Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/05 s. 1
  • Yaxşılıq et və başqaları ilə bölüş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxşılıq et və başqaları ilə bölüş
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Bir-birinizi inkişaf etdirin
    Müqəddəs ibadətimiz 2005
  • Kədərli olanlara təsəlli verin
    Gözətçi qülləsi 2003
  • Əzab çəkənlərə təsəlli verin
    Gözətçi qülləsi 2011
  • Yehovaya şərəf gətirən tikinti
    Allahın Padşahlığı hökmranlıq edir!
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 4/05 s. 1

Yaxşılıq et və başqaları ilə bölüş

1 Tabitanın «etdiyi xeyirli işlər və verdiyi sədəqələr lap çox idi» (Həvarilərin işləri 9:36, 39). Tabitanı tanıyanlar və Allah onu bu cür comərdliyinə görə sevirdilər. İbranilərə 13:16 ayəsində deyilir: «Yaxşılıq etməyi və malınızı başqaları ilə bölüşdürməyi yaddan çıxarmayın, çünki bu cür qurbanlar Allaha məqbuldur». Biz bu məsləhətə necə riayət edə bilərik?

2 Məsələn, ‘var-dövlətimizlə’ bölüşməklə (Sül. məs. 3:9). Ümumdünya işinə etdiyimiz ianələr sayəsində bütün dünyada Padşahlıq və Konqres Zalları, həmçinin filiallar tikilir. Əliaçıqlığımız milyonlarla insanların teokratik tə’limdən və inkişafetdirici ruhani ünsiyyətdən fayda əldə etmələrinə imkan vermişdir.

3 Başqaları ilə bölüşməklə, onlara təsəlli veririk. Yehovanın xalqı fəlakətdən zərər çəkən həmimanlılarına, eləcə də imanlarına şərik olmayan insanlara ‘yaxşılıq etməyə’ hazırdır (Qalat. 6:10). Fransadakı kimya zavodunda baş verən partlayışdan sonra, yaxınlıqda yaşayan bir ər-arvad demişdir: «Həmimanlılarımız dərhal köməyimizə gəldilər. Onlar həm bizim mənzili, həm də binamızda olan digər mənzilləri təmizləməkdə kömək etdilər. Bu qədər adamın köməyə gəlməsi qonşularımızı təəccübləndirdi». Başqa bir bacı isə əlavə etmişdir: «Biz ağsaqqallarımızın qayğısını hiss etdik. Onlar bizi ruhlandırmağa gəlmişdilər. Bizim buna, maddi köməkdən də çox ehtiyacımız vardı».

4 Yaxınlarımıza kömək etməyin müxtəlif üsulları olsa da, ən vacibi — Yehovanın və’d etdiyi «əbədi həyat ümidin»i də daxil edən dəyərli həqiqət biliklərini onlarla bölüşməkdir (Tit. 1:1, 2). Dünyada hökm sürən şəraitin və öz günahlı vəziyyətinin ucbatından yaslı olanlara Müqəddəs Kitabda yazılan xəbər əsl təsəlli verir (Mat. 5:4). Gəlin əlimizdən gəldiyi qədər yaxşılıq edək və başqaları ilə bölüşək (Sül. məs. 3:27).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş