaxtında qurtarmasına necə kömək edə bilərik?

Xoş təəssürat bağışlayan şəraitdə vaxt tez ötüb-keçir. Ola bilsin, elə məhz buna görə də çıxış edərkən ayrılan vaxta riayət etmək asan olmur. Buna nail olmaqda bizə nə kömək edə bilər?

Görüşü vaxtında başla. Görüşün başlanmasına bir-iki dəqiqə qalmış hamıdan yerlərinə əyləşməyi xahiş etmək olar. O zaman görüşü vaxtında və intizamlı şəkildə başlamaq olar (Vaiz 3:1). Kiçik qruplardan ibarət olan görüşləri, misal üçün, təbliğ xidməti üçün görüşü tə’yin olunan vaxtda başlamaq, gecikənlərə görə yubatmaq lazım deyil.

Yaxşı hazırlaş. Yaxşı hazırlıq, proqramın bəndlərinin vaxtında qurtarmasında vacib rol oynayır. Çıxışının məqsədini həmişə yadında saxla. Əsas fikirləri qeyd et və tam aydın şəkildə vurğula. Çalış fikrin cüz’i təfsilatlara yayınmasın. Materialı mümkün qədər sadə təqdim et. Əgər çıxışına səhnəcik və ya müsahibə daxildirsə, qabaqcadan məşq et. Hazırlaşan zaman materialı imkan daxilində ucadan oxu və çıxışının nə qədər vaxt aldığını qeyd et.

Materialı vaxt üzrə bölüşdür. Əgər sənə nitq və ya dinləyicilərlə müzakirə tapşırılıbsa, materialı bir neçə hissəyə bölmək faydalıdır. Hər bir hissə üçün müəyyən vaxt ayır və üzərində işlədiyin vərəqin kənarında qeyd et. Sonra, çıxış edəndə etdiyin qeydlərə əsasən vaxta nəzarət et. Dinləyicilərlə müzakirə keçirəndə isə, çalış ki, çox şərhlər dinləyərək giriş abzaslarda yubanmayasan, əks təqdirdə sonrakı abzaslardakı daha vacib olan materialı müzakirə edərkən tələsmək lazım gələcək. “Gözətçi Qülləsi” öyrənməsinin rəhbərləri təkrar üçün sualların müzakirəsinə kifayət qədər vaxt saxlamalıdırlar. Həmçinin onlar diqqət yetirməlidirlər ki, yekun mahnı və dua üçün ayrılan vaxtı jurnalın müzakirəsinə istifadə etməsinlər.

Vaxtında qurtar. Əgər görüş bir neçə bənddən ibarətdirsə (misal üçün, xidməti görüş) çıxış edənlərin hamısına çıxışlarının nə vaxt başlanacağını və qurtaracağını bilmək vacibdir. Əgər çıxışlar uzanırsa, nə etmək olar? Bir və ya bir neçə qardaş çıxışlarında ikinci dərəcəli məsələləri ötürüb, yalnız daha əhəmiyyətli fikirləri müzakirə etməklə vəziyyəti düzəldə bilərlər. Bu cür çeviklik, yaxşı müəllimə xas olan səciyyəvi xüsusiyyətlərdən biridir.

Biz, bir iştirakçı kimi, qısa və dəqiq cavablar verməklə müzakirənin aparıcısına kömək edə bilərik. Beləliklə bizim hər birimiz görüşlərimizin “ədəblə və nizamla” keçirilməsinə kömək edə bilərik (1 Kor. 14:40).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş