Sənin köməyinə ehtiyac var
1 “Bizim hər birimiz üçün etdiyiniz hər şeyə görə çox sağ olun. Sizin xidmətiniz həqiqətən də çox dəyərlidir”. Bu sözlər məsihçi ağsaqqallara və xidməti köməkçilərə bəslədiyimiz minnətdarlıq hissini çox gözəl ifadə edir. Allahın təşkilatı inkişaf etməyə davam edir və hal-hazırda bütün dünyada olan təxminən 100 000-ə yaxın yığıncağa qayğı göstərmək üçün ruhən yetkin qardaşlara daim tələbat var. Əgər sən vəftiz olunmuş qardaşsansa, onda sənin də köməyinə ehtiyac var.
2 Sə’y göstər. Əlavə teokratik məs’uliyyətlər almağa nail olmaq üçün sən necə sə’y göstərə bilərsən? (1 Tim. 3:1). Əsas e’tibarilə həyatının bütün sahələrində yaxşı nümunə göstərməklə (1 Tim. 4:12; Tit. 2:6-8; 1 Pet. 5:3). Təbliğ xidmətində fəal ol və bu işdə başqalarına da kömək et (2 Tim. 4:5). Bacı-qardaşların rifahına səmimi maraq göstər (Rom. 12:13). Müqəddəs Kitabı diqqətlə tədqiq et və öyrətmək məharətini inkişaf etdir (Tit. 1:9; 1 Tim. 4:13). Ağsaqqalların sənə həvalə etdikləri tapşırıqları çalışqanlıqla yerinə yetir (1 Tim. 3:10). Əgər sən ailə başçısısansa, ‘öz ailəni yaxşı idarə et’ (1 Tim. 3:4, 5, 12).
3 Xidməti köməkçi və ya ağsaqqal kimi xidmət etmək üçün sə’ylə çalışmaq və fədakarlıq ruhu göstərmək gərəkdir (1 Tim. 5:17). Buna görə əlavə məs’uliyyətlərə sə’y göstərək, ilk növbədə təvazökarlıqla başqalarına xidmət et (Mat. 20:25-28; Yəh. 13:3-5, 12-17). Timoteyin əks etdirdiyi ruhun üzərində düşün və onu təqlid etməyə çalış (Filip. 2:20-22). Qoy Timotey kimi, sənin barəndə də yaxşı əməllərin şahidlik etsin (Həv. iş. 16:1, 2). Əlavə məs’uliyyətlərin öhdəsindən gəlmək üçün ruhani xüsusiyyətlər inkişaf etdirsən və düzəlişlər etməli olduğun sahələrə dair verilən məsləhətlərə hay versən, ‘sənin tərəqqin hamıya aşkar olacaq’ (1 Tim. 4:15).
4 Valideynlər, cavanları kömək etməyə öyrədin. Uşaqlar başqalarına kömək etməyə erkən yaşlarından öyrənə bilirlər. Onları təbliğ etməyə, yığıncaq görüşlərində diqqətli olmağa və həm Padşahlıq Zalında, həm də məktəbdə özlərini yaxşı aparmağa öyrədin. Padşahlıq Zalının yığışdırılmasına, ağsaqqallara kömək etməyə və bu kimi başqa işlərdə başqalarına xidmət etməyə onları təşviq edin. Qoy onlar özləri hiss etsinlər ki, “vermək... daha böyük bəxtiyarlıq gətirir” (Həv. iş. 20:35). Bu cür tə’lim onlara gələcəkdə pioner, xidməti köməkçi və ağsaqqal olmağa kömək edəcək.