Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik
IV hissə. Öyrənənləri hazırlaşmağa öyrədirik
1 Adətən dərsi qabaqcadan oxuyan, cavabları qeyd edən və fikirləri öz sözləri ilə ifadə etməyin üzərində düşünən insanlar ruhən tez inkişaf edirlər. Buna görə də, öyrənməni müntəzəm olaraq keçirməyə başlayanda, məşğələyə necə hazırlaşmağı göstərmək üçün, dərslərdən birinə öyrənən adamla birlikdə hazırlaşmaq lazımdır. Bir çoxları ilə bütöv bir fəsli və ya dərsi birgə hazırlaşmaq faydalı olacaqdır.
2 İşarə və qeydlər etmək. Çap edilmiş sualların düzgün cavablarını necə tapmağı öyrət. Müqəddəs Kitabı öyrənmək üçün istifadə olunan nəşrdə açar sözləri və ifadələri qeyd etdiyin şəxsi nüsxəni ona göstər. Materialı öyrəndiyiniz müddət ərzində o, səndən nümunə götürəcək və öz nüsxəsində yalnız düzgün cavabı yada salmağa kömək edən fikirləri qeyd edəcək (Luka 6:40). Sonra isə ondan öz sözlərilə cavab verməyi xahiş et. Bu sənə onun materialı nə dərəcədə yaxşı başa düşüb-düşmədiyini müəyyənləşdirməyə kömək edəcək.
3 Öyrənən adamın dərsə hazırlaşmasının vacib bir hissəsi — sitat gətirilməyən ayələri diqqətlə tədqiq etməkdir (Həv. iş. 17:11). Ona bu ayələrin hər birinin abzasdakı fikirlə bağlı olduğunu görməyə kömək et. Öyrənilən ədəbiyyatın kənarlarında qısa qeydləri necə etməyi göstər. Öyrənilən əsas vəsaitin Müqəddəs Kitab olduğunu hər dəfə xüsusilə vurğula. Onu öz cavablarında gətirilən ayələrdən istifadə etməyə təşviq et.
4 Qısa xülasə və təkrar. Öyrənməyə hazırlaşmağa başlamazdan əvvəl, öyrənən adamın mövzunun qısa icmalını etməsi faydalı olardı. İzah et ki, o, bunu dərsin başlığını, yarımsərlövhələrini və şəkillərini nəzərdən keçirməklə edə bilər. Həmçinin onu axırda əsas fikirləri təkrarlamağa təşviq et. Bunu, əgər öyrənilən nəşrdə varsa, təkrar üçün çərçivənin əsasında etmək olar. Bu cür təkrar ona materialı yadda saxlamağa kömək edəcək.
5 Müqəddəs Kitabı öyrənən adamı öyrənməyə yaxşı hazırlaşmağa təşviq ediriksə, bu ona görüşlərdə mə’nalı şərhlər verməyə kömək edəcək. Bundan əlavə, o, şəxsi öyrənməyə vaxt ayırmağı öyrənəcək. Bu isə ona təhsil kursunu bitirdikdən sonra da uzun müddət kömək edəcək.