Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/05 s. 4
  • Ailə qrafiki: təbliğ xidməti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailə qrafiki: təbliğ xidməti
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Uşaqlarınıza Yehovaya həmd etməyi öyrədin
    Müqəddəs ibadətimiz 2007
  • Ailənizi ruhən möhkəmləndirin
    Gözətçi qülləsi 2001
  • Övladlarınıza Allahın xidmətçisi olmağa kömək edin
    Müqəddəs ibadətimiz 2011
  • Övladlarınıza Allah sevgisi aşılayın
    Gözətçi qülləsi 2022
Əlavə
Müqəddəs ibadətimiz 2005
km 5/05 s. 4

Ailə qrafiki: təbliğ xidməti

1 Yehova, gənclərin Onun adını izzətləndirdiyini görəndə sevinir (Məz. 148:12, 13). İsanın yaşadığı dövrdə hətta ‘kiçik uşaqlar və əmzikli olanlar’ belə Allaha həmd edirdilər (Mat. 21:15, 16). Bu gün də həmən şey baş verir. Valideynlər, siz uşaqlarınıza Yehovanın sə’yli xidmətçiləri olmaqda necə kömək edə bilərsiniz? Bundan əvvəlki məqalədə deyildiyi kimi, ən əsas amil sizin şəxsi nümunənizdir. Bir ata: «Uşaqlar öz valideynlərindən nümunə götürür və buna görə nə danışdığımız yox, nə etdiyimiz daha vacibdir» deyərək, bir çox valideynlərin hisslərini ifadə etmişdir.

2 Məsihçi ailəsində böyümüş bir bacı xatırlayır: «Şənbə günü səhər yuxudan oyananda biz heç vaxt xidmətə gedib-getməyəcəyimizi soruşmurduq. Bilirdik ki, gedirik». Eyni tərzdə siz də öz uşaqlarınızda bütün ailə ilə birlikdə hər həftə xidmətə getmək vərdişini yavaş-yavaş inkişaf etdirə bilərsiniz. Bunun sayəsində uşaqların sizdən öyrənmək imkanı olacaq, siz isə onların düşüncə tərzini, hərəkətlərini və nə öyrəndiklərini müşahidə edə biləcəksiniz.

3 Daimi tə’lim. Uşaqlar xidmətə hazırlaşanda, daha yaxşı təbliğ edir və xidmətdən sevinc duyurlar. Sözləri əvvəlki abzasda sitat gətirilən bacı həmçinin demişdir: «Biz heç vaxt işlə məşğul olan valideynlərin ardınca gedən “quyruq” olmamışıq. Təbliğ zamanı işimizin yalnız qapının zəngini basmaqdan və Padşahlıq Zalına də’vətnamə verməkdən ibarət olsa da, biz bilirdik ki, valideynlərimizlə əməkdaşlıq edirik». Yaxşı hazırlaşmağın sayəsində biz nə deyəcəyimizi bilirdik». Siz də ailəvi öyrənmə zamanı və ya bir başqa vaxt həftədə bir neçə dəqiqə ayıra bilərsiniz ki, uşağınızı xidmətə hazırlaşmağa öyrədəsiniz.

4 Ailəliklə xidmət etmək uşaqlara həqiqəti aşılamaq üçün daha bir imkandır. Bir məsihçi ata 10 kilometr məsafədə yerləşən kənddə traktat paylamaq üçün qızını özü ilə aparırdı. İndi həmən bacı xoş təəssüratla xatırlayır: «Məhz o zaman atam yol boyu həqiqəti mənə aşılamışdır» (Qanun. 6:7). Qoy sizin də ailəniz eyni xeyir-dualara sahib olsun — təbliğ xidməti sizin ailə qrafikinizin bir hissəsi olsun!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş