Uşaqlarınızı təbliğ etməyə öyrədin
1 Məsihçi valideynlər öz uşaqlarını gənc yaşlarından təbliğ etməyə öyrətmək vəzifəsini daşıyırlar. Buna müxtəlif üsullarla nail olmaq mümkündür. Hətta oxumağı bacarmayan uşaqların bə’ziləri, münasib ayələri əzbərdən sitat gətirə bilərlər. Bu çox vaxt dinləyicilərə güclü tə’sir bağışlayır. Uşaqlar da böyüdükcə, xoş xəbərin yayılmasında daha çox şey edə bilərlər. Başqaları ilə xoş xəbərlə bölüşməkdə uşaqlarınıza necə kömək edə bilərsiniz? Aşağıda verilən təqdimələr bu işdə müvəffəqiyyətli olmaqda kömək edə bilər.
2 Salamlaşdıqdan sonra demək olar:
◼ «Mənim oğlum [adını de] sizinlə Müqəddəs Kitabdan vacib bir fikirlə bölüşmək istəyir». Uşaq deyə bilər: «Mən Müqəddəs Kitabın bu ayəsindən Allahın adını öyrənmişəm. [Yeşaya 42:8, KM, ayəsini oxuyur, ya da əzbərdən deyir.] Bu jurnallarda Yehova Allahın bizim üçün nələr edəcəyi haqda bəhs edilir. Buyurun, götürün». Axırda sən ümumdünya təbliğ işinin necə tə’min olunduğunu izah edə bilərsən.
3 Ya da belə müraciət etmək olar:
◼ «Salam. Mən qızımı [adını de] insanlara qayğı ilə yanaşmağı öyrədirəm. O sizə Müqəddəs Kitabdan qısaca olaraq bir xəbər söyləmək istərdi». Uşaq deyə bilər: «İnsanlara kömək etmək üçün xoşladığım üsullardan biri onlarla Müqəddəs Kitabın gələcəyə dair verdiyi ümidlə bölüşməkdir. [Uşaq Vəhy 21:4 ayəsini oxuyur, ya da əzbərdən deyir.] Bu jurnallarda Allahın Padşahlığının bizim üçün nələr edəcəyi haqda danışılır. Mənə elə gəlir ki, onları oxumaq sizə maraqlı olacaq».
4 Əgər uşaqlar tez-tez belə sadə təqdimələr edirlərsə, Padşahlıq haqqında olan xoş xəbəri başqaları ilə get-gedə daha bacarıqlı surətdə bölüşəcəklər. Uşaqların nitq qabiliyyəti və səs ucalığının üzərində işləyərkən siz onları müxtəlif şəraitlərdə danışmağı öyrədəcəksiniz. Yaxşı hazırlaşmağın və səmimi tə’rifinizin sayəsində uşaqlarınız öz imanlarını əməllərilə göstərirlər.
5 Bu cür öyrətmə tərzi və ruhlandırma uşaqların vəftiz olunmamış təbliğçi olmalarına kömək edəcək. Məsihçi xidmətində uşaqlarımızın müvəffəqiyyətlər əldə etmələrini görmək necə də sevindiricidir! (Məz. 148:12, 13).