Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/07 s. 4—5
  • Ləyaqətlə davranaraq Məsihin ardınca gedin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ləyaqətlə davranaraq Məsihin ardınca gedin
  • Müqəddəs ibadətimiz 2007
  • Oxşar material
  • Ruhani ziyafət və şadlıq
    Müqəddəs ibadətimiz 2008
  • Yehovanı gözləyin!
    Müqəddəs ibadətimiz 2006
  • Böyük toplantıda Yehovaya şükür edin
    Müqəddəs ibadətimiz 2005
  • Ruhani ziyafətə hazırlaşmısanmı?
    Müqəddəs ibadətimiz 2009
Əlavə
Müqəddəs ibadətimiz 2007
km 4/07 s. 4—5

Ləyaqətlə davranaraq Məsihin ardınca gedin

1. Bu ilin vilayət konqresinin mövzusu Allahı izzətləndirməklə necə bağlıdır?

1 Müqəddəs Kitab Kainatın Hökmdarı Yehovanı ‘ehtişamı geyinən’ kimi təsvir edir (Məz. 104:1). İsa Məsih həmişə Atasına və Onun işlərinə izzət gətirəcək tərzdə danışır və hərəkət edirdi (Yəh. 17:4). Bizlərdən hər birimizin «Məsihin ardınca gedin!» adlı vilayət konqresində İsadan nümunə götürməyə və Yehovaya izzət gətirməyə imkanı olacaq.

2. Konqresin hər hissəsində iştirak etmək üçün hazırlaşmağımız nə üçün Yehovanı izzətləndirir?

2 Allaha layiq ibadət. Yehovanın hazırladığı ruhani ziyafətə gəlmək üçün lazımi tədbirləri görməyimizlə Ona ehtiram etdiyimizi göstərmiş olacağıq. Cümə gününü də daxil etməklə, konqresin hər üç günündə iştirak etmək üçün sən artıq müdirinlə danışmısanmı, yaxud da işlərini qaydasına salmısanmı? Vaxtında gəlmək, özünə yer tutmaq, mahnı və duanı buraxmamaq üçün hər şeyi nəzərə almısanmı? Konqresin keçirildiyi yerdə bacı-qardaşlarla birlikdə nahar etmək üçün özünlə qida götürməyin qeydinə qalmısanmı? Sədrlik edən qardaş proqramın hər hissəsinin başlanğıcında, musiqi səslənməzdən qabaq, bizləri öz yerimizi tutmağa nəzakətlə də’vət edir; bu zaman tez söhbəti dayandırmalı və proqram başlayanda yerimizdə olmalıyıq.

3. Proqrama diqqətlə qulaq almağımız Yehovaya necə izzət gətirir?

3 Proqrama diqqətlə qulaq asmaq da səmavi Atamıza izzət gətirir. Bir jurnalist vilayət konqresində olduqdan sonra yazırdı ki, kənardan baxanlara «iştirak edənlərin nümunəvi davranışı» böyük tə’sir bağışlayardı: «hamı hörmətcil tərzdə sakitliyə riayət edərək və ruhani şeylərə canlı maraq göstərək diqqətlə qulaq asırdı». Bundan başqa o qeyd edir: «Çoxsaylı uşaqlar... təəccüb doğuracaq tərzdə özlərini yaxşı aparır və hətta Müqəddəs Yazılardan ayələri axtarırdılar». Proqram vaxtı yersiz söhbətlərdən, telefonla məktublaşmaqdan, yemək yeməkdən və ora-bura gəzməkdən qaçınmalıyıq. Uşaqlar və yeniyetmələr öz valideynlərinin yanında oturmalıdırlar ki, proqramdan faydalanmaqda valideynləri onlara kömək edə bilsinlər (Qanun. t. 31:12; Sül. məs. 29:15). Belə sə’y, başqalarına hörmət etdiyimizi və ruhani qidanı yüksək qiymətləndirdiyimizi göstərir.

4. Nə üçün konqresdə xarici görünüşümüz ləyaqətli olmalıdır?

4 Ləyaqətli xarici görünüş. Bir çoxları, keçən il vilayət konqresində «Həmişə Allahın izzətini əks etdir» adlı mə’ruzədəki xatırlatmalara görə minnətdar olmuşlar. Həmin mə’ruzədə qeyd edilirdi ki, Allahın xidmətçiləri öz geyimləri və xarici görünüşləri ilə Allahın izzətini əks etdirməyə sə’y göstərməlidirlər. Biz bu il də bu sahəyə ciddi diqqət yetirməliyik, çünki xarici görünüşümüz Yehova ilə münasibətimizi və Onun Şahidləri olmaq üstünlüyümüzü göstərir. Biz həmişə, «Allaha hörmət etdiklərini iddia edən» məsihçilər kimi geyinməliyik (1 Tim. 2:9, 10).

5. Konqres günlərində asudə vaxtımızda xarici görünüşümüzün ləyaqətli olmasına necə diqqət yetirə bilərik?

5 Bəs öz xarici görünüşümüzə yalnız konqresdəmi diqqət yetirməliyik? Unutmayaq ki, bir çox insanlar bizim plaketlərə nəzər salır və olduğumuz hər yerdə bizə fikir verirlər. Xarici görünüşümüzlə ətrafdakılardan fərqlənməliyik. Buna görə də, hətta asudə vaxtımızda da, məsələn, konqresdən sonra kafeyə şam etməyə gedəndə, geyimimiz Allahın xidmətçiləri olduğumuzu və məsihçi konqresinə gəldiyimizi göstərməlidir; belə hallarda cins, şort və ya idman köynəyi geymək münasib deyil. Ləyaqətli geyimimiz yerli əhaliyə necə də gözəl şəhadət olacaq! Xarici görünüşümüz Yehovanın xidmətçiləri olduğumuzu göstərəndə O sevinir.

6. Ləyaqətli davranışımız və xarici görünüşümüz hansı səmərələr gətirir?

6 Yaxşı səmərələr. Əgər konqresdə xarici görünüşümüzlə Allaha izzət veririksə, bu, qeyri-rəsmi xidmətə və ətrafdakı insanlara xoş təəssürat bağışlamağa yol açır. Konqresdən sonra müdiriyyətin bir nümayəndəsi demişdir: «Biz bu qədər ədəbli insanları hələ görməmişdik. Siz məhz Allahın biz insanları görmək istədiyi kimisiniz». Ləyaqətli davranışımız və xarici görünüşümüz göstərir ki, bir-birimizə hörmət edir və Yehovanı izzətləndiririk (1 Pet. 2:12). Həmçinin belə davranmaqda Allah qorxusuna malik olduğumuz və bizə göstərilən şərəfə, yə’ni Atamızdan tə’lim aldığımıza görə minnətdarlığımız təzahür olunur (İbr. 12:28). «Məsihin ardınca gedin!» adlı vilayət konqresini gözləyərək, gəlin hər bir işdə Yehovanı izzətləndirək.

[5 səhifədəki çərçivə]

Vilayət konqresi ilə bağlı xatırlatmalar

◼ Konqresin cədvəli. Proqram hər gün saat 9:20-də başlanacaq. Qapılar saat 8:00-dan açıq olacaq. Padşahlıq melodiyaları səslənməyə başlayanda hər birimiz yerlərimizi tutmalıyıq ki, proqram layiqli tərzdə başlansın. Proqram cümə və şənbə günü 17:05-də, bazar günü isə saat 16:10-da qurtaracaq.

◼ Maşın dayanacağı. Konqresin keçiriləcəyi yerlərdə imkan olsa qardaşlar maşınlar üçün pulsuz dayanacaqlar hazırlayacaqlar. Dayanacaqdan konqresin plaketli nümayəndələri istifadə edə bilər. Əlillər üçün dayanacaqlardan yalnız əlil olanlar və dövlət tərəfində müvafiq nömrə nişanları və ya işarələri olanlar istifadə edə bilər. Dayanacaqlarda yerlər məhdud olduğundan yaxşı olar ki, hər maşında daha çox adam gəlsin.

◼ Yerlər. Əlavə yerləri ancaq bir maşında gəldiyiniz və ya bir mənzildə qaldığınız adamlar üçün tutmaq olar.

◼ Nahar. Fasilə zamanı nahar etmək üçün başqa yerə getmək əvəzinə, xahiş olunur ki, özünüzlə yemək gətirəsiniz. Lazım gəlsə öz oturacağının altına qoya biləcəyin kiçik soyuducu çanta gətirmək olar. Konqresə böyük ailəvi çantalar, şüşə qablar və spirtli içkilər gətirmək olmaz.

◼ Könüllü ianələr. Vilayət konqreslərinin təşkilinə müəyyən qədər vəsait sərf edilir. Buna görə minnətdarlığımızı Padşahlıq Zalında və ya konqresdə ümumdünya işinə könüllü ianə etməklə göstərə bilərik.

◼ Bədbəxt və fövqəl’adə hadisələr. Tə’cili yardım şö’bəsi şikayət edir ki, hətta ən cüz’i hadisələrə görə onlara telefon zəngləri gəlir. Əgər konqresin keçirildiyi yerdə tə’cili yardıma ehtiyac duyularsa, yaxında olan xidmətçi ilə əlaqə saxla. O, dərhal ilk yardım şö’bəsinə mə’lumat verəcək. Konqresin keçirildiyi yerdə olan ixtisaslı tibbi hey’ət yaranan vəziyyətin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirəcək və yardım göstərəcək. Lazım gəlsə tə’cili yardım çağrılacaq.

◼ Proqramın yazılması. Konqresin elektrik və ya səs sisteminə proqramı yazmaq üçün heç bir cihaz qoşulmamalıdır. Bundan başqa, belə cihazlardan istifadə edərkən başqalarının diqqətini yayındırmaq olmaz.

◼ Ətirlər. Konqreslərin əksəriyyəti sün’i ventilyasiya sistemi ilə təchiz edilmiş örtülü yerlərdə keçirilir. Buna görə, tənəffüs yolları və bu kimi xəstəliklərdən əziyyət çəkən bacı-qardaşları nəzərə alaraq kəskin qoxusu olan ətir və odekolonların istifadəsini məhdudlaşdırmaq bizim tərəfimizdən xeyirxahlıq olardı (1 Kor. 10:24).

◼ «Bu adama baş çək». Konqres zamanı qeyri-rəsmi şahidlik verərkən maraq göstərən hər bir adam haqqında mə’lumat vermək üçün «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankından istifadə et. Təbliğçilər həmin blankdan bir-iki ədəd özləri ilə konqresə gətirə bilərlər. Blankları ədəbiyyat şö’bəsindən də götürmək olar. Doldurulmuş blankları ya bu şö’bəyə, ya da konqresdən qayıdandan sonra yığıncağın katibinə vermək olar. (2005-ci il fevral sayının «Bizim Padşahlıq Xidmətimiz»in 6-cı səhifəsinə baxın.)

◼ Yerləşdirilmə. Şəxsi mənzildə qalmağı sifariş etdikdə növbəti məqamları nəzərə almaq lazımdır: 1) Xahiş edirik, mənzil sifarişi üçün bütün hallarda СО-5 blankından istifadə edin. 2) Mənzil şö’bəsinin yerləşdirilmə barədə alınan СО-4 blankı başqa şəxslərə verilməməlidir. 3) Yaxşı olar ki, özünüzlə yataq dəyişəyi və yemək götürəsiniz. 4) Uşaqlarınıza nəzarət edin və onları heç vaxt tək buraxmayın. 5) Həmimanlılarımızın xidmətindən istifadə edərkən minnətdar olmalı və Həvarilərin işləri 20:35 ayəsindəki prinsipi unutmamalıyıq. 6) Əgər mənzil sifarişini ləğv etməli olmusunuzsa, bu haqda mənzil şö’bəsinə mə’lumat verməyi unutmayın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş