Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 12/06 s. 5—6
  • Kömək etməyə həmişə hazır ol

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kömək etməyə həmişə hazır ol
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Tikinti layihələrində kömək edin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
  • Vaxtınızı və gücünüzü Yehovanın yolunda sərf edin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Padşahlıq Zallarının tikintisi — müqəddəs xidmətin vacib sahəsi
    Müqəddəs ibadətimiz 2006
  • Yehova Allahın yolunda fədakar olun!
    Gözətçi qülləsi 2017
Əlavə
Müqəddəs ibadətimiz 2006
km 12/06 s. 5—6

Kömək etməyə həmişə hazır ol

1 Qolyat İsrail alaylarını söyürdü. İstənilən əsgər onunla vuruşa bilərdi, ancaq döyüş təcrübəsi olmayan gənc çobandan başqa, heç kəs irəli çıxıb, döyüş meydanına atılmadı (1 Şam. 17:32). Sürgündən Yerusəlimə dönən yəhudilər divarları tikməyə müvəffəq olmayanda məhz Fars padşahının saqisi tikintini bərpa etmək üçün saraydakı şərəfli mövqeyini buraxıb Yerusəlimə gəldi (Neh. 2:5). Yehova, kömək etməyə hazır olduqlarına görə həm Davuda, həm də Nehemyaya xeyir-dua verdi (1 Şam. 17:45, 50; Neh. 6:15, 16).

2 Bu gün insanlar başqalarına kömək etməyə təşəbbüs göstərmirlər. İnsanların həddindən artıq gərgin həyat tərzi sürdüyü bu «axır günlərdə» çoxları «xudbin» olmuşdur (2 Tim. 3:1, 2). Adamın başı öz işlərinə o qədər qarışa bilər ki, onda başqalarının ehtiyaclarına qarşı laqeydlik yarana bilər. Ancaq bir məsihçi kimi, biz İsanın izləri ilə getmək istəyirik. O özü təşəbbüs göstərib başqalarına kömək edirdi (Yəh. 5:5-9; 13:12-15; 1 Pet. 2:21). Bəs biz onun nümunəsini necə təqlid edə bilərik və bu hansı xeyir-duaları gətirər?

3 Həmimanlılarımıza kömək. Yığıncaq görüşlərində iştirak etmək tələb olunanda şərhlər verərək başqaları ilə ‘ruhani ən’amı’ bölüşə bilərik (Rom. 1:11). Verdiyimiz şərhlər Yehovaya şərəf gətirir, həmçinin bunun sayəsində həqiqət ürəyimizə və beynimizə həkk olunur və görüşlər bizim üçün daha maraqlı keçir (Məz. 26:12). «Teokratik Xidmət Məktəbi»ndə kimisə əvəz etmək lazım gələndə, öz köməyimizi təklif edə bilərik. Bunun sayəsində bizim tə’lim vermək qabiliyyətimiz təkmilləşəcək.

4 Qardaşlar yığıncaqda məs’uliyyətlərə can atmaqla başqalarına kömək etməyə hazır olduqlarını göstərirlər (Yeşaya 32:2; 1 Tim. 3:1). Hamı müxtəlif şö’bələrdə könüllü xidmət etməklə konqreslərin nizam-intizamla keçməsinə şərait yarada bilər. Səyyar nəzarətçi ilə xidmətə gedəndə və ya onu yeməyə də’vət edəndə qarşılıqlı ruhlanırıq (Rom. 1:12). Atasız böyüyən uşaqlara, dul qadınlara, xəstələrə, balaca uşaqları olan analara və başqalarına kömək əlimizi uzadanda sevinc tapır və Yehovanın lütfünü qazanırıq (Sül. məs. 19:17; Həv. iş. 20:35).

5 Bundan başqa, vaxtımızı və gücümüzü sərf edib, Padşahlıq Zalının təmizlənməsində iştirak edə bilərik. Həqiqətə gələnlərin sayı artdıqca yeni-yeni Padşahlıq Zallarına və tikintidə iştirak edəcək könüllülərə də ehtiyac artır. Tikinti işində təcrübəsi olmayan bir ər-arvad Regional tikinti komitəsinə kömək etməyə hay verdi. Müəyyən vaxt ərzində onlar tə’lim aldılar, hazırda isə tikintidə bənna işləyirlər. Bacı deyir: «Bacı-qardaşlarla çiyin-çiyinə işləməyin sayəsində çoxlu yaxın dost tapdıq. Günün axırında yorğunluq hiss etsək də, ruhən təravətli oluruq».

6 Təbliğdə. Bu gün bizim könüllü olaraq iştirak etdiyimiz ən vacib iş Padşahlığın təbliğidir. İnsanlar Müqəddəs Kitab məsləhətlərini anlayıb, tətbiq edəndə həyatın mə’nasını tapır və zərərli vərdişlərə üstün gəlmək üçün güc əldə edirlər. Həmçinin Allahın Kəlamı onlara gələcək üçün ümid verir. Müqəddəs Kitab tə’limlərini insanlara öyrədəndə əbədi fayda gətirən xidməti icra edirik (Yəh. 17:3; 1 Tim. 4:16). Ola bilsin, şəraitimiz bizə köməkçi və ya daimi pioner kimi xidmət etməyə, təbliğçilərə ehtiyac olan yerə köçməyə və ya başqa dil öyrənərək bu işdə daha çox iştirak etməyə yol verir.

7 Davud padşah peyğəmbərlik etmişdir ki, Məsih padşahlıq etməyə başlayanda Allahın xalqı özünü «könüllü olaraq» təqdim edəcəkdir (Məz. 110:3). Yehovanın sür’ətləndirdiyi ruhani biçinin sonunda görüləsi işlər çoxdur (Yeşaya 60:22). Sən də: «Mən buradayam. Məni göndər» deyən Yeşaya kimi kömək etməyə hazırsanmı? (Yeşaya 6:8). Bəli, biz kömək etməyə hazır olanda Yehovanı sevindirir və bol-bol xeyir-dualar biçirik.

[Oyrənilmə üçün olan suallar]

 1. Davudla Nehemya kömək etməyə hazır olduqlarını necə göstərdilər?

 2. Məsihçilər nə üçün özləri təşəbbüs göstərib başqalarına kömək etməlidirlər?

 3. Kömək etməyə hazır olduğumuzu yığıncaq görüşlərində necə göstərə bilərik?

 4. Kömək etməyə hazır olduğumuzu başqa necə göstərə bilərik?

 5. Padşahlıq Zalları tikintisinə nə üçün könüllülər tələb olunur?

 6. Təbliğ xidməti nə üçün ən vacib işdir?

 7. Kömək etməyə hazır olmaq bu gün nə üçün xüsusilə vacibdir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş