İşgüzar ərazidə necə təbliğ etmək olar?
1. İşgüzar ərazidə xidmətin üstünlüyü nədədir?
1 İnsanların gələnlərlə mehriban davrandıqları və adətən hamının öz yerində olduğu ərazidə təbliğ etmək istəyərdinmi? Sən bunu birbaşa öz yığıncağının sahəsində edə bilərsən. Necə? Sizin yığıncağınızın sahəsində yerləşən mağazalarda, firmalarda və idarələrdə təbliğ etməklə. Bu cür yerlərdə təbliğ etmək çox vaxt yaxşı nəticələr gətirir.
2. İşgüzar ərazidə təbliğ işini necə təşkil etmək olar?
2 Bə’zi yığıncaqlarda işgüzar ərazilər — onlara tə’yin olunan sahənin bir hissəsidir. Sahə üçün məs’ul qardaş, üzərində işgüzar ərazilər qeyd olunmuş xəritəli kartoçkalar hazırlaya bilər. Əgər yaşayış evlərinin daxil olduğu adi sahədə işgüzar ərazi varsa, onda işgüzar ərazinin bu sahəyə daxil olmadığını kartoçkada aydın şəkildə göstərmək lazımdır. Başqa yerlərdə işgüzar sahəni yaşayış evləri ilə bərabər işləmək olar. Əgər sən işgüzar ərazidə heç vaxt təbliğ etməmisənsə, onda kiçik mağazalardan təbliğ etməyə başlaya bilərsən.
3. İşgüzar ərazidə müvəffəqiyyətlə təbliğ etməkdə bizə nə kömək edə bilər?
3 Sadə təqdimədən istifadə et. Mağazalarda təbliğ edərkən, adətən yığıncaq görüşlərinə geyindiyin kimi geyinmək çox vacibdir. Mağazada alıcıların az olduğu vaxt təbliğ etmək daha yaxşı olardı. Əgər mümkünsə, mağazaya növbə olmayan vaxtda get. Mağazanın sahibi və ya müdiri ilə görüşmək istədiyini bildir. Qısa və əsas mətləbdən danış. Söhbətə necə başlamaq olar?
4-6. Mağazanın sahibinə və ya müdirinə nə deyə bilərik?
4 Mağazanın sahibi və ya satıcısı ilə danışarkən təxminən belə deyə bilərsən: “İşgüzar adamlar o qədər məşğuldurlar ki, onları evdə tapmaq çətin olur, buna görə də sizə iş yerinizdə baş çəkmək qərarına gəldik. Bizim jurnallarda gündəlik baş verən hadisələr işıqlandırılır və bəşəriyyəti gələcəkdə nə gözlədiyi haqda danışılır”. Sonra jurnaldan hansısa bir fikri qeyd et.
5 Yaxud belə başlamaq olar: “İnsanların əksəriyyəti Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdilər, lakin onların buna vaxtları çatmır. Bu traktatda Müqəddəs Kitabın pulsuz olaraq öyrənilməsi haqqında danışılır və belə öyrənmənin köməyi ilə sizi maraqlandıran Müqəddəs Kitab suallarına cavab tapa bilərsiniz”. Bundan sonra “Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?” traktatının 4-cü və 5-ci səhifələrini göstər.
6 Əgər görürsən ki, həmsöhbətin məşğuldur ona sadəcə traktatı verib deyə bilərsən: “Mən sizin bir az boş vaxtınız olanda gələrəm. Bu traktata dair sizin fikrinizi öyrənmək istəyərdim”.
7. İşgüzar ərazidə göstərilən marağı necə inkişaf etdirə bilərik?
7 Göstərilən marağı inkişaf etdiririk. Sən işgüzar ərazidə hətta Müqəddəs Kitab öyrənməsi də keçirə bilərsən. Xüsusi pioner bir nəfər biznesmenə müntəzəm olaraq jurnallar gətirirdi. Həmin adam jurnallar üçün minnətdarlığını bildirəndə, pioner “Allah bizdən nə tələb edir?” broşürasının əsasında Müqəddəs Kitab öyrənməsinin necə keçirildiyini göstərdi. Birbaşa iş yerində öyrənmə başlandı. Şəraitdən asılı olaraq, pioner öyrənməni 10-15 dəqiqə ərzində keçirməyə çalışırdı. Gəlin, işgüzar ərazidə təbliğ edərək, layiqli insanları bundan sonra da axtarmağa davam edək.