Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 9/05 s. 7
  • Bir-birinizi inkişaf etdirin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bir-birinizi inkişaf etdirin
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Yaxşılıq et və başqaları ilə bölüş
    Müqəddəs ibadətimiz 2005
  • Xidmətdə bir-birinizi ruhlandırın
    Müqəddəs ibadətimiz 2008
  • Daima «bir-birinizi möhkəmləndirin»
    Gözətçi qülləsi 2022
  • Ruhani mövzuda söhbətlər inkişaf etdirir
    Gözətçi qülləsi 2003
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 9/05 s. 7

Bir-birinizi inkişaf etdirin

1 Həvari Pavel həmimanlılarını möhkəmləndirmək üçün əlindən gələni edirdi (Həv. iş. 14:19-22). Bacı-qardaşlarımız çətin vəziyyətə düşəndə biz də narahat olur və onlara kömək etmək istəyirik. Müqəddəs Kitab göstərir ki, həmimanlılarımızın rifahı üçün yalnız ağsaqqallar deyil, biz hamımız qayğı göstərməliyik (Rom. 15:1, 2). Bəs biz Müqəddəs Kitabın «bir-birinizə təskinlik verin və bir-birinizi inkişaf etdirin» deyə verdiyi məhəbbət dolu nəsihətinə necə riayət edə bilərik? Gəlin bunu etməyin iki üsulunu nəzərdən keçirək (1 Salon. 5:11).

2 Başqalarının tələbatlarını görməyə çalış. Allahın Kəlamında deyilir ki, Tabitanın «etdiyi xeyirli işlər və verdiyi sədəqələr lap çox idi» (Həv. iş. 9:36, 39). O, insanların nəyə ehtiyac duyduğuna diqqət yetirir və onlara kömək etmək üçün əlindən gələni edirdi. Tabita bizə necə də gözəl nümunə qoyub! Sən hansısa yaşlı bacı və ya qardaşın yığıncağa getməsi üçün maşın lazım gəldiyini və ya pionerin həftə içi günlərdə günortadan sonra xidmətə getmək üçün əməkdaşı olmadığını görə bilərsən. Əgər sən bir kimsənin köməyə ehtiyac duyduğunu görüb öz köməyini təklif etsən, onun nə dərəcədə ruhlanacağını təsəvvür et!

3 Ruhani işlər barədə söhbətlər. Biz başqalarını söhbətlərimizlə də inkişaf etdirə bilərik (Efes. 4:29). Təcrübəli bir ağsaqqal öz müşahidələri ilə bölüşərək belə deyir: «Əgər sən başqalarını ruhlandırmaq istəyirsənsə, onda ruhani mövzular haqda danış. İnkişafetdirici söhbətə başlamaq üçün sadəcə “Sən həqiqətə necə gəlmisən?” deyə soruşmaq olar». Yığıncaqdakı gənclərə, utancaqlara və ruhdan düşənlərə səmimi maraq göstər (Sül. məs. 12:25). Dünyanın təklif etdiyi populyar əyləncələr haqda söhbətlərin ruhani söhbətləri sıxışdırıb aradan çıxarmasına yol vermə (Rom. 1:11, 12).

4 Bəs başqaları ilə hansı inkişafetdirici fikirləri bölüşmək olar? Müqəddəs Kitabı oxuyan və şəxsi öyrənmə zamanı Yehovaya olan minnətdarlığını artıran prinsip tapmısan? Açıq mə’ruzədə və ya «Gözətçi Qülləsi»nin öyrənilməsi zamanı səni ruhlandıran maraqlı fikir eşitmisən? Və ya imanını möhkəmləndirən hansısa hadisə sənin ürəyinə tə’sir göstərib? Əgər sən bu cür ruhani cəvahiratı toplayırsansa, onda başqalarını ruhlandırmaq üçün həmişə söz tapacaqsan (Sül. məs. 2:1; Luka 6:45).

5 Gəlin, bacı-qardaşlarımıza köməyimizi təklif etməklə və dilimizi müdrikcəsinə istifadə etməklə bir-birimizi inkişaf etdirək (Sül. məs. 12:18).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş