Hər şeyi ‘Müjdə üçün et’
1. Padşahlığın təbliğçiləri başqaları üçün nə etməyə hazırdırlar və nə üçün?
1 Həvari Pavel xoş xəbəri başqalarına çatdırmağı özünə borc bilirdi (1 Kor. 9:16, 19, 23). İnsanların əbədi rifahı üçün narahat olmağımız bizi də xoş xəbəri onlarla bölüşmək üçün əlimizdən gələni etməyə təşviq edir.
2. Təbliğ edərkən hansı dəyişiklikləri etməyə hazırıq və nə üçün?
2 İnsanları tapa biləcəyin yerdə və vaxtda təbliğ et. Təcrübəli balıqçı tilovunu və ya torunu özünə rahat olan yerdə və vaxtda yox, balıqların çox olduğu yerdə və vaxtda atır. «İnsan tutan balıqçılar» olan bizlərə də ərazimizdəki insanları tapmaq, bununla da «hər çeşid balıq» tutmaq işində daha çox sevinc duymaq üçün cədvəlimizdə dəyişiklik etmək lazım gələ bilər (Mat. 4:19; 13:47). İnsanları evdə tapmaq üçün axşam saatlarında və ya onlara küçədə təbliğ etmək üçün səhər tezdən vaxt ayıra bilərikmi? Pavel «Müjdəyə şəhadət etməyi» qarşısına məqsəd qoymuşdu və buna nail olmaq üçün hər fürsətdən istifadə edirdi (Həv. iş. 17:17; 20:20, 24).
3, 4. Xidmət edərkən təqdiməmizi insanların tələbatına necə uyğunlaşdıra bilərik və bu hansı səmərəni gətirəcək?
3 Təqdiməni insanların tələbatına uyğunlaşdır. Balıqçılar tutmaq istədikləri balığın növündən asılı olaraq üsullarını dəyişirlər. Bəs biz Padşahlığın xoş xəbərini ərazimizdəki insanlarda maraq oyadacaq tərzdə necə çatdıra bilərik? Ərazimizdəki əksər insanları narahat edən mövzuya toxunarkən nəzakətli olmalı və onların həmin məsələyə dair fikirlərini diqqətlə dinləməliyik (Yaq. 1:19). Onları söhbətə cəlb etmək üçün hansısa məsələyə dair fikirlərini soruşa bilərik (Sül. məs. 20:5). Belə etməklə xoş xəbəri onların həyatına təsir edəcək şəkildə təqdim edə biləcəyik. Pavel ‘hər kəs üçün hər şey olmuşdu’ (1 Kor. 9:22). İnsanların ürəyinə yol tapmaq üçün təqdiməni insanların tələbatına uyğunlaşdırmağı bacarmaq əsas amildir.
4 ‘Xoş müjdəni’ insanlara çatdırmaq adama necə də sevinc gətirir! (Yeşaya 52:7). Gəlin hər şeyi ‘Müjdə üçün edək’ ki, mümkün olduğu qədər daha çox insana şahidlik edə bilək (1 Kor. 9:23).