Xüsusi birgünlük konqres proqramının təkrarı
Bu material 2005-ci xidmət ilində xüsusi birgünlük konqresə hazırlaşmaq və onun proqramını təkrarlamaq üçün istifadə olunacaq. Bu əlavə vərəqənin 4-cü səhifəsindəki “Konqreslərin proqramını təkrarlamaq üçün yenilik” adlı məqalədə bunun necə keçiriləcəyi izah olunur. Təkrar zamanı vaxtı elə bölüşdürün ki, bütün sualları müzakirə etməyi çatdırasınız. Təkrar zamanı əsas diqqəti aldığımız mə’lumatı necə tətbiq edə biləcəyimizə yönəltmək lazımdır.
SƏHƏR
1. Yehovanı dinləmək zəruriyyəti nəyə görə get-gedə artır? “Dinləmək” nə deməkdir? (“Biz Yehovanın səsini nəyə görə dinləməliyik?”)
2. Ruhani fəaliyyətin düşünülmüş proqramına ailələr necə riayət edə bilərlər? (“Allahın Kəlamını yayınmadan dinləyən ailələr”)
3. Rayonun təbliğçiləri qeyri-rəsmi surətdə təbliğ etmək imkanlarından necə istifadə edirlər? (“Hər şeyi Allahın izzəti üçün edirik”)
4. “İbranilərə” kitabının 3-cü və 4-cü fəsillərindəki saqındırıcı nümunədən hansı ibrət dərsini götürə bilərik? Yehova bizimlə bu gün necə danışır? (“Allah danışarkən Onu dinləmək, bizim üçün müdafiədir”)
5. Vəftiz üçün mə’ruzədən özünüzə hansı faydanı əldə etdiniz? (“Həsr olunma və vəftiz”)
NAHARDAN SONRA
6. Biz İsanın gəncliyi haqqında nə bilirik və rayonumuzun gənc təbliğçiləri onun nümunəsini necə təqlid edirlər? (“Gənclər, Allahın Kəlamını diqqətlə dinləyin — bu sizi möhkəmləndirəcək”)
7. Valideynlər uşaqlarına Yehovanın yollarını öyrətməyə necə başlaya bilərlər? (“Allahı dinləyən və öyrənən uşaqlar”)
8. Yehovanı, Onun Oğlunu və “sadiq və ağıllı qul”u hansı sahələrdə dinləməliyik? (Mat. 24:45). Bu nəyə görə həyati vacibdir? (“Allahın nəsihətinə daima diqqət yetirin”)