Xoş xəbəri daha çox insanlara çatdırmaq imkanları
1. İlk məsihçilər xoş xəbəri nəyin sayəsində bir çox adamlara çatdıra bilirdilər?
1 İsanın ilk davamçıları Padşahlıq haqqında olan xəbəri sə’ylə bəyan edirdilər. Onlar effektiv üsullardan istifadə edərək xoş xəbəri mümkün qədər daha çox insanlara çatdırırdılar. O dövrdə, Allah tərəfindən ilhamlanmış kitablar Roma imperiyasının ümumxalq dilində — yunan dilində yazılmışdır. Bundan başqa, eramızın II və III əsrlərinin sə’yli təbliğçiləri tumarlardan da rahat olan kodekslərdən istifadə etməyə başlamışdılar.
2, 3. a) Yeşaya 60:16 ayəsində deyilənlər müasir dövrümüzdə necə yerinə yetir? b) Texnikanın istifadə edilməsi xoş xəbərin yayılmasına necə kömək edir?
2 Texnikadan istifadə. Yeşaya peyğəmbərin vasitəsilə Yehova əvvəlcədən demişdir: «Millətlərin südünü əməcəksən» (Yeşaya 60:16, KM). Bu gün bu peyğəmbərliyi yerinə yetirərək Yehovanın xidmətçiləri təbliğdə «millətlərin» müxtəlif nailiyyətlərindən geniş surətdə istifadə edirlər. Misal üçün, 1914-cü ildə, səsli kino bir o qədər gəlirli olmayan bir dövrdə Müqəddəs Kitab Tədqiqatçıları «Yaradılış fotodramı»nı nümayiş etdirirdilər. Səkkizsaatlıq bu dramda filmdən başqa, musiqi ilə müşayiət olunan rəngli slaydlar göstərilirdi. Bu dramın sayəsində milyonlarla insana əsaslı surətdə şəhadət edilmişdir.
3 Bu gün Müqəddəs Kitabı və onun əsasında olan ədəbiyyatı yüzlərlə dildə nəşr etmək üçün Allahın xidmətçiləri böyük sür’ətlə işləyən çap maşınlarından və kompüter texnoloqiyalarından istifadə edirlər. Müasir nəqliyyat vasitələri Müqəddəs Kitaba əsaslanan ədəbiyyatı dünyanın ən ucqar yerlərinə qədər çatdırır. Bu ədəbiyyatı 235 ölkədə və ərazidə yaşayan insanlar oxuyur. Yehova Öz müqəddəs ruhu ilə xidmətçilərini yeni texnoloqiyalardan istifadə etməyə təşviq edir. Bunun sayəsində Müqəddəs Kitab həqiqətləri tarixdə görünməyən sayda insanlara çatdırılmışdı.
4. Xoş xəbəri daha çox insanlara çatdırmaq üçün bə’ziləri həyatlarında hansı dəyişiklikləri edirlər?
4 Göstərilən sə’y. Xoş xəbəri daha çox insanlara çatdırmaq üçün həqiqi Allahın xidmətçiləri həmçinin öz həyatlarında da müəyyən dəyişikliklər etməyə təşviq olunurlar. Təbliğdə daha çox iştirak etmək üçün, bir çoxları öz həyat tərzini sadələşdirir. Bə’ziləri Padşahlığın təbliğçiləri az olan ərazilərə köçürlər. Digərləri isə xarici dil öyrənərək öz xidmətlərini genişləndirirlər.
5, 6. Sizin ərazinizdə daha çox insanlara təbliğ etmək üçün nə etmək olar?
5 Bundan əlavə, əgər insanlar evdə olan zaman və onları tapa biləcəyimiz yerdə təbliğ etsək, xoş xəbəri daha çox adam eşidə bilər. Əgər sənin sahəndə günorta adamları evdə tapmaq çətindirsə, qrafikində dəyişiklik edib axşam vaxtı təbliğ edə bilərdinmi? Yaxınlıqda təbliğ üçün münasib olan ictimai yerlər varmı? Telefonla və ya işgüzar ərazidə şəhadətlik etməyi təcrübədən keçirmisənmi? Qeyri-rəsmi surətdə təbliğ etmək fürsətini əldən qaçırmırsan ki?
6 Yehovanın böyük adı və Onun Padşahlığı haqqında bəyan etmək necə də böyük şərəfdir! Gəlin bundan sonra da mümkün qədər çox insanlara təbliğ edərək, onlarla Allahın Kəlamından olan qiymətli həqiqətlərlə bölüşək! (Matt. 28:19, 20).