Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/05 s. 4—5
  • Böyük toplantıda Yehovaya şükür edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Böyük toplantıda Yehovaya şükür edin
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Yehovanı gözləyin!
    Müqəddəs ibadətimiz 2006
  • Ləyaqətlə davranaraq Məsihin ardınca gedin
    Müqəddəs ibadətimiz 2007
  • Ruhani ziyafət və şadlıq
    Müqəddəs ibadətimiz 2008
  • Vilayət Konqresi — Yehovaya Sevinclə İbadət Etməyin Vaxtı
    Müqəddəs ibadətimiz 2010
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 4/05 s. 4—5

Böyük toplantıda Yehovaya şükür edin

1, 2. Vilayət konqresində hansı imkanımız var və bu imkandan necə istifadə edə bilərik?

1 Hər il vilayət konqreslərində Yehovaya həmd etmək üçün bizə gözəl imkan təqdim edilir. Biz Davudun hisslərinə şərikik. O oxuyurdu: «Böyük toplantıda Sənə şükür edəcəyəm, çoxsaylı yığıncaqda Sənə həmd edəcəyəm» (Məz. 35:18). Qarşıdan gələn «Allaha itaətkarlıq» adlı vilayət konqresində birləşmiş bir xalq kimi biz Yehovaya necə həmd edə bilərik?

2 Məsələn, davranış tərzimizlə. Konqres keçirilən bir kompleksin menecerləri dedilər: «Əgər hansısa dini cəmiyyətlər bizim kompleksi icarəyə götürmək istəyirlərsə, onlara təklif edirik ki, əvvəlcə gəlib Yehovanın Şahidlərinin öz konqreslərini necə keçirdiklərinə baxsınlar. Sizdə hər şey mükəmməl keçir». Bizlərdən hər birimiz xarici görünüşümüzlə, əməkdaşlığa hazır olmağımızla və nümunəvi davranış tərzimizlə Allaha məxsus olan bu cür tə’rif sözlərinin deyilməsinə səbəb oluruq (1 Pet. 2:12).

3, 4. Təvazökarlıq bizə həm konqres zamanı, həm də konqresdən sonra məsihçilərə layiq tərzdə geyinməkdə necə kömək edəcək?

3 Xarici görünüşümüz. Geyimimiz və xarici görünüşümüzlə Yehovaya izzət vermək üçün təvazökar olmalıyıq (1 Tim. 2:9). «Xidmət Məktəbi» kitabının 132-ci səhifəsində (rus.) yazılıb: «Təvazökar insan ətrafdakıların hisslərinə toxunmamağa və özünə çox diqqət cəlb etməməyə çalışır». Bir çox ölkələrdə cəlbedici formada geyinmək adi hala çevrilib. Lakin Yehova Onu layiqli tərzdə təmsil etmək üçün sərf etdiyimiz sə’yi qiymətləndirir (Həv. iş. 15:14). Konqres idman və istirahət kompleksində keçirilsə də, üç gün ərzində bu yer «böyük toplantı» yerinə çevrilir. Yehovanın önündə yığışdığımız üçün, Kainatda ən görkəmli Şəxsiyyətə layiq tərzdə geyinməliyik (1 Saln. 29:11).

4 Biz həmçinin proqramdan sonra da öz xarici görünüşümüzə diqqət yetirməliyik. Əgər istirahət zamanı və ya restoranda nahar edərkən rahat paltar geyinmək istəyiriksə, diqqət yetirməliyik ki, xarici görünüşümüz «Allaha hörmət etdiklərini iddia edən»lərin sözlərinə müvafiq olsun (1 Tim. 2:10). Geyimin münasib olması, bu dünyada qəbul edilən geyim tərzi ilə müəyyən edilmir (1 Yəh. 2:16, 17). Bizim nəşrlərimizdə hər bir şəraitə uyğun gələn ədəbli və səliqəli kişi və qadın geyimlərinə dair çoxlu şəkillər görmək olar. Konqresin keçirildiyi şəhərdə plaketlərimizin yaxamızda olması, bizə həmişə məsihçi və Yehovanın xidmətçisi olduğumuzu xatırladacaq (2 Kor. 6:3, 4).

5, 6. Yehovanın ruhani süfrəsinə hörmət etdiyimizi necə göstərə bilərik?

5 Yehovanın süfrəsinə hörmət edin. Hökmdar Allah bizi ziyafətə də’vət edib (Yeşaya 25:6; 1 Kor. 10:21). Əgər bu də’vəti qiymətləndiririksə, konqresin hər üç günündə iştirak etmək üçün əlimizdən gələni edəcəyik. Konqresə necə gedəcəyini və harada qalacağını müəyyən etmisənmi? Bununla əlaqədar zəruri olan hər şeyi etmisənmi? İşdən icazə almısanmı? Bütün bunlar barəsində qabaqcadan fikirləşmək müdrik olardı. Özünə yer tapmaq, bacı-qardaşlarla ünsiyyət etmək və Yehovaya birinci mahnıda və duada həmd etmək üçün, konqresə bir qədər tez gəlməyə kifayət qədər vaxt ayırmısanmı (Məz. 147:1).

6 Yehovaya bəslədiyimiz hörmət bizi, proqrama diqqətlə qulaq asmağa, proqram vaxtı yersiz söhbətlərdən, yemək yeməkdən və boş-boş gəzməkdən qaçınmağa təşviq edəcək. Yehova «sadiq və ağıllı qul»un vasitəsilə bizə məhz indi lazım olan ruhani qidanı təqdim edir (Mat. 24:45). Bizlərdən heç birimiz ondan imtina etməyəcəyik. Valideynlər uşaqları ilə birlikdə oturmalı və proqrama diqqətlə qulaq asmalarına kömək etməlidirlər (Qanun. 31:12).

