Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/03 s. 1
  • Ləyaqətli olanları axtarırıq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ləyaqətli olanları axtarırıq
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Telefonla şahidlik etmək səmərəli ola bilər
    Müqəddəs ibadətimiz 2009
  • Sahə götürməyin hansı faydası var?
    Müqəddəs ibadətimiz 2013
  • İşgüzar ərazidə necə təbliğ etmək olar?
    Müqəddəs ibadətimiz 2004
  • Özünə sahə götürmüsənmi?
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 12/03 s. 1

Ləyaqətli olanları axtarırıq

1 İsanın öyrətdiyi kimi təbliğ etmək asan deyil. O demişdir: “Hansı şəhərə, ya kəndə girsəniz orada ləyaqətli kimdirsə axtarın” (Mat. 10:11). Bu gün insanlar get-gedə evlərində daha az vaxt keçirirlər. Bəs biz onları necə “axtaraq”?

2 Təbliğ etdiyin ərazi haqqında düşün. İlk növbədə təbliğ etdiyin ərazidə yaşayan insanlar haqqında düşün. Onlar əsasən nə vaxt evdə olurlar? Gün ərzində onlar harada olurlar? Həftə ərzində elə bir gün və ya vaxt varmı ki, onlar dinləməyə daha meylli olsunlar? Xidmətini bu ərazidə yaşayan insanların qrafikinə və şəraitinə uyğunlaşdırmaq sənə ən yaxşı nəticələr əldə etməkdə kömək edə bilər (1 Kor. 9:23, 26).

3 Bir çox təbliğçilər insanları evlərində axşamüstü tapmağa müyəssər olurlar. Bu zaman ev sahiblərinin bə’ziləri istirahət edir və söhbətə daha meylli olurlar. Qış aylarında gün tez qaralan zaman telefonla xidmət etmək (icazə verilən yerlərdə) effektli ola bilər. İşgüzar ərazidə və ictimai yerlərdə təbliğ etmək də, insanlara xoş xəbəri çatdırmaq üçün yaxşı üsullardır.

4 Xüsusi fəaliyyət göstərilən ay ərzində bir yığıncaqda təbliğ xidmətini şənbə və bazar günləri nahardan sonra, çərşənbə və cümə günləri isə axşamçağı saatlarında təşkil etmişdilər. Onlar həmçinin telefonla və işgüzar ərazidə də təbliğ işi təşkil etmişdilər. Bu tədbirlər xidmətə qarşı elə güclü həvəs oyatmışdır ki, yığıncaq onları davam etdirməyi qərarlaşdırıb.

5 Təkrar-təkrar gəlmək üçün sə’y göstər. Əgər ərazində olan insanları təkrar başçəkmə zamanı evdə tapmaq çətindirsə, çalış ki, növbəti görüşünüz haqda əvvəlcədən danışasan. Şərtinizə hökmən əməl et (Mat. 5:37). Əgər münasibdirsə, ev sahibindən onun telefon nömrəsini almağa çalış. Bu da sənə onunla əlaqə saxlamağa kömək edəcək.

6 Ləyaqətli insanları tapmaq və göstərdikləri marağı inkişaf etdirmək üçün səmimi sə’yimizə, şübhəsiz ki, Yehova xeyir-dua verəcəkdir (Sül. məs. 21:5).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş