Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwfq məqalə 58
  • Yehovanın Şahidləri təhsilə necə yanaşır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın Şahidləri təhsilə necə yanaşır?
  • Tez-tez verilən suallar
  • Başlıqlar
  • Oxşar material
  • Təhsil önəmlidir
  • Təhsilə obyektiv yanaşılmalıdır
  • Ali təhsil əxlaqi və ruhani cəhətdən təhlükə yarada bilər
  • Yehovanın Şahidlərinin təhsilə münasibəti
    Yehovanın Şahidləri və təhsil
  • Əbədi həyata aparan tə’lim
    Müqəddəs ibadətimiz 2005
  • Yehovanın verdiyi təhsilin misilsiz dəyəri
    Gözətçi qülləsi 2009
  • Təhsil və pul xoşbəxt gələcəyə zəmanət verir?
    Gözətçi qülləsi (kütləvi) 2021
Tez-tez verilən suallar
ijwfq məqalə 58
Gənclər məzun papağını və paltarlarını geyinib diplomlarını əllərində tuturlar

Yehovanın Şahidləri təhsilə necə yanaşır?

Bizim təhsilə baxışımız Müqəddəs Kitab prinsiplərinə əsaslanır. Hər bir Yehovanın Şahidi Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanının səsinə qulaq asaraq bu mövzuda ilahi prinsipləri necə tətbiq edəcəyini müəyyən edira.

  • Təhsil önəmlidir

  • Təhsilə obyektiv yanaşılmalıdır

  • Ali təhsil əxlaqi və ruhani cəhətdən təhlükə yarada bilər

  • Yehovanın Şahidlərinin uşaqlar üçün dini tədris müəssisəsi var?

Təhsil önəmlidir

Təhsil insana Müqəddəs Kitabın dəyər verdiyi hikmət, düşüncə kimi keyfiyyətləri inkişaf etdirməyə kömək edir (Məsəllər 2:10, 11; 3:21, 22). Bundan əlavə, İsa Məsih öz davamçılarına tapşırmışdı ki, əmr etdiyi şeyləri başqalarına öyrətsinlər (Mətta 28:19, 20). Ona görə də biz dindaşlarımıza yaxşı təhsilə sahib olmağa, oxumaq, yazmaq və ünsiyyət qurmaq bacarıqlarınab yiyələnməyə, eləcə də başqa dinlər və mədəniyyətlər haqda bilik almağa köməklik göstərir və təşviq edirik (1 Korinflilərə 9:20—22; 1 Timutiyə 4:13).

Hökumətlər də təhsilə dəyər verir və gənclərdən ibtidai və orta təhsil almağı tələb edir. Biz bu kimi qanunlara riayət edirik, çünki Müqəddəs Kitabda buyurulur: «Qoy hər kəs hökumətə tabe olsun» (Romalılara 13:1). Üstəlik, biz uşaqlarımızı məktəbdə minimum qiymətə qane olmağa yox, əllərindən gələnin ən yaxşısını etməyə təşviq edirikc. Çünki Allahın Kəlamında deyilir: «Hər nə edirsinizsə, canla-başla edin, sanki, insanlar üçün yox, Yehova üçün edirsiniz» (Koloslulara 3:23).

Təhsil ailəmizi təmin etməyə kömək edir. Müqəddəs Kitaba əsasən, «əgər kimsə öz yaxınlarının, ələlxüsus da ailəsinin qeydinə qalmırsa, o, imanı inkar edib və imansızdan da betərdir» (1 Timutiyə 5:8). Dünyəvi təhsil bizə ailəmizin qeydinə qalaraq bu müqəddəs öhdəliyi yerinə yetirməyə kömək edir. «Uorld buk» ensiklopediyasında qeyd olunduğu kimi, təhsilin əsas məqsədi «insana cəmiyyətin faydalı üzvü olmağa imkan yaratmaqdır». Bacarıqlı və yaxşı təhsilli insan bacarıqsız və təhsilsiz insanla müqayisədə ailəsini daha rahat və etibarlı şəkildə dolandıra bilir (Məsəllər 22:29).

Valideynlərin çiynində uşaqlarını yetkin həyata hazırlamaq məsuliyyəti var və orta təhsilin bu sahədə rolu əvəzsizdir (2 Korinflilərə 12:14). Biz valideynləri təşviq edirik ki, çətin olsa da, mədəniyyətlərinə zidd getsə də, yaşadıqları yerdən asılı olmayaraq, uşaqlarını orta təhsillə təmin etsinlərd. Biz həmçinin valideynlərə uşaqlarını təhsil almağa cəlb etməklə bağlı praktiki məsləhətlər veririke.

Təhsilə obyektiv yanaşılmalıdır

Biz dünyəvi təhsil seçimlərini diqqətlə ayırd edirik. Müqəddəs Kitabda deyilir: «Sadəlövh hər sözə inanar, uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Biz bu prinsipi tədbiq edərək, əlavə (ikinci dərəcəli) təhsil, onun məsrəfi və nə qədər önəmli olduğunu diqqətlə ölçüb-biçirik. Məsələn, peşə təlimləri vaxta qənaət etməyə daha çox imkan yaradır.

Ruhani təhsil dünyəvi təhsildən daha önəmlidir. Dünyəvi təhsildən fərqli olaraq, Müqəddəs Kitaba əsaslanan ruhani təhsil bizə Allahın biliyini öyrədir. Bu bilik sayəsində həyatımızı xilas edə bilərik (Yəhya 17:3). Həmçinin bu təhsil bizə əxlaqi dəyərləri — «doğruluğu, haqq-ədaləti, xeyrin bütün yollarını» öyrədir (Məsəllər 2:9). Həvari Bulus müasir universitet təhsilinə bənzər təhsil almasına baxmayaraq, o, «Məsih İsa haqqındakı» biliyin misilsiz olduğunu etiraf etmişdi (Filippililərə 3:8; Həvarilərin işləri 22:3). Eynilə bu gün də Yehovanın Şahidlərinin bir çoxunun ali təhsili var, amma onlar ruhani təhsilin daha dəyərli olduğuna əmindirlərf.

Gənc adam yaşlı adamı salamlayır; gənc adam itən pul qabını geri qaytarır; gənc qadın yaşlı qadına kömək edir

Ruhani təhsil yaxşı əxlaqi dəyərlər öyrədir

Ali təhsil əxlaqi və ruhani cəhətdən təhlükə yarada bilər

Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3). Yehovanın Şahidləri bilir ki, bəzi universitetlərdə və yüksək təhsil mərkəzlərindəki mühit əxlaqi və ruhani cəhətdən təhlükə yarada bilər. Bu səbəbdən Yehovanın Şahidlərinin çoxu çalışır ki, həm özlərini, həm də uşaqlarını bu kimi mühitdən uzaq tutsunlar. Onlar yüksək təhsil mərkəzlərində tez-tez təlqin olunan növbəti yanlış fikirlərin şahidi olurlar.

  • Yanlış: Pul xoşbəxtlik və təhlükəsizlik gətirir

    Adətən, ali təhsil yüksəkmaaşlı işə mütləq yol kimi təlqin edilir, ona görə də çox sayda tələbələr daha çox pul qazanmaq məqsədilə universitetdə təhsil alırlar. Bəziləri pulun onlara xoşbəxtlik və təhlükəsizlik gətirəcəyinə ümid edir, lakin Müqəddəs Kitab bu cür düşüncəni puç sayır (Vaiz 5:10). Orada həmçinin deyilir ki, «hər cür pisliyin kökü pulpərəstlikdir» və bu, insanı iman yolundan uzaqlaşdırır (1 Timutiyə 6:10). Yehovanın Şahidləri «var-dövlətin aldadıcı qüvvəsi»nin təsirindən qaçmaq üçün əllərindən gələni edirlər (Mətta 13:22).

  • Yanlış: Ali təhsil prestij və ad-san qazandırır

    Məsələn, Gürcüstanın keçmiş baş naziri Nika Qilauri bu məsələ ilə bağlı öz vətənindəki ümumi nöqteyi-nəzəri yazmışdı: «Gürcüstanda Universitet dərəcəsi almaq ad-san qazanmaq üçün demək olar ki, mütləqdir... [Keçmişdə] ali təhsil almayan gənclər ailələrini rüsvay etmiş sayılırdılarg». Bunun əksinə olaraq, Müqəddəs Kitab bu dünyada şöhrət qazanmağa dair xəbərdarlıq edir. İsa peyğəmbər öz dövrünün şöhrətpərəst din rəhbərlərinə demişdi: «Siz bir-birinizi tərifləyirsiniz, lakin tək olan Allahın tərifini qazanmağa çalışmırsınız» (Yəhya 5:44). Universitet mühiti insanda Allahın ikrah etdiyi təkəbbür ruhunu formalaşdırır (Məsəllər 6:16, 17; 1 Butrus 5:5).

  • Yanlış: Hər bir insan doğru və yanlışa dair standartları özü təyin etməlidir

    Yehovanın Şahidləri Allahın doğruya və yanlışa dair standartlarını qəbul edir (Əşiya 5:20). Bununla belə, bir jurnalda deyilir ki, universitetdəki həmyaşıdların təsiri çoxlu tələbəni «özünün təyin etdiyi doğru və yanlışa dair standartların əksinə qərar verməyə» sövq edirh (Journal of Alcohol and Drug Education). Bu fikir növbəti Müqəddəs Kitab prinsipi ilə üst-üstə gəlir: «Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33). Universitet mühitində Allahın mühakimə etdiyi sərxoşluq, narkotik istifadəsi və nikahdankənar cinsi münasibətlər kimi əməllər geniş yayılıb və hətta bunlara təşviq olunur (1 Korinflilərə 6:9, 10; 2 Korinflilərə 7:1).

  • Yanlış: Ali təhsil dünyanı inkişaf etdirməyin ən yaxşı yoludur

    Məlumdur ki, çoxları var-dövlət, prestij və zövq-səfa üçün yox, özlərini və dünyanı inkişaf etdirmək üçün ali təhsil dalınca düşürlər. Bunlar böyük məqsədlərdir, amma Yehovanın Şahidləri fərqli bir yol seçir. İsa peyğəmbər kimi biz də yalnız Allahın Padşahlığının dünyanı yaxşılaşdıracağını gözləyirik (Mətta 6:9, 10). Ancaq biz bu Padşahlığın dünyanın problemlərini həll edəcəyini laqeyd surətdə gözləmirik. İsa kimi biz də bütün yer üzündə «Padşahlıq haqqındakı bu müjdə»ni təbliğ edir və hər il yüz minlərlə insana həyatlarını yaxşılığa doğru dəyişməyə kömək ediriki (Mətta 24:14).

Yehovanın Şahidlərinin uşaqlar üçün dini tədris müəssisəsi var?

Xeyr. Bizim uşaqlar üçün ayrıca bir dini tədris müəssisəmiz yoxdur. Müqəddəs Kitabda göstərilir ki, Allah yaşından asılı olmayaraq hər kəsin Ona birgə ibadət etməsini istəyir. Məsələn, Allah israillilərə buyurmuşdu: «Kişiləri, qadınları, uşaqları, şəhərlərinizdə yaşayan yadelliləri bir yerə yığın ki, hamı qulaq asıb Allahınız Yehovadan qorxmağı öyrənsin və bu Qanunun bütün sözlərinə diqqətlə əməl etsin» (Qanunun təkrarı 31:12). Biz də ibadət görüşlərimizdə ailələri birgə əyləşməyə təşviq etməklə bu göstərişə əməl edirik. Valideynlər uşaqlarının nəyə qulaq asdığından xəbərdardırlar və bu, onlara övladlarına dini təlimləri aşılamaqla bağlı məsuliyyətlərini yerinə yetirməyə kömək edir (Efeslilərə 6:4).

a Gənc Yehovanın Şahidləri təhsillə bağlı məsələdə valideynlərinin sözünə qulaq asırlar. Bir şərtlə ki, onların sözü Allahın qanunları ilə üst-üstə gəlsin (Koloslulara 3:20).

b Bu məqsədlə bizim «Oxumaqla və yazmaqla məşğul ol» kimi vəsaitlərimizin 11 milyondan çox nüsxəsi dərc olunub. Bütün dünyada 120 dildə pulsuz bilik kursları keçiririk. 2003—2017-ci illərdə təxminən 70000 insana oxumağı və yazmağı öyrətmişik.

c «Məktəbi atmağa dəyərmi?» adlı məqaləyə baxın.

d Məsələn, biz valideynləri həm oğullarını, həm də qızlarını məktəbə göndərməyə təşviq edirik. «Gözətçi qülləsi»nin 2003-cü il 15 mart sayındakı «Отдавать ли ребенка в школу?» adlı məqaləyə (rus.) baxın.

e «Uşağınıza qiymətlərini yaxşılaşdırmağa necə kömək edə bilərsiniz?» adlı məqaləyə baxın.

f Jw.org saytındakı «Həyatın əmələ gəlməsi haqda» adlı bölməyə baxın.

g Practical Economics: Economic Transformation and Government Reform in Georgia 2004—2012, səhifə 170.

h Cild 61, № 1, aprel 2017, səhifə 72.

i Allahın Kəlamının və Padşahlıq müjdəsinin insanlara necə təsir etdiyini öyrənmək üçün jw.org saytındakı «Müqəddəs kitab həyatları dəyişir» adlı bölməyə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş