Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/05 s. 1
  • Əbədi həyata aparan tə’lim

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əbədi həyata aparan tə’lim
  • Müqəddəs ibadətimiz 2005
  • Oxşar material
  • Yehovanın Şahidləri təhsilə necə yanaşır?
    Tez-tez verilən suallar
  • Yehovanın verdiyi təhsilin misilsiz dəyəri
    Gözətçi qülləsi 2009
  • Yehovanın Şahidlərinin təhsilə münasibəti
    Yehovanın Şahidləri və təhsil
  • Yehova Allahın qulları olun
    Gözətçi qülləsi 2013
Müqəddəs ibadətimiz 2005
km 12/05 s. 1

Əbədi həyata aparan tə’lim

1 Allahın Kəlamındakı həqiqətləri dərk edən insanların gözlərində yaranan sevinc parıltısını görmək necə də böyük mükafatdır! Allah və Onun bəşəriyyətə dair niyyəti haqqında biliyi başqaları ilə bölüşmək, həqiqətən də, məmnunluq gətirir. Bu tə’lim insanı əbədi həyata apara bilər (Yəh. 17:3).

2 Bu tə’limin üstünlüyü nədədir? Bu gün demək olar ki, istənilən hər bir sahə üzrə təhsil almaq mümkündür (Vaiz 12:12). Lakin bu cür bilik «Allahın möhtəşəm işləri» ilə müqayisə oluna bilməz (Həv. iş. 2:11). Bu dünyanın təklif etdiyi təhsil bəşəriyyəti Yaradana yaxınlaşdıra və Onun niyyətləri haqqında bilik verə bilmişdirmi? İnsan ölərkən nə baş verdiyini və ya nəyə görə bu qədər çox əzabların mövcud olduğunu aydınlaşdırmışdırmı? İnsanlara ümid verə bilmişdirmi? Ailə həyatını uğurlu etmək üçün kömək etmişdirmi? Xeyr. Həyatın ən vacib suallarına cavab tapmaqda yalnız Allah kömək edə bilər.

3 Allahın təqdim etdiyi tə’lim, bu gün dünyada kəskin surətdə çatışmayan mə’nəvi dəyərlərlə insanları tə’min edir. Allahın Kəlamındakı tə’limləri qəbul edib həyatlarında tətbiq edənlərin ürəyində irqçiliyə, tayfalararası düşmənçiliyə və milliyyətçiliyə yer qalmır (İbr. 4:12). Müqəddəs Kitab insanları zorakılığın bütün növlərindən imtina etməyə və ‘yeni mənliyi geyinməyə’ təşviq edir (Kolos. 3:9-11; Mik. 4:1-3). Bundan başqa Allahın təqdim etdiyi tə’lim, Ona məqbul olmayan dərin kök salmış vərdişlərdən və xüsusiyyətlərdən azad olmaqda milyonlarla insanlara kömək edir (1 Kor. 6:9-11).

4 Günlərimiz üçün vacib tə’lim. Dahi Nəsihətçi hansı dövrdə yaşadığımız barədə bizi xəbərdar edir. Onun peyğəmbərlik hökmləri özünə bütün dünyada təbliğ edilməsi vacib olan müasir mə’lumatı daxil edir (Vəhy 14:6, 7). Məsih göydə idarə edir və yalan dinin dünya imperiyası tezliklə süquta uğrayacaq. Dünya hakimiyyətləri isə Allahın Padşahlığı tərəfindən məhv ediləcək. Bu səbəbdən, Allah tərəfindən tə’yin edilmiş və hal hazırda idarə edən Padşahı tanımaq, Böyük Babildən çıxmaq və Yehovanın adını imanla çağırmaq insanlar üçün son dərəcə vacibdir (Məz. 2:11, 12; Rom. 10:13; Vəhy 18:4). Gəlin əbədi həyata aparan tə’limi mümkün qədər çox insanla bölüşək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş