Müntəzəm olaraq jurnal gətirdiyin adamların marağını inkişaf etdir
1. Müntəzəm olaraq jurnal gətirdiyin adamların marağını necə inkişaf etdirə bilərsən?
1 Xidmətdə rastlaşdığımız insanların bir çoxu bizimlə söhbət etməyə şaddırlar və ədəbiyyatlarımızı məmnuniyyətlə götürürlər, lakin Müqəddəs Kitab öyrənməsinə razılıq verməkdə tərəddüd edirlər. Onların marağını inkişaf etdirmək üçün, biz müntəzəm olaraq onlara jurnal gətirə bilərik. Jurnal verdiyin adamın adını, ünvanını, onunla söhbət etdiyin tarixi, verdiyin nəşrin adını, müzakirə etdiyiniz ayəni və sənin zənnincə, onda maraq oyadacaq hər bir şeyi qeyd et. Yeni jurnalda ona maraqlı ola bilən fikirləri qeyd et. Ona baş çəkərkən həmin jurnalı təklif et (1 Kor. 9:19-23). Vaxt keçdikcə, oxuduğu məqalələrdən biri onun marağını artıra və onda daha çox bilik almaq istəyi oyada bilər.
2. Yehovanı indi axtarmaq nə üçün vacibdir və bunu etməkdə insanlara daha necə kömək edə bilərik?
2 Biz başa düşürük ki, insanların çoxu sadəcə olaraq bizim jurnalları oxuduqları üçün, Yehovanın xidmətçiləri olmayacaqlar. İnsanların Yehovanı indi axtarmalarının vacib olduğunu nəzərə alaraq, biz onlara kömək etmək üçün daha nə edə bilərik? (Sef. 2:2, 3; Vəhy 14:6, 7). Biz onlar üçün müvafiq Müqəddəs Kitab ayəsi seçə bilər və hər dəfə yeni jurnal gətirəndə müzakirə edə bilərik.
3. a) Müzakirə üçün bir-iki ayəni necə hazırlaya bilərik? b) Sahəndə yaşayan insanları ən çox nə maraqlandırır?
3 Bir ayənin müzakirəsi. Müntəzəm olaraq jurnal gətirdiyin insanlar haqqında fikirləş və onların xüsusi tələbatlarını nəzərə alaraq müzakirə üçün bir-iki ayə seç (Filip. 2:4). Məsələn, əgər baş çəkdiyin adamın əzizlərindən kim isə ölübsə, bir neçə başçəkmə ərzində Müqəddəs Kitabın ölülərin vəziyyəti və dirilməyə olan ümid haqqında nə dediyini müzakirə et. Sən bu ayələri «Sənə əziz olan adam öləndə» broşürasından seçə bilərsən. Bundan sonra isə xəstəliklərin, qocalığın və ölümün aradan qaldırılacağı kimi mövzuları müzakirə etmək olar. Məqsəd — insanı maraqlandıran mövzunu tapmaq və Müqəddəs Kitabın bu haqda nə dediyini tədricən göstərməkdir.
4. Müqəddəs Kitab ayələrini başqalarına başa düşməkdə kömək etmək nəyə görə vacibdir və biz bunu necə edə bilərik?
4 Başa sal. Bu müzakirələrin qısa və sadə olmasına baxmayaraq, bizdən sadəcə ayə oxumaqdan çox şey gözlənilir. Şeytan insanların zehnini kor edib (2 Kor. 4:3, 4). Hətta Müqəddəs Kitabla tanış olan insanların da onu başa düşmək üçün köməyə ehtiyacı var (Həv. iş. 8:30, 31). Buna görə də, Teokratik Xidmət Məktəbində etdiyin kimi, ayəni izah et və onu necə tətbiq etmək lazım gəldiyini göstər (Həv. iş. 17:3). Qoy insan Allahın Kəlamının praktiki dəyərini öz həyatında görsün.
5. Müntəzəm olaraq jurnal gətirdiyin adamla Müqəddəs Kitabı öyrənməyə necə başlaya bilərsən?
5 Əgər öyrəndikləri insanın xoşuna gəlirsə, hər gələndə müzakirəyə iki-üç ayə əlavə etmək olar. Yaxşı şərait yarananda «Allah tələb edir» broşürasını və ya «Bilik» kitabını təklif etməyə çalış. Beləliklə müntəzəm surətdə jurnal gətirdiyin adamlarla Müqəddəs Kitab öyrənməsi başlaya bilərsən.