Xidmətdə püxtələşək. İş yerlərində şahidlik
Nə üçün vacibdir? Çoxları günün əksər hissəsini işdə olduğu üçün biz iş yerlərində şahidlik verməklə Padşahlıq haqda müjdəni onlara çatdıra bilərik. İş yerlərində şahidlik etmək həm xoş, həm də məhsuldar olur. Çünki hamı öz yerində olur. Üstəlik, işçilər hamıya müştəri gözü ilə baxdığına görə adətən nəzakətli olurlar. Yaxşı şahidlik edə bilmək üçün təbliğçi dərrakəli, nəzakətli olmalı, geyimi, xarici görünüşü nümunəvi olmalıdır (2 Kor. 6:3). Buna görə də xidmət nəzarətçisi iş yerlərində nə qədər təbliğ olunduğuna və orada kimlərin təbliğ etdiyinə xüsusi diqqət yetirməlidir.
Bu ay ərzində bunu etməyə çalış:
Növbəti ailəvi ibadət axşamında iş yerində təbliğ etmək üçün qısa təqdimə hazırla və məşq et.