Müqəddəs Kitabı öyrənənlərə ruhən böyüməkdə kömək edirik. XII hissə.
Yeni təbliğçiyə Müqəddəs Kitab öyrənməsi başlamağı və aparmağı öyrədirik
1 Müqəddəs Kitabı öyrənən adamlar təbliğ xidmətində iştirak etməyə başlayanda, kiminləsə öyrənmə başlamaq və aparmaq haqda fikir onlarda qorxu hissi yarada bilər. Xidmətimizin bu vacib sahəsinə dair müsbət nöqteyi-nəzərə malik olmaları üçün onlara necə kömək edə bilərik? (Mat. 24:14; 28:19, 20).
2 Əgər öyrənən adam vəftiz olunmamış təbliğçidirsə, ehtimal ki, artıq Teokratik Xidmət Məktəbinə yazılıb. O, Məktəbdə verilən tapşırıqları hazırlamaqla və onlarla çıxış etməklə Müqəddəs Kitab öyrənməsini məharətlə aparmağı və «utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi» olmağı öyrənəcək (2 Tim. 2:15).
3 Öz nümunənlə öyrət. İsa şagirdlərini dəqiq rəhbərlik və yaxşı nümunə verməklə öyrədirdi. O demişdir: «Təkmilləşdikdən sonra, hər şagird öz müəllimi kimi olacaq» (Luka 6:40). İsanı təqlid edərək xidmətini nümunəvi şəkildə yerinə yetirmək sənin özün üçün də çox vacibdir. O, sənin necə təbliğ etdiyini müşahidə edərək başa düşəcək ki, təkrar başçəkmənin məqsədi Müqəddəs Kitab öyrənməsinə başlamaqdır.
4 Öyrənənə başa sal ki, ev sahibinə Müqəddəs Kitab öyrənməsi təklif edəndə, adətən öyrənmənin necə keçirilməsini ətraflı surətdə izah etmək lazım deyil. Öyrənmənin necə keçirildiyini göstərmək üçün sadəcə olaraq nəzərdə tutulan nəşrdən bir-iki abzas müzakirə etmək kifayətdir. Buna dair faydalı məsləhətləri «Bizim Padşahlıq Xidmətimiz»in bu sayının 8-ci səhifəsində və 2002-ci ilin yanvar sayının 6-cı səhifəsində tapmaq olar.
5 Yeri gələndə, öyrənəni başqa Müqəddəs Kitab öyrənməsində ya səni, ya da digər təcrübəli təbliğçini müşayiət etməyə də’vət et. Öyrənən, abzasa və ya açar ayəyə dair şərh verə bilər. Müşahidə etməklə o, Müqəddəs Kitab öyrənmələrinin keçirilməsi haqqında çox şey öyrənə biləcək. (Sül. məs. 27:17; 2 Tim. 2:2). Ona məsləhətlər ver və necə təkmilləşə biləcəyini onunla müzakirə et.
6 Yeni təbliğçilərin Allahın Kəlamının müəllimləri olmaları üçün, onlara verdiyimiz tə’lim «xeyirli iş» olan Müqəddəs Kitab öyrənməsi başlamağa və aparmağa kömək edəcək (2 Tim. 3:17). «Arzu edən qoy həyat suyunu müftə götürsün» də’vətini birlikdə məhəbbətlə insanlara çatdırmaq necə də xoşdur! (Vəhy 22:17).