7. Naharla əlaqədar bizlərdən nə xahiş edilir və nəyə görə?

7 Fasilə zamanı qida almaq üçün konqres keçirilən yeri tərk etmək əvəzinə, hamı naharı özü ilə gətirsə daha yaxşı olar. Keçən ilki konqres zamanı nümayəndələrin çoxunun bu göstərişə sə’ylə riayət etmələri tə’rifəlayiqdir. Bu il də hamı bu cür davransaydı, çox yaxşı olardı (İbr. 13:17). Belə olan halda qardaşlarımızla inkişafetdirici ünsiyyətdən həzz almaq və Yehovaya izzət gətirən sülh və həmrə’ylik ruhunun yaranmasına kömək etmək üçün gözəl imkanımız olacaq (Məz. 133:1).

8, 9. Yehovaya həmd etmək üçün konqres daha hansı imkanları verir?

8 Qeyri-rəsmi təbliğ. Konqresə gedərkən və oradan qayıdarkən Yehovaya dodaqlarımızla həmd etmək üçün çox imkanlarımız var (İbr. 13:15). Restoranda yemək yeyərkən və mehmanxananın işçiləri ilə söhbət edərək, gəlin onlara şəhadət etmək üçün imkanlar axtaraq. Bizim ağlımız və ürəyimiz konqresdən əldə etdiyimiz ruhani dəyərlərlə dolu olacaq. Gəlin rast gəldiyimiz adamlarla bu dəyərləri bölüşək (1 Pet. 3:15).

9 Biz Yehovanı «cəmiyyətin içində» izzətləndirəcəyimiz vaxtı böyük səbirsizliklə gözləyirik (Məz. 26:12). Gəlin «Allaha itaətkarlıq» konqresində Yehovaya birlikdə həmd edək!

[5 səhifədəki çərçivə]

Vilayət konqresi ilə bağlı xatırlatmalar

◼ Konqresin cədvəli. Proqram hər gün saat 9:30 başlayacaq. Qapılar saat 8:00-dan açıq olacaq. Proqramın başlanmasına bir neçə dəqiqə qalmış aparıcı səhnədəki yerini tutacaq və Padşahlıq melodiyaları səslənəcək. Bu vaxt hər birimiz yerlərimizi tutmalıyıq ki, proqram layiqli tərzdə başlansın. Cümə və şənbə günləri proqram saat 17:05-də, bazar günü isə saat 16:10 qurtaracaq.

◼ Avtomobil dayanacaqları. Konqresin keçiriləcəyi yerlərdə, imkan daxilində, maşınları saxlamaq üçün pulsuz dayanacaqlar təşkil olunacaq. Yalnız plaketləri olan adamların bu dayanacaqlardan istifadə etmək hüququ var. Adətən dayanacaqda yerlərin sayı məhdud olduğu üçün, yaxşı olardı ki, hər maşında bir-iki nəfərdən çox adam gəlsin. Maşını saxlayan zaman xidmətçilərin göstərişlərinə riayət etmək vacibdir.

◼ Yerlər. Əlavə yerləri ancaq bir maşında gəldiyiniz və ya bir mənzildə qaldığınız kəslər üçün tutmaq olar.

◼ Könüllü ianələr. Vilayət konqreslərin təşkili üçün müəyyən qədər vəsait sərf edilir. Buna görə minnətdarlığımızı Padşahlıq Zalında və ya konqresdə ümumdünya işinə könüllü ianə etməklə bildirə bilərik.

◼ Nahar. Fasilə zamanı qida almaq üçün konqres keçirilən yeri tərk etmək əvəzinə, zəhmət olmasa naharı özünüzlə gətirin. Əgər lazımdırsa, oturduğunuz skamyanın altına yerləşən balaca ərzaq konteyneri gətirə bilərsən. Konqresə, gəzinti üçün nəzərdə tutulan böyük konteynerlər, şüşə qablar və spirtli içkilər gətirmək olmaz.

◼ Proqramın lentə alınması. Konqresin elektrik və ya səs sisteminə heç bir səsyazma qurğusunu qoşmaq olmaz, yeri gəlmişkən, bu cür şeylərdən elə istifadə et ki, başqalarına mane olmayasan.

◼ Şəkil çəkmək. Əgər proqram vaxtı şəkil çəkmək istəyirsənsə, onda fotoaparatın işığından istifadə etmə.

◼ Peycer və cib telefonları. Onları elə rejimə keçirmək lazımdır ki, başqalarının diqqətini yayındırmasın.

◼ Mehmanxanalarda. 1) lazım olduğundan artıq otaq tutma və nömrədə icazə verildiyindən artıq adamın yaşamasına yol vermə; 2) əgər sifariş etdiyin yerdən imtina etmək lazım gəlirsə, bunu etməyi ləngitmə; 3) bişirmək üçün nəzərdə tutulmayan otaqda yemək bişirmə; 4) hər gün xidmətçi personala minnətdarlığını bildir; 5) mehmanxananın işçiləri ilə söhbətində, xüsusilə də mehmanxanaya çoxlu qonaqlar girib-çıxan zaman, ruhun səmərəsini təzahür etdir.

◼ Kütləvi yaşayış yerlərində. Qaldığınız otağı təmiz və səliqəli təhvil vermək vacibdir. Çox xahiş edirik ki, hava ilə doldurulan döşəklərdən səliqə ilə istifadə edəsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş