Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/06 s. 8
  • Münasib cədvəl qura bilərsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Münasib cədvəl qura bilərsənmi?
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Axşamçağı təbliğ edə bilərsənmi?
    Müqəddəs ibadətimiz 2012
  • Ləyaqətli olanları axtarırıq
    Müqəddəs ibadətimiz 2003
  • Xidmətdə vaxtının qədrini bil
    Müqəddəs ibadətimiz 2015
  • Hər şeyi ‘Müjdə üçün et’
    Müqəddəs ibadətimiz 2009
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 4/06 s. 8

Münasib cədvəl qura bilərsənmi?

1. Təbliğ üçün münasib cədvəl necə qura bilərik?

1 Biz məsihçilər ‘insan tutan balıqçı’ olmaq də’vətini qəbul etmişik (Mat. 4:19). Həqiqi balıqçılar kimi, biz də insanların evdə olduğu vaxt təbliğ etməyi planlaşdırsaq, insan ovundan yaxşı nəticələr əldə edəcəyik. Bir çox ölkələrdə üzümüzə gələn aylarda gün uzanacaqdır. Adamların çoxunu günün ikinci yarısında və axşamüstü evdə tapmaq mümkündür. Adətən onlar bu vaxt o qədər də məşğul olmur və qonaq qəbul etməyə meylli olurlar. Günün bu saatlarında təbliğ etmək üçün münasib cədvəl qura bilərsənmi? (1 Kor. 9:23).

2. Nə üçün axşamçağı təbliğ etmək əlverişlidir?

2 Axşamçağı təbliğ etmək. Axşam saatlarında təbliğ etməyi qabaqcadan planlaşdırmaqla xoş xəbəri daha çox insana çatdıra bilərik (Sül. məs. 21:5). Gənc məsihçilər məktəbdən, digərləri isə işdən sonra təbliğ edə bilərlər. Bə’zi kitaböyrənmə qrupları öyrənmədən qabaq birsaatlıq təbliğ xidməti təşkil edə bilərlər.

3. Öz ərazində günün ikinci yarısında və axşamüstü necə təbliğ edə bilərsən?

3 Günortadan sonra və axşamüstü evdən-evə təbliğ etmək sayəsində, adətən evdə tapa bilmədiyimiz adamlarla söhbət etməyə müvəffəq ola bilərik. Bir çox ərazilərdə axşamlar küçədə və digər ictimai yerlərdə təbliğ etmək olur. Çoxlarının fikrincə axşam saatları təkrar baş çəkmə etmək və Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün ən münasib vaxtdır.

4. Nə üçün axşamçağı təbliğ edərkən uzaqgörən və nəzakətli olmaq vacibdir?

4 Uzaqgörənlik zəruridir. Axşamçağı təbliğ edərkən uzaqgörən olmaq vacibdir. Yatmağa hazırlaşan vaxt ev sahiblərini narahat etməkdənsə, axşamüstü təbliğ etməklə kifayətlənmək daha yaxşı olardı. Qapını döyəndə görünə biləcəyin yerdə dur və özünü aydın surətdə təqdim et. Gəlişinin məqsədini dərhal söylə. Əgər sən namünasib vaxtda, məsələn, ailə şam edəndə gəlmisənsə, başqa vaxt gəlməyi təklif et. Həmişə nəzakətli ol (Mat. 7:12).

5. Təbliğ edərkən özümüzü təhlükələrdən necə qoruya bilərik?

5 Həmçinin təhlükələrə qarşı da ayıq olmalıyıq. Əgər toran düşəndən və ya qaş qaralandan sonra təbliğ edirsənsə, cüt-cüt və ya qrup şəklində gəzmək daha yaxşı olardı. Yaxşı işıqlandırılmamış boş küçələrdə gəzmə. Yalnız təhlükəsiz küçələrdə şahidlik et. Qaranlıq düşəndən sonra təhlükəli olan yerlərə getmə(Sül. məs. 22:3).

6. Axşam təbliğ etməyin hansı üstün cəhətləri var?

6 Daha çox insana xoş xəbəri çatdırmaq üçün axşam təbliğ etmək ə’la fürsətdir. Bu, həmçinin bizə köməkçi və daimi pionerlərlə əməkdaşlıq etməyə şərait yaradır (Rom. 1:12). Bu vaxt xidmət etmək üçün münasib cədvəl qura bilərsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş